10 fevral 2026-cı il tarixində Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü Binəqədi rayonunda keçirildi
Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənovun zəngilanlı sakinlərlə səyyar qəbulu 10 fevral 2026-cı il tarixdə, icra başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən Ə.Ələsgərov adına 244 nömrəli tam orta məktəbin akt zalında keçirildi.
Rayon İcra Hakimiyyəti başçısı cənab prezidentin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, azad olunmuş torpaqlarımızda olan quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Rayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına və rayon rəhbərinə öz təşəkkürlərini bildirdilər.
Daha sonra sakinlərin müraciətləri dinlənildi. Müraciətlər əsasən qayıdışla bağlı oldu. Rayona köçürülmənin müddəti, qaydaları və şərtləri, rayonda məşğulluq haqqında ətraflı məlumat almaq istəyən sakinlər rayon rəhbəri tərəfindən məlumatlandırıldı. Bundan əlavə bəzi sosial problemlər haqqında edilən müraciətlərin bir çoxu yerində həll olundu, aradan qaldırılması vaxt tələb edən məsələlərlə əlaqədar rayonun aidiyyəti idarələrinə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən tapşırıqlar verildi.







