1 Oktyabr – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günüdür
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov 1 Oktyabr – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 108-ci ildönümü münasibətilə rayon prokurorluğunun əməkdaşlarını təbrik etdi.
Əvvəlcə tədbir iştirakçıları Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad etdilər.
Daha sonra rayon rəhbəri prokurorluq əməkdaşlarını səmimi qəlbdən təbrik etdi və xalqımızın rifahı, dövlətimizin inkişafı naminə həyata keçirdikləri məsuliyyətli və şərəfli fəaliyyətlərində onlara uğurlar arzuladı.
Zəngilan rayon prokurorluğunda müstəntiq Tamerlan Axundov xidməti vəzifələrinin nümunəvi və məsuliyyətlə yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edildi.







