06 iyul 2023-cü il tarixdə növbəti səyyar görüş keçirildi.
06 iyul 2023 | 18:00
Zəngilan rayon İcra hakimiyyəti başçısının növbəti səyyar görüşü 06 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdilər.
Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov müraciətləri dinlədi. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alınaraq həlli istiqamətində yerində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.