03 oktyabr 2023-cü il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar görüşü keçirildi.
Vətəndaşların müraciətlərini dinləmək və mövcud problemlərini həll etmək məqsədilə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 03 oktyabr 2023-cü il tarixdə Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi.
Qəbula gələn vətəndaşlar Rayon İcra Hakimiyyəti başçısı tərəfindən dinlənildi. Müraciətlər əsasən Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətinin dayandırılması məsələsi, Zəngilan şəhəri və Alıbəyli kəndi hazır olanda ilk köç siyahısına adlarının salınması barədə oldu.
Qaldırılan məsələlərlə bağlı vətəndaşlara qanunamüvafiq izahat verildi.
Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.
Sonda Stansiya Sumqayıt qəsəbəsindəki şəhərcikdə vətəndaşlar tərəfindən şəhidlərin xatirəsinə yeni inşa edilmiş abidəsi Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr tərəfindən ziyarət olundu və üzərinə gül dəstələri qoyuldu.