Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

31 may 2024 | 17:31

31 may 2024-cü il tarixdə Zəngilan rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində fəaliyyət göstərən “Şəfəq” uşaq baxçası körpələr evində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatının sədri, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin  Zəngilan rayonu üzrə sektoru, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin  aparıcı məsləhətçisi və  Rayon İcra hakimiyyətinin əməkdaşları iştirak etdilər.

Tədbir uşaqların və müəllimlərin hazırladıqları səhnəciklərlə davam etdirilərək  "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş kompozisiya ilə yekunlaşdı.

Keçidlər