07 noyabr 2023-cü il tarixdə səyyar görüş keçirildi.
07 noyabr 2023 | 18:05
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 07 noyabr 2023-cü il tarixdə Binəqədi rayonu Binəqədi qəsəbəsində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi.
Qəbula gələn vətəndaşların müraciətləri rayon İcra Hakimiyyəti başçısı tərəfindən dinlənilərək aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi. Müraciətlər əsasən mənzil şəraitinin yaxşılaşdırılması, maddi köməklik olunması, Zəngilan rayonunda işlə təmin olunma barədə oldu.
Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.