08 noyabr 2023-cü il tarixdə “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı bayram tədbiri keçirildi.
08 noyabr 2023-cü il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Aparatın məsul işçiləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri, idarə-müəssisə rəhbərləri, partiya fəalları, rayon ziyalıları, şəhid ailələri, qazilər, QHT-lərin yerli nümayəndələri, rayon ağsaqqalları iştirak etdi.
İlk olaraq foyedə Zəngilan rayon məktəblərində təhsil alan şagirdlərin hazırladığı “Zəfər Günü” mövzusuna həsr olunmuş sərgiyə baxıldı. Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan ümumrayon tədbirinin rəsmi hissəsində Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək bildirdi ki, hərb tariximizin şərəfli səhifəsi olan və bizi Qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular.
Rəsmi hissədən sonra Sumqayıt Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə musiqili kompazisiya təqdim olundu.
Daha sonra bayram tədbiri Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış massivində konsert proqramı ilə davam etdirildi.