Şriftin ölçüsü :

Saytın rəngi :

05 dekabr 2023-cü il tarixdə Nərimanov rayonunda məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.

05 dekabr 2023 | 16:10

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 05 dekabr 2023-cü il tarixdə Nərimanov rayonunda məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi. 

Müraciətlər əsasən sosial-həssas qrupdan olan sakinlərə maddi köməklik olunması, müharibə veteranı vəsiqəsi verilməsinə köməklik olunması, işlə təmin olunma, Zəngilan rayonunda mənzillə təmin olunma, Alıbəyli kənd qəbiristanlığının bərpası və orada gedən  işlərinin gedişatı ilə bağlı məlumat verilməsi barədə oldu.

Vətəndaşların müraciətləri dinlənildi. Həlli müəyyən  zaman  tələb edən məsələlər nəzarətə götürüldü. Bir neçə müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahat verildi, digərlərinin isə araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyəti qurumlara müraciət olunacağı bildirildi.

Sonda rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının  Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.

 

Keçidlər