1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirildi
1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Zəngilan rayon İcra Hakimiyyətinin və rayon Ağsaqqallar şurasının birgə təşkilatçılığı ilə tədbir keçirildi. Bu əlamətdar gündə həm də 2 yubiliyarın - Rayonun təhsil sahəsində uzun müddət böyük əməklə çalışmış Alı Əliyevin 75 illik və maliyyə sahəsində çalışmış Elbrus Niftəliyevin 65 illik yubileyi qeyd edildi.
Tədbir Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlandı.
Tədbiri ön sözlə rayon Ağsaqqallar şurasının sədri Xuduş İskəndərov açaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən ahıllara, onların sosial müdafiəsinə göstərilən xüsusi diqqət və qayğının cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, yaşlı nəslin nümayəndələrinin qayğı ilə əhatə olunması, onların sosial müdafiəsinin ildən-ilə gücləndirilməsi istiqamətində həyata keçirilən sosial tədbirlər keçirildiyini bildirdi. Yubiliyarları təbrik edərək onlara fəxri fərman, gül dəstəsi və hədiyyələr təqdim etdi.
Zəngilan RİH başçısının müavini-Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xanım Rüstəmova rayon İcra hakimiyyətinin başçısı adından tədbirdə iştirak edən ahılları, onların şəxsində rayonumuzun bütün ağsaqqalarını təbrik edərək, yubliyarlara fəxri fərmanlarını təqdim etdi.
Daha sonra YAP Zəngilan rayon Təşkilatının sədri Natiq Quluzadə bütün ağsaqqalları və yubiliyarları təbrik edərə YAP Zəngilan rayon təşkilatı adından yubiliyarlara fəxri fərman təqdim etdi.
YAP Zəngilan rayon təşkilatının fəal üzvü, sahibkar, Azərbaycan Menecment və İnvestisiya Korporasiyası QSC-nin baş direktoru Emin Əliyev, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Zəngilan rayonu üzrə nümayəndəsi Mehman Nəsirov və tədbirdə iştirak edən bütün rayon ziyalıları, ağsaqqalları və qonaqlar yubiliyarları səmimi qəlbdən təbrik edərək onların yaradıcılıqları barədə ətraflı məlumat verdilər.
Rayon Ağsaqqallar şurasının sədri Xuduş İskəndərov rayon ağsaqqallarını bir araya gətirmək məqsədilə göstərdiyi təşəbbüskarlığa və təşkilatçılıq səylərinə görə RİH-nin başçısı cənab Ramiz Həsənova dərin minnətdarlığını bildirdi.







