10 oktyabr 2023-cü il tarixdə Qaradağ rayonunda məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 10 oktyabr 2023-cü il tarixdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi.
Qəbula gələn vətəndaşların müraciətləri rayon İcra Hakimiyyəti başçısı tərəfindən dinlənildi. Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verildi. Müraciətlər əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətinin dayandırılması məsələsi, Zəngilan rayonunun Məlikli və Məmmədbəyli kəndləri hazır olanda ilk köç siyahısına adlarının salınması barədə oldu.
Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.
Səyyar qəbul keçirilən məcburi köçkün məktəbinin həyətində Vətən Müharibəsi şəhidi Paşayev Elsevər Vaqif oğlunun ucaldılmış abidəsi Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr tərəfindən ziyarət olundu və üzərinə gül dəstələri qoyuldu.