Şriftin ölçüsü :

Saytın rəngi :

04 aprel 2023-cü il tarixdə Sumqayıt şəhərində məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.

04 aprel 2023 | 14:29

Səyyar qəbul qrafikinə əsasən Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti qəbulu 04 aprel 2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində məskunlaşan rayon sakinlər ilə keçirildi. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 saylı tam orta məktəbin akt zalı keçirilən qəbulda RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdilər.  

Səyyar görüşdə müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildikdən sonra qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verildi. Bir neçə müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahat verildi, digərlərinin isə araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyəti qurumlara müraciət olunacağı bildirildi.

Keçidlər