10 yanvar 2023-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində məskunlaşan rayon sakinləri ilə səyyar qəbul keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq vətəndaşların qəbulu yerlərdə keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir. Səyyar qəbul qrafikinə əsasən, Zəngilan RİH başçısının növbəti səyyar görüşü 10 yanvar 2023-cü ildə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsi 1-də məskunlaşan sakinlərlə keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, rayon üzrə idarə, müəssisə rəhbərləri, başçının İƏD üzrə nümayəndəlikləri iştirak etdilər.
Qəbulda vətəndaşların müraciətləri dinlənildi. RİH başçısı Ramiz Həsənov sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinləyərək, qanunamüvafiq formada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağını bildirdi.
Sakinlər daim diqqət və qayğı ilə əhatə olunduqları üçün ölkə rəhbərinə minnətdarlığını bildirdilər.