Şriftin ölçüsü :

Saytın rəngi :

07 may 2024-cü il tarixdə növbəti səyyar görüş keçirildi.

07 may 2024 | 16:52

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 07 may 2024-cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi. 

Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə, təşkilat rəhbərləri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak etdi.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov tərəfindən vətəndaşların müraciətləri dinlənildi və araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi.

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.

 

 

Keçidlər