Şriftin ölçüsü :

Saytın rəngi :

05 sentyabr 2023-cü il tarixdə Səbail rayonunda məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.

05 sentyabr 2023 | 14:59

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 05 sentyabr 2023-cü il tarixdə Səbail rayonunda məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdilər.

Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar, digər sakinlər isə növbəlilik əsasında qəbul edildi.

Müraciətlər əsasən Zəngilan rayonunda Şəhidlərin xatirəsini əbədiləşdirən abidənin qoyulması, maddi yardım edilməsi barədə oldu.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verildi.

 

 

Keçidlər