09 yanvar 2024-cü il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 09 yanvar 2024-cü il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində məskunlaşan zəngilanlı sakinlərlə keçirildi. Müraciətlər əsasən sosial-həssas qrupdan olan sakinlərə maddi köməklik olunması, vətəndaşların yaşadıqları yataqxananın zirzəmisində olan qrunt sularının xaric olmasına köməklik göstərilməsi, köç prosesi zamanı Pirveys kəndi hazır olanda orada köçüb yaşamaları barədə oldu.
Qaldırılan məsələlərin hər biri qeydə alınaraq, problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.
Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.