06 aprel 2023-cü il tarixdə tibb işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı maarifləndirici tədbir keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nının icrası ilə bağlı maarifləndirici tədbirlər keçirilməkdə davam edir. Rayon Mərkəzi Xəstəxanasında keçirilən növbəti maarifləndirici tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin əməkdaşı Şənlik Əliyev və müəssisənin əməkdaşları iştirak etdilər.
İcra hakimiyyətinin əməkdaşı Şənlik Əliyev çıxış edərək bildirdi ki, korrupsiya ilə mübarizə təkcə səlahiyyətli dövlət orqanlarının deyil hər bir vətəndaşın, vicdanlı şəxsin işi olmalıdır. Daha sonra korrupsiya nədir, necə işləyir, növləri nələrdir, korrpupsiya bizə necə təsir edir kimi başlıqara aydınlıq gətirərək, mövzunun aktuallığından danışdı. Çıxışı zamanı korrupsiyaya şərait yaradan hallar, müvafiq halların qarşısının alınmasının nüanslarını diqqətə çatdıraraq korrupsiya hallarının dövlətin inkişafına mənfi təsir göstərdiyini və dövlət qurumlarının bununla bağlı mübarizə tədbirlərinin olduğunu qeyd etdi. O, bu cür maarifləndirici tədbirlərin səmərəliliyini vurğulayaraq hər bir kəsi bu yolda daha da fəal olmağa çağırdı.
Tədbir iştirakçıları korrupsiya hüquqpozmaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər, maraqların toqquşması, məlumat təhlükəsizliyi, ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən antikorrupsiya strategiyalarının əsas istiqamətləri və s. məsələlər haqda məlumatlandırılıblar.