04 iyun 2024-cü il tarixdə növbəti səyyar görüş keçirildi.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar görüşü 04 iyun 2024-cü il tarixdə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi.
Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə, təşkilat rəhbərləri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak etdi.
Müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildikdən sonra qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verildi. Bir neçə müraciətlərlə bağlı vətəndaşlara ətraflı izah verildi, digərlərinin isə araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi.
Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.