02 may 2023-cü il tarixdə Sabunçu rayonunda məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.
Səyyar qəbul qrafikinə əsasən Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti qəbulu 02 may 2023-cü il tarixdə Sabunçu rayonu, Ramanı qəsəbəsində məskunlaşan rayon sakinlər ilə keçirildi. Sabunçu rayonu, Ramanı qəsəbəsi, 78 nömrəli tam orta məktəbin akt zalı keçirilən qəbulda RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdilər.
Səyyar görüşdə müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildikdən sonra qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verildi. Bir neçə müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahat verildi, digərlərinin isə araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi.