05 mart 2024-cü il tarixdə növbəti səyyar görüş keçirildi.
05 mart 2024 | 17:15
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 05 mart 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində məskunlaşan zəngilanlı sakinlərlə keçirildi.
Səyyar görüşdə müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildi. Müraciətlərlə bağlı vətəndaşlara ətraflı izah verildi. Digər problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.
Sonda rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.