Şriftin ölçüsü :

Saytın rəngi :

Nikahlarını Heydər Əliyev mərkəzində bağladılar

07 iyun 2014 | 15:00

Son illər ölkəmizdə gözəl bir ənənənin əsası qoyulub. Yeni ailə quran gənclərimiz xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin adını daşıyan mərkəzlərə gedərək orada ümummilli liderin amallarına və saf sevgilərinə sədaqət andı içir, nikah müqaviləsi imzalayırlar.
Rayonumuzun yeni ailə quran gənclər də böyük qürur hissi ilə bu ənənəyə qoşulmuşlar. İyun ayının əvvəlində daha iki gəncimiz – Dadaşov Elçin Adil oğlu və Alyarlı Əsli Əjdər qızı Zəngilan Rayon İcra Hakimiyyətinə gələrək nikahlarını məskunlaşdıqları Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində bağlamaq arzusunda olduqlarını bildirmişlər.
Ailə  səadətinə qovuşmaq istəyən gənclərin arzusu nəzərə alınaraq, iyun ayının 6- da Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı  ilə  onların nikah mərasimi keçirilmişdir.
Sumqayıt şəhərindəki Heydər Əliyev mərkəzinə gələn gənc Elçin Dadaşov və Əsli Alyarlı gülər üzlə , təbriklərlə qarşılanmışlar. Onlar da öz növbələrində gətirdikləri tər gül dəstələrini ümummilli liderin büstü önünə qoyaraq, ehtiramla təzim etmişlər.
Mərkəzlə, onun bir-birindən maraqlı eksponatları ilə  tanışlıqdan sonra gənclər nikah masası arxasına dəvət olunmuşlar. Zəngilan Rayon Qeydiyyat Şöbəsinin müdiri Roza Fərəcova onlara nikah qaydaları barədə izahat vermiş, hər ikisini dinləmiş, arzuları ilə imzaladıqları nikah şəhadətnaməsini toplaşanların alqış sədaları altında gənclərə təqdim etməklə ən xoş arzularını bildirmişdir.
Belə bir unudulmaz gündə gənclərin yanında olmağı özünə borc bilən Zəngilan RİH başçısının müavini Xanım Rüstəmova rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənovun təbriklərini və hədiyyəsini onlara çatdırmış, ailənin müqəddəsliyindən , onu qoruyub saxlamağın məsuliyyətindən , xüsusən Heydər Əliyev Mərkəzində imzalanan nikahın ikiqat məsuliyyət və şərəfindən danışmış, Elçin və Əsliyə ailə səadəti arzulamışdır.

Keçidlər