08 avqust 2023-cü il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar görüşü keçirildi.
Səyyar qəbul qrafikinə əsasən Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 08 avqust 2023-cü il tarixdə Sumqayıt şəhəri, 4- cü mikrorayonda məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdilər.
Rayon rəhbəri Cənab Prezidentin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı.
Səyyar qəbul zamanı çıxış edən sakinlər davamlı diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər. Daha sonra sakinlərin problemləri dinlənilərək qeydiyyata alındı, bir qismi yerində öz həllini tapdı, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verildi.