Daxili İşlər Nazirliyi polis orqanlarında vakant olan yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında və respublikanın şəhər, rayon polis orqanlarında vakant olan yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Vakant olan yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifələrinin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq və ya təhsil ixtisasları qrupuna aid olan ixtisaslar üzrə bitirmiş, yaşı 20-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının qadın cinsli vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, fiziki hazırlıqları və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılaraq, kompüterdə işləmək bacarıqları olan, məsuliyyətli, diqqətli, ən azı xarici dillərdən birini sərbəst bilən və 3 illik pedaqoji təcrübəsi olan şəxslərə üstünlük veriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2026-cı il fevral ayının 10-dan mart ayının 10-dək http://www.mia.gov.az” veb saytında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin bki@mia.gov.az elektron ünvanına göndərməlidirlər.
Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir.
Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplom;
- əmək kitabçası (olanlar üçün).
Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır və namizədin sağlamlıq vəziyyəti müvafiq qaydada yoxlanılır.
Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları və test imtahanının proqramı Daxili İşlər Nazirliyinin www.mia.gov.az veb saytında yerləşdirilmişdir.
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-80-66; (012) 590-98-37; (012) 590-93-64; (012) 590-97-52.
Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqənin test imtahanının proqramı
- Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqənin test imtahanları mərhələsində namizədlər məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən sualları cavablandırmaqla yanaşı, aşağıdakı qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə mükəmməl hazırlıq nümayiş etdirməlidirlər:
- Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini təhsil ixtisasları qrupuna aid olan ixtisaslar üzrə bitirmiş namizədlər:
- Azərbaycan Respublikasının Konstitusiyası.
- Azərbaycan tarixi.
- Azərbaycan dili və ədəbiyyatı.
- Məntiq.
- Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq ixtisası üzrə bitirmiş namizədlər:
- Azərbaycan Respublikasının Konstitusiyası.
- Dövlət və hüquq nəzəriyyəsi.
- Cinayət hüququ.
- Cinayət prosesi.
- İnzibati hüquq.
- Kriminalogiyanın əsasları.
- Azərbaycan tarixi.
- Azərbaycan dili və ədəbiyyatı.
- Məntiq.







