10 mart 2023-cü il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayonda məskunlaşan rayon sakinləri ilə səyyar qəbul keçirildi.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbulu mart ayının 10-u Sumqayıt şəhəri, 2-ci mikrorayonda məskunlaşan rayon sakinlər ilə keçirildi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri də iştirak etdilər.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənildi. Rayon sakinlərini narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapdı, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürüldü və əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.