1 iyun uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “Şəfəq” uşaq bağçasında tədbir keçirildi
1 iyun 2026-cı il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində fəaliyyət göstərən “Şəfəq” uşaq bağçası körpələr evində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Xanım Rüstəmova, YAP rayon təşkilatının sədri Natiq Quluzadə, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Türkan Həsənova, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayonu üzrə sektorunun müdiri Kənan İmaməliyev, «Şəfəq» körpələr evi və uşaq bağçasının müdiri Mənsurə Baxışova və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rayon üzrə nümayəndəsi Mehman Nəsirov iştirak etdilər.
Tədbirdə qonaqlar uşaqların və müəllimlərin hazırladıqları maraqlı kompozisiyaları izlədilər.







