Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər

 Əsədov Məhəmməd Nəbi oğlu

General-mayor

1941-1991

General Əsədov Məhəmməd Nəbi oğlu 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. 1958-ci ildə Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra 1960-cı ildə Bakı Statistika Texnikumunu, 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
Əmək fəaliyyətinə Zəngilan rayon Dövlət Statistika Müfəttişliyində inspektor vəzifəsində çalışmaqla başlamışdır. 1961-ci ildə orduya çağırılıb. Əsgəri xidməti başa vurduqdan sonra Sumqayıt şəhərində Sənaye Tikinti Nazirliyinin 21 saylı trestində işləyib. Bir il sonra bu idarədə iqtisadçı, 1967-ci ildən isə həmin trestin 26 saylı tikinti idarəsində plan-iqtisad şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 1968-ci ilin dekabr ayından Sumqayıt şəhər Partiya Komitəsinin sənaye-nəqliyyat şöbəsinin təlimatçısı, 1973-cü ildən həmin şöbənin rəisi, 1975-ci ildən isə təşkilat şöbəsinin rəisi olub. 1978-ci ildə Ağsu rayon Xalq Deputatları Soveti İcraiyyə komitəsinin sədri seçilib.
1983-cü ildə Bakı Ali Partiya məktəbini bitirdikdən sonra Beyləqan rayon Mərkəzi Komitəsinə birinci katib vəzifəsinə təyin edilib. 1988-ci ilə qədər Azərbaycan KP MK-da inzibati orqanlar şöbəsinin müdiri, 1988-1990-cı illərdə Ağdaş və Quba rayon Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işləyib.
1990-cı ilin mayında Azərbaycan Respublikasının Daxili İşlər Naziri, 1991-ci ilin noyabrında Dövlət Müşaviri vəzifəsinə təyin edilib.
1991-ci il noyabrın 20-də Dağlıq Qarabağda Qarakənd kəndi səmasında ermənilər tərəfindən vurulan MN 8 hərbi vertalyotunda şəhid olmuşdur. Bakı şəhərində Fəxri Xiyabanda dəfn edilib.

Abbasov Qaytaran İbrahim oğlu

1964-1993

Abbasov Qaytaran İbrahim oğlu 1964-cü il yanvarın 12-də Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olub. 1979-cu ildə həmin kəndin səkkizillik məktəbini qurtardıqdan sonra, Zəngilan kənd orta məktəbində orta təhsilini başa vurub. Daha sonra rayon 144 saylı texniki peşə məktəbində təhsil alıb.
Nümunəvi qulluq etdiyi sovet ordu sıralarından serjant rütbəsində hərbi xidmətdən qayıdaraq, Mingəçevir şəhərində Qafqaz Enerjiquraşdırma Trestində çilingər işləyib. 1991-ci ilin avqustunda səfərbərliyə alınaraq Ağdam cəbhəsinə göndərilib. 1991-ci ildən Ağdam, Tərtər, Qubadlı və Zəngilan bölgələrində könüllü olaraq döyüşlərdə iştirak edib. 1992-ci ilin may-avqust aylarında Laçın və Qubadlı rayonlarının Güləbird, Şəfiyan, Başarat kəndlərində göstərdiyi döyüş xidmətlərinə görə leytenant rütbəsinə layiq görülüb. 1993-cü ilin martın 5-də gərgin döyüşdə dörd qəlpə yarası alıb. Müalicədən sonra cəbhəyə qayıdaraq yenidən vuruşub. 1993-cü il may ayının 16-da qəhrəmancasına şəhid olub. Qıraq Müşlan kənd qəbristanlığında dəfn edilib.

Abbasov Məhərrəm Mehdi oğlu

1973-1994

Abbasov Məhərrəm Mehdi oğlu 1973-cü ildə Zəngilan rayonunun Tatar kəndində anadan olub.
Orta təhsilini Cahangirbəyli kənd orta məktəbində alıb.
1991-ci ilin yayında sovet ordusuna hərbi xidmətə çağırılıb. Moskva ətrafında yerləşən hərbi hissədə birillik hərbi xidmətdən sonra Sovet İttifaqının süqutu ilə əlaqədar vaxtından əvvəl tərxis edilib. Zəngilan rayonuna qayıdaraq “N” saylı hərbi hissədə Milli Ordunun əsgərləri sırasında qulluq etməyə başlamışdır. Qazançı, Şayıflı istiqamətində keçirilən hərbi əməliyyatların və müdafiə döyüşlərinin iştirakçısı olub.
1993-cü ilin oktyabr ayından Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü il yanvar ayının 14-də Qorqan kəndi ətrafında müdafiə döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Abbasov Səhiyəddin İsmayıl oğlu

1968-1994

 Abbasov Səhiyəddin İsmayıl oğlu 1968-ci il martın 11-də Zəngilan rayonunun Genlik kəndində anadan olub. 1985-ci ildə Genlik kənd orta məktəbini, sonra isə rayon 144 saylı texniki-peşə məktəbini bitirib. 1992-ci ildə Bakı Politexnik texnikumunu bitirib.
Əfqanıstanda hərbi xidmət keçdiyi müddətdə “Beynəlmiləl döyüşçü” və “Ordunun yaranmasının 70 illiyi” medalları ilə təltif olunub. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. Bu müddətdə gizir rütbəsi alıb və tağım komandiri təyin olunub.
1994-cü il aprelin 10-da Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.

 

 

Abbasov Telman Vəli oğlu

1967-1992

 Abbasov Telman Vəli oğlu 1967-ci ildə Zəngilan rayonunun aşağı Giyəli kəndində anadan olub. 1982-ci ildə Şayıflı kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra 1990-cı ilə qədər kolxozda işləyib.
1992-ci il dekabr ayının 10-da ermənilərin Zəngilan rayonuna hücumu zamanı atası və anası ilə birlikdə qətlə yetirilib. Zəngilan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

 

Abbasov Vəli Abbas oğlu

1933-1992

 Abbasov Vəli Abbas oğlu 1933-cü ildə Zəngilan rayonunun Aşağı Gəyəli kəndində anadan olub. Əvvəllər Şayıflı sovetliyinin (inzibati ərazi nümayəndəliyinin) ərazisində yerləşən kolxozda işləyib. 1967-1998-ci illərdə Ermənistanın Kacaran qəsəbəsində işləyib. Daha sonra Zəngilandakı 13 saylı tikinti idarəsində işləyib.
10 dekabr 1992-ci ildə Gəyəli kəndinə basqın edən ermənilər qocalığına, xəstə vəziyyətində olmasına məhəl qoymadan onu həyat yoldaşı və oğlu ilə birlikdə vəhşicəsinə qətlə yetiriblər.
Zəngilan şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

 

Abbasquliyev Vüqar Rəşid oğlu

1977-1992

Abasəliyev Vüqar Rəşid oğlu 1977-ci ildə Zəngilan rayonunun Sarallı Xəştab kəndində anadan olub.
Sarallı Xəştab kənd məktəbində doqquzuncu sinifdə oxuyurdu.
1 oktyabr 1992-ci ildə ermənilər tərəfindən qətlə yetirilib.
Sarallı Xəştab kənd qəbristanlığında dəfn edilib.

 

 

 

Abdinov Sərvər Famil oğlu

1974 -1993

Abdinov Sərvər Famil oğlu 1974-cü ildə Zəngilan rayonunun Alıbəyli kəndində anadan olub. 1981-ci ildə Alıbəyli kənd orta məktəbinin birinci sinfinə gedib və 1991-ci ildə həmin məktəbi bitirib, Bakı Kommersiya Texnikumuna daxil olub.  1992-ci il dekabrın 10-da Zəngilanda baş vermiş hadisələrlə əlaqədar Zəngilana qayıdaraq, rayon hərbi komissarlığına müraciət edib. Daxili qoşunların Zəngilandakı hərbi hissəsinə göndərilib. Sərhədboyu kəndlərdə bir çox döyüşlərdə sınaqdan çıxıb.
30 mart 1993-cü ildə döyüşdə qəhrəmancasına şəhid olub.
2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.

 

Abdinov Yaqub Rəhim oğlu  

1908 - ...

Abdinov Yaqub Rəhim oğlu 1968-ci ildə Zəngilan rayonunun Alıbəyli kəndində anadan olub. Erkən yaşlarında ata-anasını itirdiyinə görə əmisinin himayəsində böyüyüb.
Yeniyetmə ikən kolxozda çalışmağa başlayıb. 1941-1945-ci illər müharibəsində iştirak edib. Döyüşlərin birində ağır yaralansa da, hospitalda müalicə alaraq yenidən savaş meydanına dönüb və müharibədən qaliblər sırasında təltiflərlə qayıdıb.
Sonrakı illərdə M.Sabir və K.Marks adını daşıyan yerli təsərrüfatda briqadir, ferma müdiri, son zamanlarda isə gözətçi işləyib.
1993-cü ildə Zəngilan rayonunun işğalı zamanı itkin düşüb. 1997-ci ilin  noyabr ayında şəhid statusu verilib.

 

Abdullayev Eynur Sahib oğlu  

1968-1993

Abdullayev Elnur Sahib oğlu 14 avqust 1968-ci ildə Zəngilan rayonunun Ağbis kəndində anadan olub. 1985-ci ildə İsgəndərbəyli kənd orta məktəbini bitirib. Sumqayıt şəhərinə gedərək əvvəlcə peşə məktəbində, ardınca dənizçilik məktəbində oxuyaraq əmək fəaliyyəti üçün özünə müxtəlif təyinatlı iki peşə qazanıb.
1986-1988-ci illərdə Moskva vilayətində sovet ordusu sıralarında hərbi xidmətdə olub.
Ordudan qayıdaraq 1 il Sumqayıtda tikintidə çalışıb. Ermənilərin aramsız silahlı basqınları barədə aldığı məlumatlardan sonra doğma kəndinə qayıdıb. Milli ordu yarananda könüllü milli ordu sıralarına daxil olub, Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. 1990-cı ilin iyun ayında rayon polis idarəsində xidmətə qəbul olunub.
29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun müdafiəsi zamanı qəhrəmancasına şəhid olub. Sumqayıtda Şəhidlər Xiyabanında dəfn olunub.

Abdullayev İlqar Niftulla oğlu

1960-1992 

1960-cı ildə Bakı şəhərində anadan olub. Orta məktəbdə təhsil qabaqcılı olub. Doğma torpaqlarımız erməni təcavüzünə məruz qalanda xalqımızın digər qeyrətli oğulları kimi o da silaha sarılıb. Zəngilana gəlmədən əvvəl Qarabağın Daşaltı, Şuşa, Xocalı döyüşlərində iştirak edib. Daha sonra Zəngilanın Qazançı, Canbar, Ağkənd kəndlərindəki postlarda xidmətdə durub. 1992-ci ilin mayın 24-də şəhid olub. Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.

 

 

 

 Abdullayev Ramiz Fikrət oğlu

1966-1993

1966-cı ildə Bakı şəhəri Qaradağ rayonunun Şubanı kəndində anadan olub. Erkən yaşlarında atasını itirib, təhsilini Xırdalan qəsəbəsində babasının himayəsi altında alıb. 1977-ci il aprel ayından babasının yaşadığı Quba rayonunun Qonaqkənd orta məktəbində təhsilini davam etdirib.
1985-ci ildə orta məktəbi qurtardıqdan sonra sentyabrda hərbi xidmətə çağırılıb. 1987-ci ilin noyabr ayında hərbi xidməti başa vurduqdan sonra 26 Bakı Komissarı adına qoyunçuluq sovxozunda fəhlə işləyib. 1992-ci ilin noyabr ayından  Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. 30 mart 1993-cü ildə qəhrəmancasına şəhid olub.

Abdullayev Rövşən Əbdülhüseyn oğlu

1969-1992

Abdullayev Rövşən Əbdülhüseyn oğlu 1969-cu ildə Lerik rayonunda anadan olub. Orta məktəbi Astara rayonunda bitirib.
1987-ci ildə Leninqrad şəhərində SSRİ DİN-in nəzdindəki Ali Hərbi Siyasi məktəbə daxil olub. 1991-ci ildə orada təhsilini başa vuraraq leytenant rütbəsi ilə Respublikamızda daxili qoşun hissəsində işləməyə başlayıb.
1992-ci ilin iyulunda tağım komandiri kimi Zəngilana göndərilib. Zəngilan rayonunun müdafiəsində iştirak edib. 1992-ci ilin dekabrında Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Abışov Bəhlul Qabil oğlu

1969-1994

Abışov Bəhlul Qabil oğlu 16 iyun 1969-cu ildə Zəngilan rayonunun İkinci Ağalı kəndində anadan olub. 1976-1986-cı  illərdə Ağalı kənd orta məktəbində təhsil alıb.
1987-1989-cu illərdə Litva Respublikasının Vilnus şəhərində hərbi xidmətdə olub.
1992-ci ilin əvvəlində rayonda yaradılmış özünümüdafiə batalyonun tərkibində Zəngilanın rayonunun müdafiəsində iştirak edib. döyüş yolu Şayıflı, Rəzdərə,Şatarız kəndlərindən keçib. Daha sonra Füzuli bölgəsində vuruşub. 19 yanvar 1994-cü ildə Fizuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Abşeron rayonunun Masazır kənd qəbiristanlığında dəfn olunub.

 

 

Abışov Təvəkkül Qüdrət oğlu  

1966-1993

Abışov Təvəkkül Qüdrət oğlu 1966-cı ildə Zəngilan rayonunun Şərifan kəndində anadan olub. 1973-1983-cü illərdə Hacallı kənd orta məktəbində təhsil alıb.
1983-1985-ci illərdə Kaluqa şəhərində hərbi xidmətdə olub.
1985-ci ildə geri dönərək doğma Şərifan kəndində yaradılmış balıqçılıq təsərrüfatında işə başlayıb.
1990-cı ilin 20 yanvarında rus-erməni qoşun birləşmələrinin Bakı şəhərində (eləcə də respublikanın bir neçə bölgəsində) törətdikləri vəhşi qırğınlardan sonra Bakıya köçüb. Bakı lampa zavodunda işə düzəlib.
1993-cü ilin aprel ayından milli ordu sıralarında xidmətə başlayıb. Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
13 iyun 1993-cü ildə Ağdam rayonunun Şelli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Bakı şəhərində I Şəhidlər Xiyabanında dəfn olunub.

Abışov Vüqar Abbasqulu oğlu

1970-1993

Abışov Vüqar Abbasqulu oğlu 1970-ci ildə Zəngilan rayonunun Alıbəyli kəndində anadan olub. Orta təhsilini 1977-1987-ci   illərdə Alıbəyli kənd orta məktəbində alıb. İlk əmək fəaliyyətinə Karl Marks kolxozunda  gözətçi işləməklə başlayıb.
1988-ci ildə keçmiş Sovet Ordu sıralarına hərbi xidmətə çağırılıb və Qırğızıstan Respublikasının Frunze şəhərində daxili qoşunlara aid hərbi hissədə qulluq edib. 1990-cı ildə ordu sıralarından qayıtdıqdan sonra kolxozda fəhlə kimi əmək fəaliyyətini davam etdirib.1993-cü ilin yanvar ayında rayon hərbi komissarlığı tərəfindən rayondakı döyüş batalyonuna çağırılıb və sıravi əsgər kimi rayonun Ağkənd, Ağbənd kəndlərində və Şükrətaz yüksəkliklərində gedən döyüşlərdə iştirak edib.
10 aprel 1993-cü ildə Kolluqışlaq kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Zəngilan şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Adıgözəlov Bəhram Bahadur oğlu

1967-1993

 Adıgözəlov Bəhrəm Bahadur oğlu 1967-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. Qəsəbədəki 36 nömrəli dəmiryol orta məktəbini bitirib. Əsgəri xidmətini SSRİ silahlı qüvvələrində Tambov vilayətində başa vurub. Ordu sıralarından qayıtdıqdan sonra Mincivandakı doqquzuncu dəmiryol distansiyasında sürücü vəzifəsində işləyib.
1992-ci ildə könüllü olaraq hərbi qulluğa gedib, sürücü kimi xidmət göstərib.
25 oktyabr 1993-cü  ildə idarə etdiyi “UAZ” markalı avtomobillə Cəbrayıl rayonunun Qumlaq kəndi  yaxınlığında yerləşən posta gedərkən komandiri Mehman, döyüş yoldaşı Eminlə birgə ermənilərin hücumuna məruz qalaraq düşmən gülləsi ilə şəhid olub.  Mincivan qəsəbəsində dəfn edilib.

 

Ağakişiyev Asif Xankişi oğlu  

1961-1992

Ağakişiyev Asif Xankişi oğlu 1961-ci il iyul ayında Ermənistan Respublikasının Qafan rayonunun Şabadin kəndində anadan olub. 1968-ci ildə ailəsi ilə birlikdə Abşeron rayonunun Mehdiabad qəsəbəsinə köçüb. 1976-cı ildə Mehdiabad qəsəbə orta məktəbinin səkkizinci sinfini və texniki peşə məktəbini bitirdikdən sonra  1 nömrəli üzümçülük sovxozunda fəhlə işləyib. 1979-cu ildə hərbi xidmətə gedib, hərbi xidməti başa vurduqdan sonra ailə qurub. 1991-ci ildən könüllü olaraq vətənin müdafiəsində - Xocalının müdafiəsində, Daşaltı əməliyyatında, Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il mayın 24-də şəhid olub. Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.

 

Ağakişiyev Səfa Məmmədrza oğlu

1969-1993

 Ağakişiyev Səfa Məmmədrza oğlu 1969-cu ildə Ördəkli kəndində anadan olub. 1984-cü ildə həmin kənddə natamam orta məktəbi, 1988-ci ildə Bakı Dəmiryol Texnikumunu bitirib, ordu sıralarına xidmətə gedib.
Uzaq Sibirdə əsgəri qulluqdan sonra Vətənə qayıdıb. 1991-ci ildən Mincivan Vaqon Müayinə Məntəqəsində çalışıb. Həmin dövrdə xain erməni millətçilərinin qatar və vaqonlarda törətdikləri cinayət xarakterli nasazlıqları aradan qaldırıb.
1993-cü il yanvarın 21-də Milli Orduya çağırılıb, Kolluqışlaq kəndinin müdafiəsinə cəlb olunub, düşmənin təxribatlarına və hücumlarına çəkinmədən sinə gərib.
1993-cü il fevralın 12-də Kolluqışlaq kəndindəki döyüşdə şəhid olub. Zəngilan şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

 

Ağalarov Baxış Səlim oğlu

1972- . . .

 Ağalarov Baxış Səlim oğlu  1972-ci ildə Zəngilan rayonunun Şəfibəyli kəndində  anadan olub. 1990-cı ildə  kənd orta məktəbini bitirən kimi hərbi xidmətə çağırılıb. Rusiya Federasiyasının Vladivastok şəhərində  ikiillik xidməti borcunu  yerinə yetirdikdən sonra  Vətənə dönüb.
1993-cü ilin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına hücumları genişlənərkən  o da silaha  sarılıb və həmin il  fevral ayının  6-da Bakının Sabunçu rayon hərbi komissarlığından orduya yola salınıb. Murov istiqamətində ön cəbhədə ölüm-dirim savaşı aparan igid oğulların  cərgəsində  mövqe tutub.
Sonradan doğmalarının  və hərbi  komissarlığın  bütün səylərinə  baxmayaraq haqqında  heç bir  məlumat əldə edilməyib. 1996-cı ilin sentyabr ayında şəhidlik statusu verilib.

Ağayev Rafiq Hafiz oğlu

1971-1992

Ağayev Rafiq Hafiz oğlu 1971-ci ildə anadan olub. Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 1992-ci ildə şəhid olub.

 

 

 

 

 

 

Ağayev Yavər Balaxan oğlu 

1972-1992

Ağayev Yavər Balaxan oğlu 1972-ci ildə Masallı rayonunun Bala-Təklə kəndində anadan olub. 1989-cu ildə Şəfərə kənd orta məktəbini, 1990-cı ildə Bakı şəhərindəki 14 saylı texniki peşə məktəbini bitirib. Qazaxıstanda, daha sonra isə Belorusiyada hərbi xidmət keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhər Xətai rayonunda tikinti idarəsində işləyib.
1992-ci il sentyabrın 8-də könüllü olaraq Azərbaycan Milli Ordusuna qoşulub, Zəngilan rayonunun sərhədyanı bölgələrinin erməni quldurlarından müdafiə olunmasında iştirak edib.
6 noyabrda Zəngilanın Qazançı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Bala-Təklə kənd məktəbinə şəhid Yavər Ağayevin adı verilmişdir.

Alışov Fariz Sərməs oğlu

1974-1993

 Alışov Fariz Sərməs oğlu 1974-cü ildə Zəngilan şəhərində anadan olub. 1988-ci ildə  şəhər 2 nömrəli məktəbin səkkizinci  sinfini, 1992-ci ildə Zəngilan rayon  144 saylı  texniki peşə  məktəbini bitirib.
1993-cü il may ayının  12-də  hərbi xidmətə çağırılıb. Döyüş yolu Goranboydan  başlanıb, avqustun əvvəlində Füzuli rayonu istiqamətinə göndərilib. Burada ermənilərin aramsız hücumlarının dəf olunmasında iştirak edib.
Avqust ayının 14-də Füzuli rayonunun Qaraməmmədli kəndi uğrunda döyüşdə şəhid olub. Zəngilan rayonunda dəfn edilib.

 

 

Allahverdiyev Elxan Kamil oğlu

1966-…

Allahverdiyev Elxan Kamil oğlu 1966-cı ildə Yuxarı Yeməzli kəndində anadan olub. 1984-cü ildə Sarallı Xəştab kənd məktəbində orta təhsilini başa vurub.
1985-ci ildə əsgəri qulluğa Çita vilayətində başlayıb, Monqolustanda tamamlayıb. 1987-1988-ci illərdə Rusiyanın Voronej şəhərində sənət məktəbini və 1991-ci ildə Volqoqrad Sənaye Pedaqoji Texnikumunu bitirib.
1992-ci ildə Azərneftyanacaq zavodunda işə başlayıb. Bir neçə ay sonra hərbi xidmət üçün səfərbərliyə alınıb və arzusu ilə Zəngilana göndərilərək kəşfiyyat qrupuna daxil edilib. «Lokatr» adlanan ərazidə düşmənə qarşı döyüş əməliyyatı keçirilərkən 1992-ci il dekabrın 24-də ağır yaralanıb. Daha sonra PDM-ə qoyulub. Lakin həmin döyüş maşını da vurulub və düşmən nəzarətində qalıb. Sonrakı taleyi haqqında heç bir məlumat yoxdur. 1997-ci ildə şəhidlik statusu verilib.

Allahverdiyev İsmayıl İbiş oğlu  

1951-1990

Allahverdiyev İsmayıl İbiş oğlu 1951-ci ildə Zəngilan rayonunun Tiri kəndində anadan olub. 1968-ci ildə Şayıflı kənd orta məktəbini bitirib. 1969-cu ildə hərbi xidmətdə olub. Sonra Bakı Dəmiryol Texnikumunda elektrovoz maşinisti peşəsinə yiyələnib.  1989-cu ildən Culfa rayon lokomotiv deposunda maşinist köməkçisi işləyib.
Bir neçə il ərzində riskli səfərlərə çıxaraq Ermənistan əhalisinin də ərzaq məhsulları ilə təchizatına yardımçı olub. 1990-cı il mart ayının 18-də Mincivan-Mehri dəmir yolunda xidməti vəzifəsini yerinə yetirən zaman erməni ekstremistləri tərəfindən vəhşicəsinə qətlə yetirilib. İsmayıl Allahverdiyev Zəngilanın ilk şəhidlərindən biri olub.
Şayıflı kənd qəbristanlığında dəfn olunub.

 

Allahverdiyev Qorxmaz Bahadur oğlu  

1973-1993

Allahverdiyev Qorxmaz Bahadur oğlu 1973-cü ildə Zəngilan rayonunda anadan olub. 1988-ci ildə Zəngilan şəhər səkkizillik məktəbini bitirdikdən sonra rayondakı 144 saylı texniki peşə məktəbində ixtisas qazanıb.
1992-ci ilin mayında hərbi xidmətə çağırılıb. Xidməti borcunu rayonun döyüş postları olan Seyidlər, Quyudərə, Xəştab, Şayıflı, Kolluqışlaq, Rəzdərə və digər sərhəd kəndlərdə yerinə yetirib.
Həmin ilin oktyabrında Qubadlı rayonunun Başarat kəndində, dekabr ayının 10-da isə rayonumuzun Şayıflı və ətraf sərhəd kəndlərində ermənilərin hücumlarının dəf olunmasında iştirak edib.
Rayonun mərkəzini daim atəş altında saxlayan ermənilərin atəş nöqtələrini məhv etmək məqsədilə 10 aprel 1993-cü ildə təşkil olunan və düşmənin 4 kəndinin ələ keçirilməsi ilə nəticələnən hücum əməliyyatı zamanı qəhrəmancasına şəhid olub. Zəngilan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.
Ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Almirzəyev Əbülfət Mürşüd oğlu

1966-1994

 Alımirzəyev Əbülfət Mürşüd oğlu 1966-cı ildə Ördəkli kəndində anadan olub. 1983-cü ildə  Şəfibəyli kənd məktəbində orta təhsilini tamamladıqdan sonra 144 saylı Zəngilan Rayon TPM-də ixtisas qazanıb.
1984-cü ildə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağaırılıb. İrkutsk vilayətində qulluq edib. Tərxis olunduqdan sonra rayona qayıdaraq ”İnşaatçı”  kooperativində dülgər işləyib.
1993-cü ilin avqusutunda Milli Ordumuzun sıralarında xidmətə başlayıb. Əvvəlcə Şayıflı kəndində, sonra isə Goran qəsəbəsində qulluq borcunu yerinə yetirib.
1994-cü ilin əvvəlində Horadiz qəsəbəsi istiqamətinə göndərilib.
1994-cü il fevral ayının 2-də döyüş zamanı ağır yaralanaraq şəhid olub. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Almuradov Xaqani Ağaqulu oğlu

1969-...

Almuradov Xəqani Ağaqulu oğlu 1969-cu ildə Şəfibəyli kəndində anadan olub. 1986-cı ildə Şəfibəyli kənd orta məktəbini bitirib, Bakı İnşaat Texnikumunun tələbəsi olub.
1986-cı ilin payızında hərbi xidmətə çağırılıb. 1988-ci ildə Almaniyada əsgəri qulluğunu başa vuraraq qayıdıb və texnikumda təhsilini davam etdirib. 1990-cı ildə  Zəngilan Su İstismar İdarəsində mühəndis işləyib.
1991-1992-ci illərdə Zəngilan Rayon Milis Şöbəsində milis nəfəri kimi xidmət edib. Sonra rayonda yerləşən 865 saylı hərbi hissədə komandir vəzifəsinə təyin olunub.
1993-cü ilin avqust ayına qədər Zəngilan, Qubadlı, Füzuli və Cəbrayıl uğrunda döyüşlərdə iştirak edib.23 avqust 1993-cü ildə Cəbrayıl rayonunda döyüş zamanı itkin düşüb və bu günə qədər onun taleyi barədə heç bir məlumat yoxdur. 30 sentyabr 1996-cı ildə şəhidlik statusu verilib.

Alverdiyev Alverdi Tarverdi oğlu

1974-1994

Alverdiyev Alverdi Tarverdi oğlu 1974-cü ildə Zəngilan rayonunun Muğanlı kəndində anadan olub. 1981-1991-ci illərdə Vənətli kəndində orta məktəbi bitirib.
Rayon hərbi komissarlığı tərəfindən 3 aylıq sürücülük kursuna göndərilib. İxtisas qazandıqdan sonra rayonda yerləşən hərbi hissədə əsgəri borcunu yerinə yetirib, sərhədboyu kəndlər olan Seyidlər, Şayıflı, Yeməzli, Sarallı-Xəştab, Ağbisin hüdudlarını erməni hücumlarından qoruyub.
Qubadlı, Cəbrayıl rayonlarında vəziyyət gərginləşəndə köməyə gedən silahlı bölmələrin tərkibində düşmən təcavüzünün dəf olunmasında iştirak edib. Goranboyu, Ağdam və Füzuli rayonlarını qoruyan silahlı birləşmələrin tərkibində düşmənə qarşı vuruşub.
1994-cü il mart ayının 23-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin müdafiəsi uğrunda döyüşdə şəhid olub. Sumqayıt şəhər  Şəhidlər Xiyabanında dəfn olunub.

 

Aslanov Alik Şəmil oğlu

1962-1992

Aslanov Alik Şəmil oğlu 1962-ci ildə Zəngilan şəhərində anadan olub. 1979-cu ildə orta məktəbi bitirərək hərbi xidmətə gedib.
1985-1988-ci illərdə rabitə texnikumunda təhsil aldıqdan sonra rayon rabitə qovşağında mühasib köməkçisi işləyib.
İşlədiyi kollektivin gənclərindən ibarət «Rabitəçi» futbol komandası yaradaraq, qısa müddətdə komandanın lideri, kapitanı kimi rayon kubokunun qalibi olub.
Sərhəd zonasında olan döyüşçülərə ərzaq yardımı çatdırmağı öhdəsinə götürərək riskli səfərə çıxıb. 20 may 1992-ci ildə milli ordumuza ərzaq apararkən düşmən gülləsinin qurbanı olub.

 

Aslanov Eldar Əfraz oğlu

1972-1992

 Aslanov Eldar Əfraz oğlu 1972-ci il mayın 21-də Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 10 nömrəli məktəbin səkkizinci sinfini bitirib. 1989-cu ildə 41 nömrəli orta texniki peşə məktəbində nəzirətçi-ölçü cihazları üzrə çilingər diplomunu alıb. İki ay Sumqayıt zavodlarının birində işləyib. Sonra hərbi xidmətə çağırılıb. Donetsk şəhərində 6 aylıq serjantlıq kursu keçib. Bakı və Sumqayıt şəhərində milis polkunda xidmət edib.
Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. 9 may 1992-ci ildə Zəngilan rayonunun Ağkənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Sumqayıtda Şəhidlər Xiyabanında dəfn olunub.

 

 

Atakişiyev Sabir Şahməmməd oğlu

1972- ...

Atakişiyev Sabir Şahməmməd oğlu 1972-ci ildə Zərnəli kəndində anadan olub. 1989-cu ildə kənd məktəbində orta təhsil alıb.
Xətai adına kolxoza üzv yazılıb, təsərrüfatda işləyib. Sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb. Qazaxıstanda əsgəri qulluğunun üçüncü ayında sovet imperiyasının dağılması səbəbindən Azərbaycana qayıdaraq xidmətini Milli Orduda davam etdirib.
Ağkənd, Şayıflı, Qazançı, Seyidlər istiqamətində postlarda dayanaraq yadellilərin hücum və təxribatlarının qarşısının alınmasında qüvvə və bacarığını əsirgəməyib.
1990-cı il dekabr ayının10-da erməni quldur dəstələrinin qəfil hücumu zamanı Ağkənddə naməlum şəraitdə itkin düşüb.
Göstərilən ciddi cəhdlərə baxmayaraq sonrakı taleyi barədə heç bir məlumat əldə olunmayıb. 2003-cü ilin mart ayında şəhidlik statusu verilib.

Abbasov Taleh Tofiq oğlu  

1989-2010

Abbasov Taleh Tofiq oğlu 1989-cu ildə Zəngilan rayonunun Babaylı kəndində anadan olub. 1993-cü ildə Zəngilan rayonu erməni silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra ailəsi ilə Sumqayıt şəhərində məcburi köçkün kimi məskunlaşıb. 2006-cı ildə Sumqayıt şəhər 34 nömrəli orta məktəbdə təhsilini başa vuraraq 1 saylı peşə liseyinə daxil olub. 2009-cu ildə telekommunikasiyada komputer texnikasının istismarı üzrə tam kursu bitirib. 2009-cu ilin aprel ayında hərbi xidmətə çağırılıb.
Ağcəbədi rayonu ərazisində yerləşən hərbi hissənin ön cəbhəsində xidmət edib. 2010-cu il sentyabr ayının 25-də sərhəddə atəşkəsi pozan ermənilərlə döyüşdə qəhrəmancasına şəhid olub.

 

Babayev Barat Məmməd oğlu

1965-1994

Babayev Barat Məmməd oğlu 1965-ci ildə Zəngilan rayonunun Şatarız kəndində anadan olub. Rəzdərə kənd məktəbində səkkizinci sinfi bitirib və  daha sonra Ermənistan SSR-in Qafan şəhərində yerləşən peşə məktəbində avtomobil çilingəri ixtisası alaraq doğma kəndinə qayıdıb.
1983-cü ildə hərbi qulluga çağırılıb. Xidmətini Qazaxıstanın Cambul şəhərində yerinə yetirdikdən sonra Bakı şəhərinə gələrək gön-dəri istehsalat birliyində fəhlə işləyib.
1988-ci ildə ailə həyatı qurub. İki oğul övladı dünyaya gəlib.
1993-cü ilin sonlarında Suraxanı Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınaraq Füzuli rayonuna, ön cəbhəyə aparılıb.
Mənfur düşmənin hücumlarının qarşısının alınmasında cəsarətlə iştirak edən Barat 1994-cü il yanvar ayının 15-də döş qəfəsini dəlib keçən güllə yarasından şəhidlik şərəfinə yüksəlib.
Sabunçu rayonu Bakıxanov qəsəbəsində, Şəhidlər Xiyabanında dəfn edilib.

Babayev Hətəmxan Səfər oğlu

1972-1992

Babayev Hətəmxan Səfər oğlu 1972-ci il avqustun 9-da Zəngilan rayonunun Keçikli kəndində anadan olub.1987-ci ildə Keçikli kənd natamam orta məktəbini bitirib, rayondakı 144 nömrəli kənd texniki peşə məktəbinə daxil olub.1990-cı ildə həmin məktəbin elektrik-qaz qaynaqçısı ixtisasını alıb.
1990-cı ilin noyabrında Sumqayıt şəhərindəki milis batalyonuna hərbi xidmətə çağırılıb.Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
1aprel 1992-ci ildə Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Zəngilan rayon Keçikli kənd natamam orta məktəbi şəhid Babayev Hətəmxanın adını daşıyır.

 

Babayev Saleh Valeh oğlu  

1969-1992

Babayev Saleh Valeh oğlu 1969-cu ildə Zəngilan rayonunun Dərə Gilətağ kəndində anadan olub.
1988-1990-cı illərdə Sovet ordusunda hərbi qulluq edib.
1992-ci ildə  Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
1992-ci il dekabr ayının 11-də qəhrəmancasına şəhid olub.

 

 

 

Babayev Vüqar Baba oğlu  

1976-1992

Babayev Vüqar Baba oğlu 1976-cı ildə Zəngilan rayonunun Saralı-Xəştab kəndində anadan olub.1983-cü ildə Saralı-Xəştab kənd orta məktəbinin birinci sinfinə gedib.
1992-ci il oktyabrın 1-də kəndin yaxınlığındakı örüşdə mal otararkən düşmənlər Babayev Vüqar Baba oğlunu girov götürmək istəklərinə nail ola bilməyib onu qətlə yetiriblər.

 

 

 

Bağırov Vüqar Novruz oğlu

1973-1993

  Bağırov Vüqar Novruz oğlu 1973-cü ildə Mincivan qəsəbəsində anadan olub.1990-cı ildə N. Nərimanov adına qəsəbə orta məktəbini bitirib, Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsinə daxil olub.

1991-ci ildə  İnstitutun birinci kursunda təhsil aldığı zaman erməni təcavüzünə məruz qalan Vətənin müdafiəsi üçün silaha sarılıb.
Hərbi qulluğa Zəngilan rayonunda başlayıb, dəfələrlə Seyidlər, Nəcəflər, Şayıflı kəndlərinin müdafiəsində iştirak edib.
1993-cü ilin aprel ayında Qubadlının Başarat kəndi uğrunda gedən döyüşdə fəallıq göstərib. Bir neçə ay sonra Cəbrayıl rayonunu müdafiə edən hərbi bölmələrin tərkibində müdafıə döyüşlərinə qatılıb. Avqust ayının 23-də  Cəbrayıl şəhəri uğrunda  döyüşdə  itkin düşüb.
2003-cü ilin iyun ayında şəhidlik statusu verilib.

Bağırov Vüqar Habil oğlu

1970-1993

  Bağırov Vüqar Habil oğlu 1970-ci ildə Zəngilan rayonunun  Keçikli kəndində anadan olub. 1987-ci ildə Zəngilan şəhər məktəbində orta təhsilini tamamlayaraq Bakı şəhərində fəaliyyət göstərən 188 nömrəli texniki peşə məktəbində  telemexanik ixtisasına yiyələnib.

1988-ci ildə hərbi xidmətə çağırılıb. Əsgəri qulluğunu yerinə yetirdikdən sonra bir müddət rayonda  su istismarı idarəsində işləyib.
1992-ci ilin fevralında erməni təcavüzü nəticəsində Zəngilanda yaranmış vəziyyətlə əlaqədar yenidən hərbi xidmətə çağırılıb.
1993-cü il mart ayının 22-də düşmən mövqelərinə kəşfiyyat tapşırığını yerinə yetirərkən ermənilərin qəfil yağı gülləsi onu əbədiyyətə qovuşdurub.
Ailəli idi, 1 övladı var.

Bayramov Etibar Şamxal oğlu

1972-1993


Bayramov Etibar Şamxal oğlu 1972-ci ildə ikinci Alıbəyli kəndində kolxozçu ailəsində anadan olub. 1989-cu ildə Alıbəyli kənd orta məktəbində təhsilini başa vuraraq Füzuli rayonunda yerləşən sürücülük məktəbini bitirib.

Kəndlərində yerli təsərrüfatda kolxozçu kimi fəaliyyətə başlayaraq valideynlərinə yaxından köməklik göstərib.
1992-ci ildə səfərbərliyə alınaraq Milli Ordu sıralarına xidmətə aparılıb. Sərhədyanı kəndlərində gedən döyüşlərdə fəal iştirak edib.
Son qulluq və döyüş yeri rayonun Sobu kəndində qurulmuş post olub. 1993-cü il iyul ayının 19-da erməni silahlı qüvvələrinin həmin posta hücumu zamanı son nəfəsinədək vuruşaraq şəhid olub.
Alıbəyli kənd qəbristanlığında dəfn olunub.

Bayramov Pərviz Həsi oğlu

1972-1994

Bayramov Pərviz Həsi oğlu 1972-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. 1989-cu ildə N. Nərimanov adına Mincivan qəsəbə orta məktəbini bitirib.
Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
17 yanvar 1994-cü ildə Fizuli rayonunun Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

 

Bayramov Tarverdi Oruc oğlu

1972-1992 

Bayramov Tarverdi Oruc oğlu 1972-ci il dekabr ayının 12-də Xaçmaz rayonunun Zaliyevka kəndində anadan olub.1987-ci ildə Müşkür kənd orta məktəbinin səkkizinci sinfini, 1990-cı ildə peşə məktəbində təmirçi-çilingər peşəsi kursunu bitirib.
Rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb, 1992-ci ilin mart ayında Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib.
1992-ci ilin may ayının 25-də qəhrəmancasına şəhid olub.
Xaçmaz qəbiristanlığında dəfn olunub. Ölümündən sonra oxuduğu Müşkür kənd orta məktəbinə şəhid Bayramov Tarverdi Oruc oğlunun adı verilib.

 

 

Bayramov Ziyad Hümbət oğlu

1972-1993

 Bayramov Ziyad Hümbət oğlu 1972-ci ildə Mincivan qəsəbəsində anadan olub.  1989-cü ildə N.Nərimanov adına Mincivan qəsəbə orta məktəbini, daha sonra Bakı Dəmiryol Texnikumunu bitirərək hərbi xidmətə gedib. Əsgəri qulluğunun ilk dövrlərini Sumqayıt şəhərində yerinə yetirib. Sonra öz arzusu ilə rayonun sərhədyanı Günqışlaq, Canbar və Yeməzli kəndlərinin keşiyini çəkib.

1993-cü il  mayın 16-da ermənilər müxtəlif istiqamətlərdən Zəngilan rayonunun ərazisini atəşə məruz qoyan zaman “Mal yatağı” postu yaxınlığında düşmən kəşfiyyatçıları ilə uzun atışmalardan sonra ağır yaralanaraq şəhid olub.
Zəngilan rayonu, Mincivan qəsəbə qəbiristanlığında dəfn edilib.

 

Bədirov Eynur Sayıl oğlu

1973-1992

   Bədirov Eynur Sayıl oğlu Zəngilan rayonunun Ördəkli kəndində anadan olub. 1990-cı ildə Mincivan qəsəbəsində dəmiryol orta məktəbini və Zəngilan rayon 1 saylı musiqi məktəbinin tar şöbəsini bitirib. Bakı şəhərinə gələrək 80 nömrəli Texniki Peşə Məktəbində dərzilik peşəsinin sirlərinə yiyələnib.1991-ci ildə Bakı şəhərinin Nizami Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərilib. Krım vilayətinin Feodasiya şəhərində hərbi dəniz qüvvələrində əsgəri qulluğunu yerinə yetirib.

Respublikada gedən müharibə ilə əlaqədar 1992-ci ildə orada hərbi xidmətini yarımçıq dayandıraraq qeydiyyatda olduğu Bakı şəhərinin Nizami rayonuna qayıdıb. Həmin günlərdə yenidən  səfərbərliyə alınaraq Tovuz rayonunda düşmənə qarşı müdafiə döyüşləri aparan hərbi hissəyə, oradan isə Goran stansiyası ərazisindəki hərbi hissəyə göndərilib.1992-ci ilin sentyabr ayının 5-də itkin düşüb.

Bədirov Rövşən Əlixan oğlu

1972-1993

  

  Bədirov Rövşən Əlixan oğlu 1972-ci ildə anadan olub. Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 1993-cü ildə şəhid olub.

 

 

 

 

Behbudov Fikrət Behbud oğlu

1970-1993

 

  Behbudov Fikrət Behbud oğlu 1970-ci ildə Vəliqulubəyli kəndində anadan olub.Orta məktəbin səkkizinci sinfini  bitirdikdən sonra Bakıda dəmiryol texnikumuna daxil olub. 1987-ci ildə təhsilini tamamlamadan hərbi xidmətə gedib. Almaniyada əsgəri borcunu yerinə yetirdikdən sonra Vətənə qayıdıb və 1996-cı ildə dəmiryol texnikumunu bitirib. Bakı-Şərur qatarında bələdçi kimi ilk əmək fəaliyyətinə başlayıb.

1992-ci il mayın 1-də Milli Orduda xidmətə başlayıb. Rayonumuzun  sərhədyanı Günqışlaq, Canbar və Yeməzli kəndlərinin müdafəsinə cəlb edilib. 1993-cü il mayın 2-də rayonun Quyudərə Xəştab kəndində şəhid olub. Zəngilan şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

 

Behbudov Ramiz Rəşid oğlu

1973-1993

 

  Behbudov Ramiz Rəşid oğlu 1973-cü ildə Vəliqulubəyli kəndində anadan olub.Tiri kənd məktəbində oxuyaraq orta təhsil alıb. Sonra Bakı şəhərində kooperativ texnikumunda uğurla qəbul imtahanları verib. Bu təhsil ocağını mühasib-nəzarətçi ixtisasına yiyələnməklə bitirmək ərəfəsində hərbi qulluğa çağırılıb. 1992-ci ilin sonlarında Milli Orduda xidmətə başlayıb. Əvvəlcə Şükrataz yüksəkliklərində ermənilərin həmlələrinin dəf olunmasında iştirak edib. Bir müddətdən sonra Sobu kəndinin müdafiəsinə göndərilib. 

1993-cü il avqustun 29-da Sobu kəndindəki «Qızıl qaya» postu yaxınlığında erməni kəşfiyyatçıları ilə qəfil qaşılaşmalarda güllə yarası alaraq şəhid olub. Zəngilan şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

 

 Bəşirov Adıgözəl Aşur oğlu

1974-2003

1974-cü il Zəngilan rayonunun Zəngilan şəhərində anadan olub.1991-ci il Zəngilan şəhər 3 saylı orta məktəbin bitirdikdən sonra gözəl tar çalma qaibliyyətini nəzərə alıb onu rayonun Şayıflı kəndində yerləşən 7 illik uşaq musiqi məktəbinə tar müllimi təyin edirlər.1992-ci ilin may ayının 19-da Adıgözəl Bəşirov Zəngilan rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilir.Hərbi hissənin rəhbərliyi onu gələcəkdə yaxşı bir zabit kimi görmək üçün ali hərbi məktəbə göndərir.1997-ci ildə ali hərbi məktəbi müvəffəqiyyətlə başa vuraraq gənc bir zabit kimi “N” hərbi hissəyə göndərilir.
Onun döyüş yolu Cəbrayıldan,Fizulidən,Ağdamdan,Murovdağdan keçmişdir.Onun istedad və hərbi bacarığı nəzərə alınaraq 1999-cu ildə kəşfiyyat tağımı,2000-ci ilin dekabr ayinin 11-də “N” hərbi hissəyə motoatıcı bölük komandiri təyin olunmuşdur. 2002-ci ilin aprelin 13-dən o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əmri ilə “N” saylı hərbi hissəyə taqım komandiri vəzifəsinə təyin olunmuşdu.
2003- cü ilin avqust ayının 4 də dövlət tapşırığı yerinə yetirərkən mina partlayışı zamanı aldığı çoxsaylı qəlpələrdən həlak olmuşdur.

 

Bəşirov Fazil Arif oğlu

1967- . . . 

  Bəşirov Fazil Arif oğlu 1967-ci ildə Zəngilan şəhərində anadan olub. 1984-cü ildə 1 saylı şəhər orta məktəbini bitirib.

1985-87-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olub. Əsgəri qulluqdan serjant rütbəsində qayıdıb. Sonrakı illərdə mərkəzi rayon xəstəxanasının qazanxanasında və iaşə sistemində çalışıb.
1993-cü ilin may ayında Zəngilan Rayon Polis Şöbəsinə işə düzəlib. Xarici müdaxilə ilə yanaşı, ictimai-siyasi gərginliyin artdığı həmin dövrdə Zəngilan şəhərində və Mincivan qəsəbəsində asayişin qorunmasında iştirak edib, Məmmədbəyli kəndində yaradılmış nəzarət postunda xidməti vəzifəsini yerinə yetirib. Daha sonra Şayıflı, Şatarız və Rəzdərə kəndlərinin müdafiəsinə göndərilib.

1993-cü il oktyabrın 24-də Cəbrayıl rayonunun Dərzili kəndindən zirehli texnika ilə hücum edən düşmənə qarşı döyüşdə 6 nəfər polis əməkdaşı ilə birlikdə qeyri-müəyyən şəraitdə itgin düşüb. 2001-ci ilin iyulunda ona  şəhidlik statusu verilib.

 

Cabbarov Akif İsmayıl oğlu

1960-1994

   

  Cabbarov Akif İsmayıl oğlu 1960-cı ildə anadan olub. Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 1994-cü ildə şəhid olub.

 

 

 

 

Cabbarov Sabir Vəli oğlu  

1959-1992

Cabbarov Sabir Vəli oğlu 1959-cu ildə Qafan rayonunda anadan olub. 1977-1979-cu illərdə Sovet ordusunda xidmət edib.

10 dekabr 1992-ci ildə Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

 

 

 

 

Camalov Kamal Nüsrət oğlu

1974-1993


  Camalov Kamal Nüsrət oğlu 1974-cü ildə Zəngilan rayonunun Alıbəyli kəndində anadan olub. 1991-ci ildə kənd orta məktəbində təhsilini başa vurub. 1992-ci ildə hərbi xidmətdə olub.
1993-cü il aprel ayında Ermənistanın Hənd, Sav və Şıxavuz kəndlərindəki atəş nöqtələrini susdurmaq üçün keçirilən əməliyyat zamanı əsl vətənpərvərlik göstərib. Nəinki Zəngilanda, eləcə də Qubadlı, Laçın və Cəbrayıl torpaqlarının müdafiəsində qəhrəmancasına vuruşub.
1993-cü ilin avqust ayının 23-də Cəbrayıl rayonu uğrunda ölüm-dirim savaşında iştirak edən Kamal rayonun Havıslı kəndində itgin düşüb. Daha sonra Camalov Kamalın ekipaj komandiri olduğu piyadaların döyüş maşınının erməni quldurları tərəfindən vurulduğu məlum olub. Zəngilan Rayon Məhkəməsinin qətnaməsi ilə 2002-ci ildən şəhidlik statusuna malikdir.

 

Cavadov Azər Məmməd oğlu

1973-1993

 

    Cavadov Azər Məmməd oğlu 1973-cü ildə anadan olub. Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 1993-cü ildə şəhid olub.

 

 

 

 

Cəfərov Azər Xudam oğlu

1973-1993

 

  Cəfərov Azər Xudam oğlu 1973-cü ildə Zəngilan rayonunun Qazançı kəndində anadan olub. Orta təhsilini 1990-cı ildə Ağkənd məktəbində alıb. 1993-cü ilin əvvəlində sovet ordusunda xidmətini başa vurub.

Vətənə qayıdan kimi Milli Orduda xidmətə başlayıb. 1993-cü il aprelin 3-də «Güllü yal»da başından daha ağır yara alıb. 1993-cü il iyun ayının 16-da şəhid olub. Zəngilan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

 

Cəfərov Bəxtiyar Vəli oğlu

1953-1994

Cəfərov Bəxtiyar Vəli oğlu 1953-cü ildə Ağkənddə anadan olub. 1958-68-ci illərdə Ermənistanın Sisyan rayonunda 8 illik təhsil alıb. 1971-ci ildə Sumqayıtda 41 saylı texniki-peşə məktəbinə daxil olub. Sonra Rusiya Federasiyasının Sverdlovsk şəhərində əsgəri borcunu yerinə yetirib. 1975-ci ildən Zəngilanın müxtəlif tikinti idarələrində sürücü işləyib. 1994-cü il aprelin 20-də Ağdamın Güllücə kəndində düşmənin top mərmisindən həlak olub. Bakıda Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 

 

 

 

Cəfərov İbiş Süleyman oğlu

1974-1992

Cəfərov İbiş Süleyman oğlu 1974-cü ildə Zəngilan rayonunun Dərəli kəndində anadan olub. 1990-cı ildə Dərəli kənd orta məktəbini bitirib. Zəngilan rayonunun Qazançı kəndindəki döyüşlərdə iştirak edib. Sonra hərbi xidmətə çağırılıb. Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. 20 sentyabr 1992-ci ildə qəhrəmancasına həlak olub. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
 

Cəfərov Sərvan Qüdrət oğlu  

1972-1993

Cəfərov Sərvan Qüdrət oğlu 18 iyun 1972-ci ildə Zəngilan şəhərində anadan olub. 1989-cu ildə şəhərdəki 3 saylı orta məktəbi qurtarıb. 1991-ci ildə rus ordusu sıralarında qulluğa gedib. Bir neçə dəfə rayonun döyüş zonalarında, Şayıflı və Şatarız kəndlərindəki döyüşlərdə iştirak edib.  1993-cü il aprelin 10-da Kolluqışlaq kəndində döyüşdə şəhid olub. "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

 

 

Dadaşov Xəlil İslam oğlu

1974-1993 

 Dadaşov Xəlil İslam oğlu 1974-cü ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində anadan olub. Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 12 may 1993-cü ildə şəhid olub.

 

 

 

 

 

Dəmirov İbadulla Ağabala oğlu  

1959-1992

 Dəmirov İbadulla Ağabala oğlu 1959-cu ildə İmişli şəhərində anadan olub.1977-ci ildə hərbi xidmətə çağırılıb.1983-cü ildə Leninqrad şəhərində Ali hərbi məktəbə daxil olub.O,məktəbdə oxuyan zaman ailələri Biləsuvara köçür.Məktəbi qurtarandan sonra İbadulla təyinatla Alma-Ata şəhərində yerləşən hərbi hissəyə göndərilib.
1990-cı ilin yanvar ayından Azırbaycan Respublikası Daxili Qoşunlar Komandanlığının sərancamı ilə “N” hərbi hissəsinin birinci batalyonunda komandir müavini vəzifəsində çalışıb.
1992-ci il aprel ayından Ağdam rayonunun Papravənd kəndində gedən döyüşlərdə iştirak edib.Sonra o,Zəngilan rayonunun Şayıflı kəndində yerləşən “A” nöqtəsinə göndərilir. 24 iyun 1992-ci ildə  Qazançı kəndində qəhrəmancasına şəhid olub.

 

Dünyamalıyev Əmir Dünyamalı oğlu

1971-1994

   Dünyamalıyev Əmir Dünyamalı oğlu Ermənistanın Kafan şəhərində anadan olsa da, ata-baba yurdu Zəngilan rayonu Sobu kəndidir. 1978-ci ildə Kafanda orta məktəbin 1-ci sinfinə gedib, daha sonra təhsilini Sobu kəndində davam etdirib. Bunun ardınca Zəngilan rayonundakı 144 saylı peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. 1989-cu ildə sovet ordusu sıralarına hərbi qulluğa çağırılıb. Sovetlər Birliyinin süqutu ilə əlaqədar 1991-ci ildə ordudan yarımçıq tərxis edilib və əsgəri qulluğunun qalan hissəsini Bakı şəhərində yerinə yetirib.Zngilana qayıdan kimi özünümüdafiə batalyonuna üzv yazılıb. Sobunun, Ağbəndin sərhədboyu postlarında keşik çəkib, Zəngilan rayonunda, Qubadlı və Cəbrayılda bir sıra döyüşlərin fəal iştirakçısı olub.1994 -cü il fevralın 2-də Füzuli rayonunun düşməndən azad edilməsi əməliyyatında şəhidlik zirvəsinə yüksəlib. Məzarı Bakıda, II Şəhidlər Xiyabanındadır.

Dünyamalıyev Hicran Yusif oğlu

1970-1993

 Dünyamalıyev Hicran Yusif oğlu 1970-ci ildə Zəngilan rayonunun  Aşağı Gəyəli kəndində anadan olub.1988-ci ildə Şayıflı kənd orta məktəbini bitirib. Əsgəri xidmətini Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirib. 1990-cı ildə xidmətdən qayıdaraq Şayıflı dəmiryol stansiyasında fəhlə işləyib.

Erməni quldur dəstələrinin fitnə-fəsadı nəticəsində Qafan rayonuna yaxın olan kəndlərimizin hər gün mərmi “yağışına” məruz qaldığını görən Hicran Milli Orduya yazılıb. Döyüşçü kimi, sərhədyanı Ağkənd, Qazançı və Seyidlər kəndlərindəki postlarda keşik çəkib, düşmən atəşinə atəşlə cavab verib. Dəfələrlə erməni silahlıları ilə ölüm-dirim üzləşməsindən uğurla çıxıb.
17 iyul 1993-cü ildə kəşfiyyata gedərkən minaya düşüb, doğulduğu  Gəyəli kəndində şəhid olub. Zəngilan şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Əhmədov Əsgər Bilal oğlu

1970-1993

Əhmədov Əsgər Bilal oğlu 1970-ci ildə Alıbəyli kəndində anadabn olub.

Məktəbi bitirdikdən bir il sonra 1988-ci ildə Zəngilan Rayon Hərbi Komissarlığı tərəfindən  hərbi xidmətə çağırılıb. Rusiya Federasiyasının Primorsk vilayətində qulluq edib. Erməni silahlı qüvvələrinin Zəngilana hücumlarının şiddətləndiyi 1993-cü ilin əvvəllərində silaha sarılaraq rayonumuzun Ağbənd, Rəzdərə, Seyidlər, Ağkənd, Canbar, Kolluqışlaq kəndlərində döyüşlərdə hünərlə vuruşub.
1993-cü il iyun ayının 29-da rayonumuzun ən hündür dağ zirvəsi olan Şükrətaz yüksəkliyi uğrunda döyüşdə minaya düşməsi nəticəsində şəhid olub.
Alıbəyli kənd qəbiristanlığında dəfn edilib.

 

Əhmədov Vasif Nüsrət oğlu

1974-1993

   Əhmədov Vasif Nüsrət oğlu Rəbənd kəndində anadan olub. 1981-91-ci illərdə Alıbəyli kənd orta məktəbini bitirib.

1992-ci ilin  mayında səfərbərliyə alınaraq orduya hərbi xidmətə aparılıb. Bartaz kəndinin ərazisini-Şükrətaz yüksəkliyini qoruyan bölmənin tərkibinə daxil edilib.
1993-cü il dekabr ayının 15-də Füzuli rayonunun müdafiəsinə göndərilib. 1994-cü il yanvarın 15-də Füzulinin
Seyidbəyli kəndində düşmən gülləsinə tuş gələrək həlak olub.
Məzarı Bakıda Şəhidlər Xiyabanındadır.

 

 Əhmədov Vidadi Famil oğlu

1965-1993

1965-ci il Zəngilan rayonunun stansiya Bartaz kəndində anadan olub.Orta məktəbi qurtardıqdan sonra Bartaz dayanacağındakı beton-çınqıl 4-cü dərəcəli ekskovatorçu maşinist işləyirdi.
Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib.Qazançı kəndi istiqamətində gedən ağır döyüşlərdə Vidadi kontuziya alaraq hərbi xəstəxanaya gətirilir.
1993-cü ilin oktyabrinda dünyasını dəyişib. Stansiya Bartaz kəndində dəfn edilib.

 

 Ələkbərov İlqar Ələkbər oğlu

1975-1996 

Ələkbərov İlqar Ələkbər oğlu Hacallı kəndinin Həkəri qəsəbəsində anadan olub. 1992-ci ildə Hacallı kənd orta məktəbini bitirib. 1993-cü ilin oktyabr ayında Zəngilan rayonu erməni quldurları tərəfindən işğal edildikdən sonra ailəsi ilə birlikdə məcburi köçkün kimi Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 2 №-li sovxozda müvəqqəti məskunlaşıb. Ermənilərə qarşı hiddətini gizlətməyən İlqar cəbhəyə getməkdə, Qarabağımızın yağılardan təmizlənməsi uğrunda aparılan döyüşlərdə iştirak etməkdə qərarlı idi. 1994-cü ilin may ayında daxili qoşunların tərkibində xidmətə başlayıb. Altı ay orada lazımi biliklərə yiyələndikdən sonra hərbi qulluğunu cəbhə bölgəsində davam etdirib. 1996-cı ildə iyun ayının 26-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub. Pirşağı qəsəbəsindəki 2 №-li sovxozda kənd qəbristanlığında dəfn edilib.

 Ələkbərov Müseyib Abbas oğlu

1914-1992

Ələkbərov Müseyib Abbas oğlu 1914-cü ildə Qubadlı rayonunu Şamoğlu kəndində anadan olub. 1941-45 müharibəsinin iştirakçısı olub. 1947-ci ildə Zəngilan rayonunun Şayıflı kəndinə köçüb.
10 dekabr 1992-ci ildə ermənilərin Şayıflı kəndinə hücumu zamanı qətlə yetirilib.

 

 

 

 

Əliyev Azər Əyyub oğlu  

1971-1992

1971-ci il aprelin 18-də Zəngilan rayonunun Qaradərə kəndində anadan olub.1988-ci ildə rayon 144 nömrəli texniki peşə məktəbinin traktorçu kursunu bitirib.1989-cu ildə Qazaxıstan Respublikasında hərbi xidmətdə olub.Hərbi xidməti başa vurduqdan sonra kəndlərinə qayıdıb və fəhlə işləyib.
25 avqust 1992-ci ildə Zəngilan Rayon Hərbi Komissarlığının çağırışı ilə özünümüdafiə batalyonuna gəlir.
Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
31 oktyabr 1992-ci ildə Kolqışlaq kəndi ətrafında gedən atışmalarda qəhrəmancasına şəhid olub olub.

 

Əliyev Baris Nüsrət oğlu

1974-1994

 Əliyev Baris Nüsrət oğlu 1974-cü ildə anadan olub.1991-ci ildə Alıbəyli kənd orta məktəbini bitirib.Sonra Alıbəyli kəndində Karl Marks adına kolxozun maldarlıq fermasında işləyib.1992-ci ilin fevral ayında hərbi komissarlıq tərəfindən Füzuli rayonunda yerləşən sürücülük məktəbinə göndərilib və kursda təhsilini tamamladıqdan sonra rayonda yerləşən batalyonda əsgəri xidmətə başlayıb.

Onun döyüş yolu Seyidlər, Yeməzli, Saralı-Xəştab kəndlərindən keçib.Rayonumuz işğal olunduqdan sonra Baris hərbi xidmətini Füzuli rayonunda ağır döyüşlərə girməklə davam etdirib. Onun iştirakı ilə Füzulinin bir sıra kəndləri yadelli xainlərdən təmizlənib. 1994-cü il fevral ayının 14-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində aparılan döyüş əməliyyatı zamanı düşmən qüvvələri kənddən qovulub çıxarılsa da, qəfil  yağı gülləsi Barisin həyatına son qoyub. Bakı şəhərində I Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Əliyev Cümşüd Müseyib oğlu

1970-1993

     Əliyev Cümşüd Müseyib oğlu 1970-ci ildə  Mincivan qəsəbəsində doğulub. Xidməti borcunu Arxangelsk vilayətində keçirib.

Ordu sıralarından qayıtdıqdan sonra Mincivan qəsəbəsindəki doqquzuncu dəmiryol distansiyasında təmirçi işləyib.
29 avqust 1993-cü ildə onun başçılıq etdiyi döyüş dəstəsi Sobu kəndi ətrafında 20-yə yaxın  erməni  kəşfiyyatçısı  ilə qarşılaşıb. Bir saat davam edən atışmada Cümşüd  və ondan əlavə üç əsgər dostu həlak olub. Mincivan qəsəbəsində dəfn edilib.

 

 

Əliyev Hüseyn Oktyabr oğlu

1974-1994

   Əliyev Hüseyn Oktyabr oğlu rayonumuzun Mincivan qəsəbəsində anadan olub. 36 nömrəli qəsəbə məktəbində orta təhsil alıb. Könüllü olaraq Milli Orduda qulluğa gedib. Tərtər, Ağdərə bölgəsində döyüşüb.

1994-cü ildə şəhid olub.
Bakıda II Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

 

 

 

Əliyev Məstalı İxtiyar oğlu

1973-1994

 Əliyev Məstalı İxtiyar oğlu 23 avqust 1973-cü ildə Zəngilan rayonunda anadan  olub. 1980-ci ildə 1 nömrəli Zəngilan rayon orta məktəbini bitirib.
1993-cü lin 7 iyul tarixində Azərbaycan Silahlı Qüvvələrinə hərbi xidmətə çağırılıb. Füzuli ,Ağdərə, Ağdam rayonları ərazisində gedən döyüşlərdə iştirak edib.
1994-cü ilin 30 yanvar tarixində Ağdərə rayonunun Gödəkburun dağ silsiləsində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.

 

 

 

Əliyev Salman İsməmməd oğlu  

1969-1992

  Əliyev Salman İsməmməd oğlu 12 yanvar 1969-cu ildə Salyan rayonunun Sarvan kəndində anadan olub. 1987-89-cu illərdə Sovet ordusunda qulluq edib. 1992-ci ildən milli orduda qulluğa başlayıb.

24 dekabr 1992-ci ildə Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

 

 

Əliyev Tələt Sərdar oğlu

1968-1993

 

 Əliyev Tələt Sərdar oğlu 1968-ci ildə Bakı şəhəri, Daşkörpü kəndində anadan olub. Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 15 may 1993-cü ildə şəhid olub.

 

 

 

 

Əsədov Əsəd Soltan oğlu  

1958-1991

Əsədov Əsəd Soltan oğlu 1958-ci ildə Zəngilan rayonunun Cahangirbəyli kəndində anadan olub. Mincivan qəsəbə orta məktəbini qurtardıqdan sonra hərbi xidmətə getmişdir. Hərbi xidməti başa vuraraq Saratov vilayətinin Krasnokutsk şəhərindəki təyyarəçilik məktəbinin Mülki aviasiya ixtisasına daxil olub. 1986-cı ildə təyyarəçilərin uçuş istismarı sənətinə yiyələnmişdir. Elə həmin ildən də, Yevlax Mülki Aviasiya İdarəsində işə başlamışdır.
1991-ci ilin oktyabr ayında Qarabağa növbəti uçuşu zamanı, Yevlaxdan Xocalı aeroportuna gələn AN-2 təyyarəsi Xanabad kəndi üzərində ermənilər tərəfindən atəşə tutulmuş və nəticədə Əsəd Əsədovla birlikdə xalqımızın daha yeddi qeyrətli oğlunun ömrü yarımçıq qaldı.
“Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb.

 

Əsgərov Bilal İsa oğlu  

1974-1992

1974-cü ildə Şayıflı kəndində anadan olub.1991-ci ildə Şayıflı kənd orta məktəbini qurtarıb.
1992-ci ildə rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır.Rayonun
Yeməzli,Ağbis və Günqışlaq kəndlərindəki döyüşlərdə iştirak edib.
14 iyul 1992-ci ildə şəhid olub.
 

 

 

 

Əsgərov Seymur Əsgər oğlu

1973-1992

 Əsgərov Seymur Əsgər oğlu 12 sentyabr 1973-cü ildə Zəngilan rayonunun Məlikli kəndində anadan olub. 1990-cı ildə orta məktəbi bitirib. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
10 dekabr 1992-ci ildə Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
 

 

 

 

Əzimov Natiq İsmayıl oğlu

1975-1994

   Əzimov Natiq İsmayıl oğlu 1975-ci ildə Xumarlı kəndində doğulub. 1990-cı ildə Sarıl kənd orta məktəbində orta təhsilini tamamlayaraq rayonumuzda fəaliyyət göstərən 144 nömrəli texniki peşə məktəbində özünə peşə qazanıb.

1994-cü il mart ayının13-də  şəhidlik zirvəsinə ucalıb.
Məzarı Bakıda II Şəhidlər Xiyabanındadır.

 

 

Eyvazov Natiq Nəriman oğlu

1970-1994

   Eyvazov Natiq Nəriman oğlu 1970-ci ildə oğlu İçəri Müşlan kəndində anadan olub. 1988-ci ildə Zəngilan kənd orta məktəbini bitirib. Hərbi komissarlığın göndərişi ilə sürücülük peşəsinə yiyələnib. 1989-1991-ci illərdə Rusiyanın Kalininqrad vilayətində hərbi xidmətdə olub. Geri dönərək sovxozda işləyib.1992-ci ilin fevral ayından Milli Orduya yazılıb. Düşmənlərlə ilk döyüşlərə Şayıflı, Canbar, Qazançı kəndlərində qatılıb.1994-cü ilin yanvarında Füzuli rayonunun Bala Bəhmənli, Mahmudlu, Cocuq Mərcanlı, Kərimbəyli və İkinci Mahmudlu kəndləri uğrunda vuruşub.1994-cü ilin aprelin 6-da snayper gülləsindən yaralanıb, 11 aprel 1994-cü ildə Gəncə hərbi hospitalında dünyasını dəyişib. Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

 

Fərəcov İsaq Allahverdi oğlu

1964-1994

   Fərəcov İsaq Allahverdi oğlu 1964-cü ildə Xumarlı kəndində kolxozçu ailəsində anadan olub. 1979-cu ildə Sarıl kənd məktəbinin 8-ci sinfini bitirdikdən sonra orta təhsilini Alıbəyli kənd məktəbində tamamlayıb. 1981-83-cü illərdə ərazidəki Tingçilik Sovxozunda əmək fəaliyyətinə başlayıb. 1983-1985-ci illərdə əsgəri qulluqda olub. Vətənə qayıdaraq Əlibayramlı şəhərindəki (indiki Şirvan şəhəri) Yüngül Sənaye Texnikumunda texnoloq ixtisasına yiyələnib və ixtisası üzrə işə düzəlib.

1991-ci ildə Milli Ordu sıralarında səngər həyatı Şuşadan başlanıb. Sonra Laçın, Qubadlı və Zəngilan rayonlarında döyüşlərdə iştirak edib. Rayonumuzun işğalından sonra onun tərkibində olduğu hərbi hissə Füzuli bölgəsinə, oradan  isə Tərtər rayonunun sərhəd kəndlərinin müdafiəsinə göndərilib.1994-cü ilin aprel ayının 26-da Tərtər rayonunun Cəmilli kəndi uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalıb. Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Fərəcov Rəşid Nüsrət oğlu

1960- . . .

 

 Fərəcov Rəşid Nüsrət oğlu Mincivan qəsəbəsində anadan olub. Qəsəbədəki 36 nömrəli məktəbdə orta təhsilə yiyələnib. 1980-ci ildə hərbi xidmətə gedib, əsgəri qulluğunu Rusiyanın Saxalin mahalında başa vurub. Yenidən Vətənə dönərək Bakı Politexnik Texnikumuna daxil olub.

1993-cü ilin noyabr ayında yenidən əsgər mundiri geyinərək Milli Orduda xidmətə başlayıb. “N” saylı hərbi hissənin  tərkibində Xocavənd, Beyləqan döyüşlərində iştirak edib. 1994-cü ilin əvvəllərində naməlum şəraitdə itkin düşüb.Müdafiə Nazirliyi və Rəşidin yaxınları onun sonrakı döyüş yolu, taleyi haqqında məlumat almağa çalışsalar da, təəssüf ki, bütün cəhdlər nəticəsiz qalıb. Odur ki, həlak olmuş hesab edilərək ona şəhidlik statusu verilib.

 

Fərəcov Zahir Zakir oğlu

1972-1992

 Fərəcov Zahir Zakir oğlu 1972-ci ildə Zəngilan rayonunun Malatkeşin kəndində anadan olub. 1989-cu ildə Malatkeşin kənd orta məktəbini bitirib. 1990-cı ildə Sovet ordusunda hərbi xidmətə çağrılıb.
Avqust 1992-ci ildə Milli orduda xidmətə başlayıb. Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib.
24 noyabr 1992-ci ildə Zəngilan rayonunun Seyidlər kəndinin müdafiəsi zamanı qəhrəmancasına şəhid olub.

Feyziyev Nadir Bahadur oğlu  

1956-1993

Feyziyev Nadir Bahadur oğlu 1956-ci ildə Mincivan qəsəbəsində anadan olub. 1973-cü ildə Mincivan qəsəbə orta məktəbini qurtarıb. 1975-ci ildə ordu sıralarına gedib, xidməti borcunu yerinə yetirdikdən sonra Mincivan qəsəbə dəmiryol hərəkəti şöbəsində stansiya növbətçisi işləyə-işləyə Rostov şəhərində Dəmiryol Nəqliyyatı İnstitutunda qiyabi oxuyub. 1989-cu ildə nəqliyyat üzrə mühəndis ixtisasını alır.
1992-ci il aprel ayının 25-də könüllü olaraq Milli Orduya yazılır.
1993-cü il aprelin 11-də döyüşdə qəhrəmancasına şəhid olub.
"Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
 

Gülməmmədov Əbülfət Əli oğlu  

1969-1994

Gülməmmədov Əbülfət Əli oğlu 6 sentyabr 1969-cu ildə Zəngilan rayonunun Bartaz kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Sovet ordusunda xidmət edib.
1992-ci ildə Milli orduda xidmətə başlayıb. Zəngilan və Füzuli rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.
8 yanvar 1994-cü ildə Füzuli rayonunun Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Gülməmmədov Eynulla Valeh oğlu  

1968-1992

Gülməmmədov Eynulla Valeh oğlu 1968-ci ildə Zəgilan rayonunda anadan olub. 1984-cü ildə orta məktəbin səkkizinci sinfini 1985-ci ildə isə Zəngilan rayon 144 saylı texniki peşə məktəbini bitirib.
Sovet ordusunda hərbi xidmət keçib.
1 dekabr 1991-ci ildən Milli orduda xidmətə başlayıb. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. 21 sentyabr 1992-ci ildə Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
 

Hüseynov Qahir Qüdrət oğlu  

1968-1992

Hüseynov Qahir Qüdrət oğlu 07 iyul 1968-ci ildə Goranboy rayonunun Sarov kəndində anadan olub.1975-ci ildə Sarov kənd 8 illik məktəbin 1-ci sinifinə gedib ve 1983-cu ildə 8 illik məktəbini, 1985 ildə Dəlimmmədli orta məktəbini bitirib və həmin ildə Rusiyanın Ulyanovsk şəhərində Ali hərbi tank məktəbinə qəbul olunub. 1989-cu ildə ali məktəbi bitirib və təyinatla Rusiyanin Zabaykal hərbi dairəsində Ulan Ude şəhərində hərbi hissədə 198-ci motoatıcı diviziyasında tank alayının hərbi tank tağımının komandiri vəzifəsində leytenant rütbəsində hərbi qulluğa başlayıb .1992 ci ildə 2 zabit dostu ilə vətənə köməyə gəldilər. Azərbaycan müdafiə nazirliyinə müraciət edib. N saylı alayda tank komandiri təyin olundu.1992 ilin mart ayında Ağdam rayonunda yerləşən N sayli hərbi hissənin tank taborunun komandiri vəzifəsinə təyin olunan baş leytenant Qahir Hüseynov dərhal əməliyyat və döyüş şəraiti ilə yaxından tanış olur. Xidmətinin ilk günlərindən qorxmazlığı və igidliyi ilə fərqlənən Qahir qisa bir zamanda komandanlığın və döyüşçülərin rəğbətini qazanır. Ağdam və Tət-Tər uğrunda gedən döyüşlərdə iştirak edib.
18 iyun 1992-ci ildə axşam 20.30 radələrində Qahir va Şirin Mirzəyev(polkovnik-leytenant, Azərbaycanın Milli Qəhrəmanı) döyüşçülərin mövqelərini yoxlayıb növbəti döyüş tapşırıqlarını verib geri dönərkən Ağdamın Qaralar kəndi ərazisində UAZ 469 markalı avtomobildə minaya düşdülər.Ölümündən sonra Azərbaycan Bayrağı ordeni ilə təltif olunub.
Goranboy rayonun Dəliməmmədli kəndində adına küçə var. Doğulduğu Sarov kənd Mədəniyyət evi Qahir Hüseynovun adını daşıyır.

Hacıyev Ağakişi Məhərrəm oğlu

1961-1993

 

 Hacıyev Ağakişi Məhərrəm oğlu 1961-ci ildə Həkəri qəsəbəsində anadan olub. Doğulduğu kənddə orta təhsil alıb. 1979-cu ildə sovet ordusu sıralarına əsgəri qulluğa çağırılıb. Kalininqrad şəhərində hərbi xidmətdə ikən minaaxtaran peşəsinə yiyələnib. Tərxis edildikdən sonra ailəsi ilə birlikdə Bakının Maştağa kəndinə köçüb. Bakı-Sabunçu stansiyasında yol montyoru işləyib.

1992-ci ildə Milli Ordumuzun döyüşçüləri sıralarında Qarabağ cəbhəsinə yollanıb. Sabunçu batalyonunun tərkibində Ağdamın Papravənd, Güllücə və Qərvənd kəndləri uğrunda vuruşlarda tağım komandiri kimi əsgərləri ilə birlikdə sinəsini Vətən torpaqlarına sipər edib. 1993-cü ildə dekabr ayının 29-da Ağdam rayonunun Güllücə kəndində şəhid olub.Bakı şəhərində I Şəhidlər Xiyabanında dəfn edilib.

 

Hacıyev Elsəvər Polad oğlu

1972-1991

 

  Hacıyev Elsevər  Polad oğlu 1972-ci ildə anadan olub. 1989-cü ildə Zəngilan kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Nümunəvi xidmət göstərərək, sürücülük kursu bitirdiyindən idarə etdiyi avtomaşınla mütəmadi olaraq hərbi sifarişlər yerinə yetirib. E. Hacıyev 1992-ci il sentyabr  ayının 10-da  növbəti dəfə xidməti borcunu yerinə yetirərkən həlak olub.

 

 

 

 

Hacıyev Elxan Əmiraslan oğlu

1975-1993

Hacıyev Elxan Əmiraslan oğlu 1975-ci ildə Çöpədərə kəndində anadan olub.  O, ailənin  tək oğul övladı kimi malik olduğu imtiyazdan imtina edib, cəbhədə erməni yağıları ilə ölüm-dirim savaşına girən oğulların sırasında dayanıb. 

 Hacıyev Elxan 1993-cü ilin yanvarında Füzuli bölgəsində şəhid olub. Bakıda II Şəhidlər Xiyabanında dəfn olunub.

 

 

 

 

 

Həmidov Mehman  Hüseyn oğlu

1973-1992

Həmidov Mehman Hüseyn oğlu 1973-cü ildə Ağdaş rayonunda anadan olub. Ağdaş şəhər orta məktəbini bitirib.
Dekabr 1991-ci ildə milli ordu sıralarına çağrılıb.
Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
17 sentyabr 1992-ci ildə Zəngilan rayonu Qazançı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Həsənov Əfqan Xudayar oğlu  

1969-1994

Həsənov Əfqan Xudayar oğlu 1969-cu il fevral ayının 2-də Şayıflı kəndində anadan olub. 1992-ci ilin əvvəlindən Vətən uğrunda canını fəda etdiyi günədək şərəfli döyüş yolu keçib. Ağkənd, Qazançı, Seyidlər və digər cəbhəboyu kəndlərin fəal müdafiəçilərindən biri olub.

1994-cü ilin 2 fevralında Füzuli rayonu ərazisinin işğaldan azad edilməsi uğrunda gedən ağır döyüşdə şəhid olub.

Bakıda II Şəhidlər Xiyabanında dəfn olunub.

 

Həsənov İlham Həsən oğlu

1971-1994

   Həsənov İlham Həsən oğlu 1971-ci ildə Şayıflı kəndində anadan olub. Doğma kənd məktəbini bitirdikdən sonra  təhsilini Zəngilandakı 144 nömrəli  peşə məktəbində davam etdirib. Sonra 1991-ci ilin iyunundan Sovetlər Birliyinin süqutunadək SSRİ məkanında həqiqi hərbi xidmətdə olub.  Ordudan qayıdaraq bir müddət kolxozda fəhlə işləyib.  1992-ci ildən başlayaraq rayonun ərazi özünümüdafiə taborunda xidmətdə olub. 

Düşmən havadarlarının köməyi ilə Zəngilanı ələ keçirdikdən sonra da döyüş yolunu davam etdirən İlham Həsənov 1994-cü ilin yanvar ayının 19-da Füzuli rayonunda  gedən qanlı savaşda şəhidlik zirvəsinə ucalıb. Horadiz qəsəbəsinin düşmən tapdağından azad edilməsində İlhamın xüsusi xidmətləri olub.  Bakıda II Şəhidlər Xiyabanında dəfn olunub.

Həsənov Nəcəf Heydər oğlu

1970-1994

  Həsənov Nəcəf Heydər oğlu 1970-ci il yanvar ayının 14-də Çöpədərə kəndində anadan olub.  Çöpədərə kəndində orta təhsil alıb, Naxçıvan Sovxoz-Texnikumunu bitirib. Sonra 1989-1991-ci illərdə Tümendə hərbi xidmətdə olub.

Geri qayıdanda Zəngilanı ermənilərin başladığı qovğada görüb.  1993-cü il yanvarın 15-də Füzuli rayonunun Şükürbəyli kəndində başından ağır, ölümcül yara alıb. Döyüşdə aldığı yaradan yanvarın 28-də Respublikamızın paytaxtında fəaliyyət göstərən Neyrocərrahiyyə Mərkəzində şəhid olub. Məzarı Şəhidlər Xiyabanındadır.

Həsənov Samir Nizami oğlu  

1979-1998

  Həsənov Samir Nizami oğlu 1979-cu ilin aprelin 21-də Zəngilan rayonunda anadan olub. Zəngilan rayon hərbi komisarlığı tərəfindən hərbi xidmətə çağırılıb.
Cəbrayıl və Füzuli rayonları uğrunda gedən döyüşlərdə işirak edib.
1998-ci ilin oktyabrın 13-də Cəbrayıl rayonunun Cocuq Mərcanli kəndində şəhid olub.

Həsənov Vəliyəddin Mikayıl oğlu  

1972-1992

   Həsənov Vəliyəddin Mikayıl oğlu 1972-ci ildə Zəngilan rayonunun Quyudərə-Xəşdab kəndində anadan olub.1990-cı ildə hərbi xidməti başa vurduqdan sonra kəndlərinə qayıdıb.
15 may 1992-ci ildə postda açılan avtomat gülləsinə tuş gəlib, şəhid olub.

Həsənov Zaur Həsən oğlu  

1974-1994

  Həsənov Zaur Həsən oğlu 1974-cü il mayın 27-də Zəngilan şəhərində anadan olub. 1991-ci ildə 1 saylı orta məktəbi bitirdikdən sonra sənədlərini rayondakı144 saylı texniki peşə məktəbinin traktorçu-mexanizator şöbəsinə vermişdir. Məktəbi başa vurduqdan sonra 1992-ci il iyunun 6-da hərbi xidmətə çağırılıb.
Zəngilan rayonunun Kolluqışlaq, Şayıflı, Seyidlər və Ağbis,Goranboy bölgəsində olmuş və oradan Füzuli rayonu istiqamətinə göndərilmişdir. O, Horadiz stansiyası, Babı, Şükürbəyli, Kərimbəyli, Arayatlı, Horadiz kənd, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Kəlbəcər rayonunun Murovdağ bölgəsindəki Ömər, Murov, Güzgü istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. Aprelin 20-də Ömər dağı uğrunda gedən ikinci döyüşdə qəhrəmancasına şəhid olub.
Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn edilib.

Həsənquliyev Fəxrəddin Həsənqulu oğlu

1971-1992

  Həsənquliyev Fəxrəddin Həsənqulu oğlu 1971-ci ildə Məşədiismayıllı kəndində anadan olub. 1982-ci ildə Məşədiismayıllı kənd ibtidai orta məktəbini, 1988-ci ildə  Rəzdərə kənd orta məktəbini bitirib. Attestat aldıqdan sonra sürücülük sənətinə yiyələnib.1989-cu ildə Zəngilan Rayon Hərbi Komissarlıq tərəfindən hərbi xidmətə çağırılıb, SSRİ hərbi qüvvələrində Qazaxıstan Respublikasında qulluq edərək 1991-ci ildə doğma yurduna qayıdıb.1992-ci ilin fevralından torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərə qatılıb. Zəngilan və Qubadlı ərazisində gedən bir sıra döyüşlərdə fəal iştirak edib.1992-ci il oktyabr ayının 21-də Kolluqışlaq kəndində döyüş zamanı qarın boşluğundan aldığı güllə yarasından daxili orqanları ciddi zədələnib. Təcili yerləşdirildiyi hərbi hospitalda həkimlərin onun həyatı üçün göstərdikləri mücadiləyə baxmayaraq, həmin gün şəhid olub. Məşədiismayıllı kəndinin qəbristanlığında dəfn olunub.

 

Hətəmxanov Şakir Qüdrət oğlu

1970-1994

 Hətəmxanov Şakir Qüdrət oğlu 1970-ci idə Ağbənd kəndində anadan olub. 1986-cı ildə kənddə orta məktəbin səkkizinci sinfini bitirərək Bakı Nəqliyyat və Rabitə Texnikumuna daxil olub.1989-cu ildə texnikumda təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. Üç il altı ay Rusiyanın Murmansk şəhərində sualtı donanmada hərbi xidmət keçərək 1992-ci ilin mayında Vətənə dönüb. Elə həmin ay respublikamizin Silahlı Qüvvələrində hərbi xidmətə çağırılıb. Onun döyüş yolu rayonumuzun Ermənistanın Mehri rayonu ilə sərhəd kəndlərindən keçib.

1993-cü ilin oktyabrında Zəngilan rayonu erməni silahlı qüvvələri tərəfindən işğal ediləndən sonra qısa vaxt ərzində cəbhəyə gedib. 1993-cü ilin noyabr–dekabr aylarında Ağdam-Füzuli istiqamətində döyüşlərdə vuruşub. 1994-cü ilin əvvələrində Horadiz uğrunda gedən döyüşlərdə iştirak edib. Yanvarın 10-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində düşmən gülləsinə tuş gəlib.Başından aldığı yaradan şəhid olub.

Heydərov Abbas Qurban oğlu

1971-1992

Heydərov Abbas Qurban oğlu 23 sentyabr 1971-ci ildə Zəngilan rayonunun Məşədiismayıllı kəndində anadan olub.
1987-ci ildə Rəzdərə kənd orta məktəbini bitirib.1989-1991-ci illərdə Sovet ordusunda qulluq edib.
1992-ci ildə Milli orduda xidmətə başlayıb.Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
23 avqust 1992-ci ildə Zəngilan rayonunun Kolluqışlaq kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Heydərov Şərif Yaşar oğlu  

1970-1994

Heydərov Şərif Yaşar oğlu 19 yanvar 1970-ci ildə Zəngilan şəhərində anadan olub.
1988-1990-cı illərdə Sovet ordusunda qulluq edib.
Zəngilan və Füzuli rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.
19 sentyabr 1994-cu ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Polis serjantı idi. Bakının Saray qəsəbəsində dəfn olunub.
 

Həziyev Əjdər Mehdi oğlu

1974-1993

Həziyev Əjdər Mehdi oğlu 3 sentyabr 1974-cü ildə Zəngilan rayonunun Vənətli kəndində anadan olub. 1991-ci ildə Vənətli kənd orta məktəbini bitirib. 1992-ci ilin sentyabr ayında orduya çağırılıb. Ağdərə və Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
15 may 1993-cü ildə Zəngilan rayonu uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.
“Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Zəngilan rayonunda Şəhidlər Xiyabanında dəfn olunub.
 

Hüseynov Cəmil Hüseynəli oğlu

1973-1993

 

 Hüseynov Cəmil Hüseynəli oğlu 1973-cü ildə Ucar rayonu, Alpı kəndində anadan olub. Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 22 mart  1993-cü ildə şəhid olub.

 

 

 

 

 

Hüseynov Elşən Famil oğlu  

1972-1993

Hüseynov Elşən Famil oğlu 1972-ci ildə Zəngilan rayonunun Cahangirbəyli kəndində anadan olub. 1987–ci ildə Cahangirbəyli kənd səkkizillik məktəbini bitirib.
1992-ci ildən Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
21 yanvar 1993-cü ildə Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
 

Hüseynov Hüseyn Həsən oğlu

1965-1994

 Hüseynov Hüseyn Həsən oğıu 1965-ci ildə İçəri-Müşlan kəndində anadan olub. Zəngilan kənd orta məktəbini bitirib, 1982-ci ildə Bakı Politexnik Texnikumuna daxil olub. 1983-1985-ci illərdə Rusiyanın Tomsk şəhərində hərbi xidmət keçib. Sonra Sumqayıt Kimya Zavodunda işləyib.1993-cü ilin mart ayının 14-dən etibarən Zəngilanda yerləşən 865 saylı hərbi hissədə xidmətə başlayıb. Rayonun Şayıflı, Qazançı, Aşağı Gəyəli, Canbar və Günqışlaq kəndlərinin müdafiəsində dayanıb.

Zəngilan işğal edildikdən sonra Füzuli rayonunun Horadiz qəsəbəsi, Böyük Bəhmənli, Bala Bəhmənli, Babı, Şükürbəyli və s. kəndləri istiqamətində gedən döyüşlərdə qorxmazlığı, cəsarəti ilə fərqlənib. Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində döyüş əməliyyatı zamanı snayper gülləsindən yaralanıb.1994-cü il aprel ayının 27-də şəhid olub. Bakıda II Şəhidlər Xiyabanında dəfn edilib.

 

Hüseynov Orxan Şahsuvar oğlu

1969-1992

 Hüseynov Orxan Şahsuvar oğlu Zəngilan rayonunun Nüvədi kəndində anadan olub.1984-cü ildə Nüvədi kənd orta məktəbinin 8-ci sinfini bitirərək Bakının Sabunçu rayonunda yerləşən texniki peşə məktəbində 4 il oxuduqdan sonra radio və televizor təmiri ustası ixtisası qazanıb. 1988-ci ildə hərbi xidmətə çağırılıb və iki il Almaniya Demokratik Respublikasında əsgəri qulluqda olub.

Xidmətdən sonra 1990-cı ilin ortalarında Vejnəli kəndində könüllülər dəstəsinə yazılaraq hər yoluna, cığırına bələd olduğu doğma Nüvədinin sərhəddində həmkəndlilərinin, ailəsinin dinc həyatını məşəqqətə döndərmiş zalımlarla ölüm-dirim savaşına qalxıb.
1992-ci il sentyabrın 18-də Vejnəli postuna hücum edən düşmənlərlə döyüşdə şəhid olub.

 

Hüseynov Ramazan Yunis oğlu  

1971-1994

Hüseynov Ramazan Yunis oğlu 1971-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. 1989-cu ildə N.Nərimanov adına Mincivan qəsəbə orta məktəbini bitirib.
Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
17 yanvar 1994-cü ildə Fizuli rayonunun Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Hüseynov Rəfael Maarif oğlu

1974-1993

 

 

 

 

 

 

 

Hüseynov Rəfael Talıb oğlu

1959-  . . .

Hüseynov Rəfael Talıb oğlu Sarıl kəndində anadan olub. İlk təhsilini doğulduğu kənddə aldıqdan sonra qonşu Alıbəyli kənd orta məktəbini bitirib.

1977-1979-cu illərdə Komi Muxtar Respubilkasında inşaat batalyonunda əsgəri qulluqda olub. Qayıdaraq Sumqayıt Boru Prokat Zavodunda fəhlə işləyib.
1985-1990-cı illərdə Rusiya Federasiyasının Tula şəhərində yaşamaqla yanaşı, orada politexnik texnikumunda təhsil alaraq inşaatçı mühəndis ixtisasına yiyələnib.
1990-cı ildə Sarıl kəndinə gedərək 33 nömrəli Səyyar Mexanikləşdirilmiş Dəstədə iş icrası kimi fəaliyyət göstərib. 1991-ci ildə Bakı şəhərinə köçüb. Kondisoner zavodunda işləyib.
1993-cü ilin noyabr ayının ilk günlərində Milli Orduya xidmətə çağırılıb. İki ayadək Qarabağ savaşlarında iştirak edən Rəfael Hüseynov dekabrın 28-də Ağdamın Paprəvənd kəndinin müdafiəsində itkin düşüb. Xətai Rayon Məhkəməsinin 29 yanvar 1994-cü il tarixli qətnaməsi ilə ona şəhidlik statusu verilib.

 

Hüseynov Sərdar Hüseynqulu oğlu

1956-1993

 

 

   

 

 

 

 

Hüseynov Yaşar İsmayıl oğlu

1959-1993

   Hüseynov Yaşar İsmayıl oğlu 1959-cu il Bartaz kəndində anadan olub.Orta məktəbi bitirdikdən sonra 1978-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidməti borcunu Ukrayna SSR-nin Şeştika şəhərində yerinə yetirib. Hərbi xidmətini başa vurduqdan sonra bir neçə il həmin şəhərdə işləyib.

1992-ci ildə erməni quldur dəstələrinin torpaqlarımıza basqın etdiklərini eşidərək Azərbaycana qayıdıb. Könüllü olaraq Zəngilan rayonundakı özünümüdafiə taboruna üzv yazılıb. Kapitan Yaşar Hüseynov rayonda ən ucqar və ermənilərin daima hədəf seçdiyi Kolluqışlaq kəndinə göndərilib.1993-cü il iyun ayının 24-də düşmən minasına düşərək şəhid olub.
Bakı şəhərində I Şəhidlər Xiyabanında dəfn edilib.

 

Hüseynov Zakir İsgəndər oğlu

1956-1993

Hüseynov Zakir İsgəndər oğlu 1956-cı ildə Zəngilan rayonunun Dəlləkli kəndində anadan olub. Dəlləkli kənd səkkizillik məktəbini bitirib.
1974-1976-cı illərdə Sovet ordusunda hərbi xidmət keçib. 1991-ci ilin dekabr ayında milli orduda xidmətə başlayıb. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. 3 aprel 1993-cü ildə Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oub.

Zəngilan Şəhidlər Xiyabanında dəfn olunub.

 

 

Hüseynova Könül İmamqulu qızı

1975-1992

 Hüseynova Könül İmamqulu qızı 1975-ci ildə Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olub.1992-ci ildə Zəngilan kənd orta məktəbinin XI sinfində oxuyurdu.
11 dekabr 1992-ci ildə erməni quldurlarının həyətlərinə  “Qrad” qurğusundan atdığı mərminin qəlpəsindən şəhid olub.

Qıraq Müşlan kənd qəbristanlığında dəfn olunub.

 

Hüsüyev Hüsü Humay oğlu

1974-1994

 Hüsüyev Hüsü Humay oğlu Rəzdərə kəndində anadan olub və orada orta təhsil alıb.Məktəbi bitirdiyi 1991-ci ildə Sumqayıt şəhərinə gələrək politexnik texnikumuna imtahan verib və tələbə adını qazanıb.

İlk kursu başa vurduqdan sonra Milli Ordu sıralarına xidmətə çağırılıb. Qubadlını qoruyan hərbi hissənin tərkibinə göndərilib.1993-cü ilin sentyabr ayınadək Qubadlıda aparılan müdafiə döyüşlərində iştirak edib.Həmin rayon erməni silahlı qüvvələrinin nəzarətinə keçdikdən sonra Tərtər istiqamətində ağır döyüşlərə girib.Orada 5 ayadək düşmənə qarşı vuruşub.
1994-cü ilin yanvarında ciddi yara alıb və təcili hospitala çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq 1994-cü il fevral ayının 18-də şəhid olub.
Bakıda  II Şəhidlər Xiyabanında dəfn olunub.

 

Həsənov Eldəniz Novruz oğlu

1973-1994

Həsənov Eldəniz Novruz oğlu iyun 1973-cü ildə Zəngilan rayonunda anadan olub. 1987-ci ildə Gədəbəy rauonunun Kəlaman kəndinə köçüblər. E. Həsənov adına Hacılar kənd orta məktəbini bitirib.
1990-1991-ci illərdə Sovet ordusunda qullluq edib. 1991-ci ildən Azərbaycan Milli ordusu sıralarında qulluğa başlayıb. Gədəbəy və Murov dağ uğrunda gedən döyüşlərdə iştirak edib.

Fevral 1994-cü ildə Murov dag uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

İbişov Rafiq Gülüş oğlu

1970-1993

 İbişov Rafiq Gülüşoğlu 1970-ci ildə Dərə  Gilətağ kəndində anadan olub. Orada orta  təhsil alıb.1988-ci ildə Nizami adına sovxozda fəhlə kimi  ilk əmək fəaliyyətinə başlayıb. 1989-cu ildə hərbi xidmətə aparılıb.Əsgəri borcunu Rusiya Federasiyasının Şərqində, Çita şəhərində yerinə yetirib.1991-ci ildə xidmətdən dönərək rayonda 65 nömrəli səyyar mexanikləşdirilmiş dəstədə çalışıb.1992-ci ilin sonlarında  Milli Orduya çağırılıb. Əsasən Quyudərə Xəştab kəndinin hüdudlarında yaradılmış postda dayanıb. Lakin vaxtaşırı ərazidə döyüş əməliyyatları ilə əlaqədar tapşırıqları yerinə yetirib, düşmən hücumlarının qarşısının alınmasında iştirak edib.1993-cü il may ayının16-da “Mal yatağı” deyilən ərazidəki post yaxınlığında erməni quldur dəstəsinin növbəti qəfil hücumu zamanı qarşılıqlı atışmada aldığı güllə yarasından şəhid olub. Zəngilan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

 

İbrahimov Nəbi Yusif oğlu

1958-1993

 İbrahimov Nəbi Yusif oğlu 1958-ci ildə Mincivan qəsəbəsində anadan olub. 1975-ci ildə qəsəbədəki  36 saylı  dəmiryol məktəbini bitirdikdən sonra təhsilini Tikinti Sənaye Texnikumunda davam etdirib.1975-77-ci illərdə  sovet ordusunda  həqiqi hərbi xidmətdə olub. Zəngilanda yağı düşmənə qarşı  müdafiə  döyüşləri getdiyi  günlərdə  könüllü olaraq  Milli Orduya yazılıb.1992-ci ilin əvvəlindən başlayaraq  Qazançı, Sobu, Bartaz  istiqamətində döyüşlərdə  fəal iştirak edib. Həmin ilin yayında yaralanıb. Bakı şəhər  mərkəzi hərbi  hospitalında  müalicə olaraq yenidən  rayonumuzun müdafiəçiləri  sırasına qayıdıb. 28 iyun 1993-cü ildə şəhid olub. Məzarı Zəngilan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

İmanov Alıqulu Kazım oğlu

1958-1993

  

 İmanov Alqulu Kazım oğlu  1958-ci ildə Mincivan qəsəbəsində anadan olub və orta təhsil alıb. 1975-ci ildə daxil olduğu Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunu 1980-ci ildə fərqlənmə diplomu ilə  bitirib. Təyinatla Bakı Evtikmə Kombinatında işə başlayıb. 1993-cü ilin oktyabr ayında səfərbərliyə alınaraq döyüş bölgəsinə göndərilib. 1993-cü ilin dekabr ayının 10-da Beyləqan istiqamətində döyüşdə şəhid olub.Bakı şəhərində,  I Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

İmanquliyev Şükür İmanqulu oğlu

1969-1993

 İmanquliyev Şükür İmanqulu oğlu  1969-cu ildə Mincivan qəsəbəsində anadan olub. 1986-cı ildə N.Nərimanov adına Mincivan qəsəbə orta məktəbini bitirib. Bakı şəhərinə gələrək 14 nömrəli texniki peşə məktəbinin radio və televiziya kursuna qəbul olub. 1988-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətdən tərxis olunarkən Krasnoyarsk şəhərində işə  düzəlib. 1992-ci ildə mənfur qonşularımız ermənilərin torpaqlarımıza təcavüzü başlanarkən Zəngilan rayonuna qayıdıb və rayonda yaradılmış özünümüdafiə taboruna üzv yazılıb. 1992-ci il avqustun 29-da Sobu kəndindəki «Oğru» bulaq deyilən yerdə kəşfiyyatda olan ermənilərlə bir saatdan artıq davam edən döyüşdə şəhid olub. Zəngilan şəhərindəki  Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

İsayev İsa Vahid oğlu

1974-1993

 İsayev İsa Vahid oğlu 1974-cü ildə  Keçikli kəndində anadan olub. Kənddə səkkizillik məktəbi bitirdikdən sonra rayonumuzdakı 144 nömrəli texniki peşə məktəbində mexanizator ixtisasına yiyələnib.1991-ci ildə Milli Orduda xidmətinin əvvəlində Sumqayıtda hərbi tibbi xidmət üzrə xüsusi kurs keçib. Oradan Salyan rayonunda yerləşən hərbi hissəsinin tərkibinə verilib.İki ayadək rayondakı mərkəzi hərbi komendantlıqda növbədə dayanan İsa xidmətini minaatanlar batareyasında davam etdirib. Qonşu Laçın, Qubadlı rayonlarında  qanlı qarşıdurmalarda iştirak edib. 1993-cü il avqust ayının 23-də baş vermiş savaşda itkin düşüb.Zəngilan Rayon Məhkəməsinin 25 fevral 2003-cü il tarixi qətnaməsi ilə ona şəhidlik statusu verilib.

 

 

İsgəndərov Elxan Zahid oğlu

1975-1993

 

 

 

 

 

 

 

İsgəndərov Təbriz Heydər oğlu

1963-1994

 İsgəndərov Təbriz Heydər oğlu 1963-cü ildə Ağalı kəndində anadan olub. Orta təhsil aldıqdan sonra rayondakı 144 nömrəli peşə məktəbinin mexanizatorluq şöbəsini bitirərək, ərazini əhatə edən «Moskva» kolxozunda işləyib.Ermənilər xəyanətkarlıq yolunu seçəndə silaha sarılıb. Zəngilanın, Qubadlının, Cəbrayılın müdafiəsində iştirak edib.Zəngilanın süqutundan sonra Füzuli, Ağdam, Goranboy bölgələrində çoxsaylı savaşlara girib. Son döyüşü  Murovdağda olub. Eloğlumuz kiçik leytenant  T.İsgəndərov  başçılıq etdiyi tağımın döyüşçüləri ilə qərar tutqduqları yüksəkliyə hücum edən düşmən qüvvələrinə qarşı ölüm-dirim savaşına girib.Döyüş sursatı qurtardıqdan sonra qumbara ilə onu ələ keçirmək istəyən erməniləri məhv edərək şəhid olub.Silahdaşları onun həlak olduğu yüksəkliyi xəritədə «Təbriz zirvəsi» adlandırıblar.

 

İsgəndərova Sücaət Kəlbalı qızı

1953-1992

İsgəndərova Sücaət Kalbalı qızı 1959-cu ildə Şəfibəyli kəndində anadan olub. 1974-cü ildə Şəfibəyli kənd 8 illik məktəbini bitirdikdən sonra Zəngilan şəhər orta məktəbində təhsil alıb. 1978-80-cı illərdə Bakı Rabitə Texnikumunda poçt-rabitəsi ixtisasına yiyələnib.Rabitə qovşağında əməliyyatçı və qovşaq həmkarlar ittifaqı təşkilatının sədri işləyib. Son dərəcə vətənpərvər olan Sücaət könüllü orduda xidmətə getmək istəsə də, doğmalarının ciddi ehtirazı ilə üzləşib. Bunun əvəzini qovşaq həmkarlar ittifaqı təşkilatının sədri kimi, davamlı olaraq əsgərlərə ərzaq, isti xörəklər hazırlanıb aparılmasına təşkilatçılıq etməklə çıxmağa çalışıb. 1992-ci il may ayının 20-də 6 nəfər rabitəçi ilə rayonun qaynar döyüş nöqtəsi olan Qazançı kəndində yerləşən əsgərlərə isti yemək çatdırılarkən baş nahiyyəsindən aldığı yaradan şəhid olub. Şəfibəyli kəndində torpağa tapşırılıb.1994-cü ilin yanvarından şəhidlik statusuna malikdir.

 

İsmayılov Əli Vasil oğlu

1969-1994

 İsmayılov Əli Vasil oğlu 1969-cu ildə Dəmiryolçular qəsəbəsi Mincivanda anadan olub.1976-86-cı illərdə qəsəbədəki Nərimanov adına orta məktəbi bitirib. Həmin il Özbəkistanın paytaxtı Daşkənddə  ali hərbi tank qoşunları komandirləri məktəbinə daxil olub. Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam rayonunun müdafiəsində iştirak edib. 1993-cü ilin əvvəlindən hərbi hissənin istehkamçı mühəndis tağımına baş istehkamçı vəzifəsinə təyin edilib. 1994-cü il dekabr ayının  30-da Ağdam rayonunda şəhid olub. Bakıdakı II Şəhidlər Xiyabanında dəfn olunub.

 

 

 

İsmayılov Həsən Mir Ağa oğlu 

1961-1992

İsmayılov Həsən Mir Ağa oğlu 17 oktyabr 1961-ci ildə Zəngilan rayonunun Şayıflı kəndində anadan olub. Şayıflı kənd orta məktəbini bitirib. 1979-1981-ci illərdə Sovet ordusunda qulluq edib. Əsgəri qulluğunu başa vurduqdan sonra əvvəlcə kolxozda, sonra isə Şayıflı dəmiryol stansiyasında fəhlə işləyib. 10 dekabr 1992-ci ildə erməni silahlı qüvvələrinin Zəngilan rayonuna hücumu zamanı Şayıflı kəndində şəhid olub.
Məzarı Zəngilan şəhərindəki Şəhidlər Xiyabanındadır.

İsmayılov İsmayıl Barat oğlu

1968-1993

 İsmayılov İsmayıl Barat oğlu 1968-ci ildə Yuxarı Yeməzli kəndində anadan olub. 1985-ci ildə Sarallı  Xəştab kənd məktəbində orta təhsilini tamamlayıb.Həmin il  Bakı şəhərində 14 nömrəli texnki peşə məktəbinə qəbul olunub və rəngsazlıq üzrə kurs keçməklə kəndlərinə dönüb.Rusiya Federasiyasiyasının Krasnoyarsk  vilayətinə hərbi xidmətə gedib.1988-ci ildə ordudan qayıdaraq H.Aslanov adına sovxozda fəhlə işləyib.1989-cu ildə rayon milis şöbəsinin post-patrul xidmətinə qəbul edilib.Daxili işlər nazirliyinin milis məktəbində xüsusi hazırlıq kursu keçib.1989-92-ci illərdə Ermənistanla həmsərhəd kəndlərin qorunub saxlanması və dinc əhalinin müdafiəsi üçün təşkil olunan hərbi əməliyyatlarda iştirak edib. Dəyanət göstərdiyi son döyüşü Cəbrayıl rayonunun Dərzili kəndi yaxınlığında olub.Naməlum şəraitdə itgin düşüb.1995-ci ilin mart ayında ona şəhidlik statusu verilib.

 

İsmayılov İsmayıl Qaraş oğlu

1935-1992


İsmayılov İsmayıl Qaraş oğlu 1935-cü ildə Qafan rayonunun Baharlı kəndində anadan olub.1954-cü ildə həmin rayonun Şəhərcik kənd orta məktəbində təhsilini başa vurub.Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olub.1954-cü ildə hərbi xidmətə çağırılıb. Ordudan qayıtdıqdan sonra Kacaranda Mis-Molibden Kombinatında çalışıb. Dəmir yolunda işlə təmin edilib.10 dekabr 1992-ci ildə ermənilərin Zəngilan rayonuna hücumu zamanı şəhid olub.Məzarı Bilgəh kənd qəbristanlığındadır.

 

 

İsmayılov Kərəm İdris oğlu 

1963-1994

İsmayılov Kərəm İdris oğlu 27 iyul 1963-cü ildə Zəngilan rayonu Mincivan qəsəbəsində anadan olub. 1978-ci ildə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Zəngilan rayon 144 saylı texniki-peşə məktəbinə daxil olub.
1983-1985-ci illərdə Qazağıstan Respublikasında hərbi xidmət keçib.
1993-cü ilin noyabr ayinda milli ordu sıralarına daxil olub. Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
9 yanvar 1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.
 

İsmayılov Maarif Atakişi oğlu

1964-1993

 

 İsmayılov Maarif Atakişi oğlu 1964-cü ildə Salyan rayonu, Peyk kəndində anadan olub.10 aprel 1993-cü ildə ermənilərin Zəngilan rayonuna hücumu zamanı şəhid olub.

 

 

 

 

 

İsmayılov Möhlət Bəhmən oğlu

1968-1993

 İsmayılov Möhlət Bəhmən oğlu 1968-ci ildə Dərə Gilətağ kəndində anadan olub. 1975-85-ci illərdə kənddəki məktəbdə orta təhsilini tamamlayıb.1986-cı ildə Almaniya Demokratik Respublikasında  sovet ordusu sıralarında hərbi xidmət keçib.Əsgəri qulluqdan qayıdaraq kənd rabitə şöbəsində texnik işləyib.1990-cı ilin oktyabrında Zəngilan Rayon Milis Şöbəsində (indiki polis) xidmətə qəbul olunub.Cəbrayıl rayonunun Dərzili kəndi istiqamətindən 1993-cü il oktyabr ayının 25-də hücum edən erməni silahlı birləşmələri ilə döyüşdə bir qrup polis əməkdaşı ilə birlikdə naməlum şəraitdə itgin düşüb.Şəhidlik  statusu 1998-ci ildə təsdiqlənib.

 

 

İsmayılov Nadir Hüseyn oğlu

1956-1993

 

 İsmayılov Nadir Hüseynoğlu 1956-cı ildə Mincivan qəsəbəsində anadan olub.  1964-74-cü illərdə 36 nömrəli dəmiryol məktəbində orta təhsil alıb. Orta məktəbi bitirən kimi ordu sıralarına xidmətə çağrılıb. 1976-ci ildə Qazaxıstan Respublikasında ikillik hərbi xidmətini başa vuraraq doğma Mincivana qayıdıb, rayon topxanasında işə girib. Milli Ordu yaranan gündən batalyona üzv yazılıb. 1993-cü il fevralın 2-də qəza nəticəsində şəhid olub.Mincivan qəsəbə qəbristanlığında dəfn edilib.

 

 

İsmayılov Pirqulu Heydərqulu oğlu

1963-1992

1963-cü ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub.1970-80-cı illərdə qəsəbədəki 36 nömrəli dəmiryol orta məktəbində təhsil alaraq əsgəri xidmətə gedib. Hərbi qulluğunu başa vurduqdan sonra Mincivana qayıdıb.Mincivan qəsəbə su idarəsində ilk əmək fəaliyyətinə başlayıb.Zəngilan rayonunda gedən döyüşlərdə iştirak edib. 1993-cü ilin iyul ayının 1-də əsgərlərimiz Günqışlaq kəndinə posta gedərkən onun da içərisində olduğu “QAZ-66” markalı yük avomobili ermənilərin arəşinə məruz qalıb. Avtomobilin qəzaya uğraması nəticəsində Pirqulu ağır xəsarət alaraq şəhid olub. Məzarı Zəngilan şəhərindəki  Şəhidlər Xiyabanındadır.


 

İsmayılov Yavər İsmayıl oğlu

1969-1994

İsmayılov Yavər İsmayıl oğlu 1969-cu ildə Zəngilan rayonunun Hacallı (Həkəri stansiyası) kəndində anadan olmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra Tacikistan və Qazaxıstanda ordu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra erməni vəhşiliklərini görüb, könüllü olaraq Milli Orduya yazılır. Zəngilan və Füzuli rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.
1994-cü il fevralın 2-də Füzuli rayonun Əbdürrəhmanlı kəndinin azad olunması uğrunda gedən amansız döyüşlərdə qəhrəmancasına şəhid olub.
Sumqayıtda, Şəhidlər xiyabanında dəfn edilmişdir.

İsmayılov Fazil İdris oğlu 

1970-1993

İsmayılov Fazil İdris oğlu 15 iyul 1970-ci ildə Zəngilan rayonu Mincivan qəsəbəsində anadan olub. 1985-ci ildə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Zəngilan rayon 144 saylı texniki-peşə məktəbinə daxil olub.
1988-ci ildə sovet ordusunda hərbi xidmətə çağırılıb.
Hərbi xidməti başa vurduqdan sonra milli ordu sıralarına daxil olub. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
17 aprel 1993-cü ildə Zəngilan rayonunun Sobu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
 

Kalbalıyev Cəmil Allahverdi oğlu  

1966-1994

 Kalbalıyev Cəmil Allahverdi oğlu 1966-cı ildə Sarallı-Xəştab kəndində anadan olub. 1983-cü ildə orta təhsilini başa vurarkən kolxozda mexanizator işləyən atasının yanında təcrübə qazanmaqla bacarıqlı mexanizator kimi ad çıxaran Cəmili ehtiyatlanmadan yerli təsərrüfatda işə götürüblər. 1984-86-cı illərdə Almaniya Demokratik Respublikasında əsgəri qulluqda olub.Ordudan qayıtdıqdan sonra sürücülük məktəbində təhsil alıb və doğma təsərrüfatda kolxoz sədrinin avtomobilini idarə edib. Ermənilərin sərhədboyu kəndlərimizə silahlı basqınlarının artdığı 1991-ci ildə ərazidə yaradılmış özünümüdafiə batalyonuna üzv yazılıb. Rayonumuzun işğalınadək iki ilə yaxın müddətdə doğulduğu Sarallı-Xəştab və ətraf kəndlərin müdaifəsində dayanıb.1993-cü il oktyabr ayının 29-da Zəngilan işğala məruz qaldıqdan sonra Füzuli rayonunun müdafiəsinə göndərilib. 1994-cü il yanvar ayının 26-da həmin rayonun Əbdürrəhmanlı kəndi uğrunda döyüşdə ölümcül yara alaraq həlak olub.Sumqayıtda Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

 

Maşıyev Nemət Mütəllim oğlu

1972-1993

 

 Maşıyev Nemət Mütəllim oğlu 1972-ci ildə Lerik rayonu, Şinəband kəndində anadan olub. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir.15 may 1993-cü ildə şəhid olub.

 

 

 

Mehdiyev Allahverdi Bəşir oğlu

1952-1994

  Mehdiyev Allahverdi Bəşir oğlu 1952-ci ildə Yuxarı Gəyəli kəndində anadan olub.1959-69-cu illərdə 1 saylı Zəngilan şəhər orta məktəbində təhsil alıb.1972-ci ildə Bakıda Tibb məktəbini bitirərək feldşer ixtisası qazanıb. Rayona qayıdaraq əvvəlcə Zəngilan Mərkəzi Rayon Xəstəxanasında, ardınca isə Şayıflı Kənd Xəstəxanasında tibb işçisi kimi fəaliyyət göstərib.Yaralılara tibbi yardım göstərməklə yanaşı, zərurət yarananda əlinə silah alaraq döyüşlərdə də mərdliklə iştirak edib.Rayonumuzun süqutundan sonra İran ərazisindən keçərək Bakıya gələn Allahverdi yenidən təşkil olunan Zəngilan batalyonunun tərkibində Füzuli rayonu istiqamətində  döyüşlərə gedib.1994-cü il yanvarın 30-da minaya düşərək şəhid olub.Bakıda II Şəhidlər Xiyabanında dəfn edilib.

 

Mehdiyev Vəli Şükralı oğlu

1968-1994

Mehdiyev Vəli Şükralı oğlu 1968-ci ildə Zəngilan rayonunun Vejnəli kəndində anadan olub.Doğulub boya-başa çatdığı kənddə səkkizinci sinfi bitirərək Bakının Abşeron rayonunun Ceyranbatan qəsəbəsində fəaliyyət göstərən geniş profili peşə məktəbinin sürücülük kursunda təhsil alıb. 1988-ci ildə Biləcəri hərbi komissarlığından xidmətə çağırılıb. İkiillik əsgəri qulluğunu Ukrayna Respubilkasının Rovno şəhərində başa vurub.1990-cı ildə ata-baba məskəninə qayıdaraq kolxozda sürücü işləyib.1992-ci ilin noyabrında yenidən səfərbərliyə alınaraq rayonumuzun müdafiəsində dayanan MilliOrdu hissələrinin tərkibinə cəlb olunub. Iki mühüm strateji mövqeyin-  Şükrətaz və Sığırt yüksəkliklərinin qorunmasında xüsusilə fəal iştirak edib.Rayonumuzun işğalından sonra da döyüş yolunu davam etdirən Vəli 1994-cü il yanvarın 19-da Füzuli rayonu uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalıb.Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Məhərrəmov Ceyhun Məhərrəm oğlu

1973-1992

Məhərrəmov Ceyhun Məhərrəm oğlu 1973-cü ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub.Xırmandalı kənd orta məktəbini qurtardıqdan sonra 1992-ci il mart ayının 5-də Biləsuvar rayon hərbi komissarlığı tərəfindən hərbi qulluğa çağırılıb.
Zəngilan rayonunda yerləşən “N” saylı hərbi hissəsində atıcı və sürücü olmuşdur.
Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
24 iyun 1992-ci ildə Zəngilan rayonunun Qazançı kəndində şəhid olmuşdur.
 

Mehrəliyev Müşviq Əjdər oğlu

1970- 1993

 Mehralıyev Müşfiq Əjdər oğlu 1970-ci ildə Nəcəflər kəndində doğulub. 1987-ci ildə Şayıflı kənd orta məktəbini bitirib. 1988-ci ilin mayında hərbi xidmətə çağrılıb. Sovet ordusunda  xidmətini başa vurub1990-cı ilin avqustunda isə qərar qəbul edərək rayon polisi sıralarında xidmətə başlayıb. Seyidlər, Şayıflı, Şatarız və Nəcəflər kəndləri ətrafında döyüşlərdə iştirak edib.Müşfiqin son döyüşü 1993-cü il aprelin 10-da olub. Həmin gün düşmənə ağır və sarsıdıcı zərbə endirsə də, döyüşdə Müşfiq ağır yaralanıb. Üç gün ərzində döyüş dostları dağları, meşələri axtarsalar da, onu tapa bilməyiblər.Ermənilərlə rabitə əlaqəsinə girdikdə bəlli olub ki, Müşfiqin meyidi düşmən tərəfdədir.Uzun danışıqlardan sonra onun meyidi qaytarılıb. Məzarı Zəngilan şəhərindəki Şəhidlər Xiyabanındadır.

 

Məmmədov Bəhmən Alyar oğlu

1927-1992

Məmmədov Bəhmən Alyar oğlu1927-ci ildə Zəngilan rayonunun Pirveyis kəndində anadan olub. Gənc yaşlarından 1941-45-ci illər müharibəsinin dəhşətlərini öz həyatında görüb. Müharibə qurtardıqdan sonra gənc Bəhmən təhsil almaq üçün Bakıya üz tutub, peşə məktəbində bənnalıq sənətinin sirlərini öyrənib. Bir müddət tikintidə çalışıb.. Yenidən Zəngilana qayıdan Bəhmən təmir-tikinti idarəsində çalışıb. 1970-ci ildən Pirveyis kəndində yaşayıb və ömrünün sonuna qədər poçtalyon işləyib. 1992-ci il aprel ayının 25-də düşmən ağır artilleriyadan və hərbi vertolyotlardan istifadə edərək Canbar, Pirveyis, Günqışlaq kəndlərinə hücuma keçərkən düşmənin atdığı top mərmisinin qəlpəsindən şəhid olub. Zəngilan şəhər qəbristanlığında torpağa tapşırılıb.

Məmmədov Əhəd Həsənalı oğlu

1968-1994

  Məmmədov Əhəd Həsənalı oğlu 1968-ci ildə Həkəri çayının sağ sahilində, Yenikənddə anadan olub. 1975-85-ci illərdə doğma kəndində orta təhsil alıb.Çağırış yaşı çatarkən rayon hərbi komissarlığının göndərişi ilə Naxçıvan Muxtar Respublikasında sürücülük üzrə kurs bitirib və Rusiya ərazisində sovet ordusunda ikillik hərbi xidmətdə olub.Zəngilana qayıdaraq qaz təsərrüfatı idarəsində sürücü işləyib. Əhalinin qaz təchizatı ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirməklə yanaşı, o bir vətənpərvər kimi təşəbbüs göstərərək işdən sonra vaxtaşırı döyüş postlarına silah, sürsat və ərzaq çatdırıb.Sonra özü də silaha sarılaraq Kolluqışlaq, Ağkənd, Şərikan kəndlərinin müdafiəsi üçün ürəklə vuruşub.Rayonumuzun işğalından sonra Füzuli, Kəlbəcər istiqamətində düşmənlə qanlı savaşlara girib.1994-cü il aprelin 10-da Murovdağda şəhidlik zirvəsinə yüksəlib.Şirvan şəhərində dəfn edilib.

Məmmədov Əlibaba Xürrəm oğlu

1973-1993

 Məmmədov Əlibaba Xürrəm oğlu 1973-cü ildə Ağalı kəndində anadan olub.Əlibaba 1980-90-cı illərdə Ağalı kənd orta məktəbini bitirib.Bir ildən artıq müddətdə yerli təsərrüfatda- «Moskva» kolxozunda çalışıb.1992-ci ilin mayında başlanan hərbi xidməti dövründə rayonumuzun Kolluqışlaq, Günqılşaq, Şayıflı kəndlərinin müdafiəsində dayanıb, silahdaşları ilə ermənilərin təxribatlarının, hücumlarının qarşısını alıb.O, erməni silahlı birləşmələrinin Cəbrayıl rayonunun Dərzili, Qumlaq kəndləri istiqamətindən Zəngilana hücumunun qarşısının alınmasında iştirak edib. Rayon polisinin əməkdaşları ilə birgə düşmən tanklarının önündə sipər kimi dayanaraq qumbaraatanı ilə onların bir neçəsinin vurulmasında iştirak edib.1993-cü ildə şəhid olub. 1994-cü ilin yanvarında şəhidlik statusu alıb.

 

Məmmədov Elşən Nüsrət oğlu

1971-1994

 Məmmədov Elşən Nüsrət oğlu 1971-ci ildə Bartaz kəndində anadan olub. 1988-ci ildə İ.Sayılov adına kənd orta məktəbinin onuncu sinfini bitirib. Kəndlərindəki «Qızıl qaya» kolxozunda əmək fəaliyyətinə başlayıb. Gənclik həvəsi ilə çalışaraq doğma təsərrüfatın inkişafına ilk töhfələrini verib, 1989-cu il dekabr ayının 1-də həqiqi hərbi xidmətə gedib. Rusiya Federasiyasının Murmansk şəhərində hərbi dəniz donanmasında üçillik əsgəri qulluqda olub. 1992-ci ilin iyun ayında doğma Bartaz kəndinə qayıdıb və özünümüdafiə batalyonuna üzv yazılıb. Rayonumuzun Şükrətaz, «Qanlı ağac» yüksəklikləri, Ağdamın Qarvənd, Tərtərin Top- Qaraqoyunlu, Füzulinin Horadiz və Seyidəhmədli kəndləri uğrunda vuruşub.Son döyüşündə ağır sarsıntı keçirərək hərbi hospitala göndərilib. Müalicəsi lazımı səmərə vermədiyindən 1994-cü ilin fevral ayının 26-da şəhidliyə qovuşub. Xırdalan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

 

Məmmədov Fəxrəddin Gülməmməd oğlu

1960-1994

  Məmmədov Fəxrəddin Gülməmməd oğlu 1960-cı ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Litva Respublikasının Vilnüs şəhərinə hərbi xidmətə göndərilib. Hərbi xidməti başa vurduqdan sonra "Dəmir yolu nəqliyyatı "üzrə təhsil alaraq Mincivan Dəmir Yol idarəsində maşinist kimi çalışıb. Ailə həyatı qurduqdan sonra Bakı şəhərinə köçür. Qarabağda gedən savaşlar, doğma Zəngilanın darda olması ona rahatlıq vermir. 1993-cü ilin payızında könüllü olaraq Milli Ordu sıralarına yazılıb. Binəqədi Batalyonu tərkibində Ağdərə rayonu uğrunda gedən göyüşlərdə fədakarcasına iştirak edib. 1994-cü il Yanvar ayının 5-də Xocavənd rayonunun Nərgiztəpə kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

 

 

 

 

Məmmədov Fehruz Məhərrəm oğlu

1970- . . .

 

 Məmmədov Fehruz Məhərrəm oğlu  1970-ci ildə Şayıflı kəndində anadan olub. 1987-ci ildə Şayıflı kənd orta məktəbində təhsilini başa vuraraq ordu sıralarında xidmətə gedib. O, könüllü olaraq torpaqlarımızın müdafiəsi  uğrunda döyüşlərə girərək sərhəd kəndlərimizin müdafiəsində mərdliklə iştirak edib. Düşmən 10 dekabr 1992-ci ildə Seyidlər postuna hücum edərkən həmin postda qərarlaşan 12 nəfər əsgərimiz, eləcə də onlardan biri olan Fehruz naməlum şəraitdə itgin düşüb. 2002-ci ilin oktyabr ayından şəhidlik statusu təsdiqlənib.

 

Məmmədov Firdovsi Xeyrulla oğlu

1961-1991

Məmmədov Firdovsi Xeyrulla oğlu 1961-ci ildə Mincivan qəsəbəsində anadan olub. 1978-ci ildə 36 nömrəli Mincivan qəsəbə dəmiryol orta məktəbini bitirərək hərbi xidmətə gedib. Əsgəri qulluğunu  müharibənin tüğyan etdiyi Əfqanıstanda  başa vurduqdan sonra Volqaqrad şəhərində hərbi məktəbə daxil olub, gizir rütbəsi ilə Bakı şəhərinə qayıdıb. Hərbi hissələrin birində xidmətini davam etdirib. Komandiri olduğu batalyonla Xankəndi ətrafında döyüşlərə girib. Bir cox müdafiə və hücum əməliyyatlarında göstərdiyi təşkilatçılıq bacarığı və cəsurluğu ilə tanınıb. 1991-ci il dekabr ayının 11-də döyüş zamanı başından yaralanaraq şəhid olub. Bakıda I Şəhidlər Xiyabanında dəfn edilib.

Məmmədov Məmməd İlyas oğlu

1970-1993

 Məmmədov Məmməd İlyas oğlu 1970-ci ildə Vənətli kəndində anadan olub.Məmməd 1977-87-ci illərdə qonşu Tiri kənd orta məktəbini bitirib. Qaynaqçı ixtisasına yiyələnmək üçün rayonumuzdakı 144 nömrəli texniki peşə məktəbində bir il təhsil alıb. Növbəti kursa başlarkən sovet ordusu sıralarına çağırıldığından təhsili yarımçıq qalıb.Krımda əsgəri qulluqda olub. Hərbi tibbi xidmət üzrə məktəb bitirərək Zəngilana dönüb.Rayonumuzda sərhədboyu kəndlərdə, eləcə də Qubadlı və Cəbrayılda düşmənə dəyanətlə müqavimət göstərən mərd oğullarımızın sırasında vuruşub.1993-cü il avqust ayının 25-də Kolluqışlaq kəndində ermənilərlə döyüş zamanı şəhid olub. Məzarı Zəngilan şəhərinin Şəhidlər Xiyabanındadır.

 

Məmmədov Müqabil Səfəralı oğlu

1972-1994

Məmmədov Müqabil Səfəralı oğlu 15 noyabr 1972-ci ildə Zəngilan rayonunun Alıbəyli kəndində anadan olub. Alıbəyli kənd orta məktəbini bitirdikdən sonra Sovet ordusunda hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra rayonda yaradılmış batalyonda tağım komandirinin müavini olub. 1992-ci ildən Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli rayonlarında döyüşlərdə iştirak edib.1994-cü il yanvarın 8-də Füzuli rayonunun Qorqan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Sabunçuda Şəhidlər Xiyabanında dəfn olunub.

Məmmədov Mürvət Mürşüd oğlu

1957-1993

 Məmmədov Mürvət Mürşüd oğlu 1957-ci ildə Qədim Azərbaycan torpağında - Qafan rayonunun Siznək kəndində anadan olub. Sonra ailəsi köçərək rayonumuzun 30-cu kilometr qəsəbəsində məskunlaşıb. Bu səbəbdən Mürvət qonşu Bürünlü kənd natamam orta məktəbində təhsil alıb.1975-77-ci illərdə RSFSR-in Sverdlovsk şəhərində hərbi xidmətdə olub.Sonra Bakıda mexanizator-traktorçu kursu bitirib. Kəndə dönərək dəmiryol tikinti-təmir idarəsində mexanizator işləyib.Orduya xidmət edən ”Ural” markalı avtomaşınla Qazançı, Şərikan, Günqışlaq postları və digər zəruri məqsədlər üçün yüklər, canlı qüvvə daşıyıb.1993-cil fevralın 13-də şaxtalı qış gecəsində posta yük çatdırıb geri dönərkən şəhid olub.Məzarı Zəngilan şəhər qəbristanlığındadır.

 

Məmmədov Musa Balakişi oğlu

1925-1992

 

 

Məmmədov Musa Balakişi oğlu 1925-ci ildə Zəngilan rayonunun Şərikan kəndində anadan olub.
Dəmiryolunda işlədiyindən onu müharibəyə aparmayıblar. Məzarı Zəngilan şəhər qəbristanlığındadır.10 dekabr 1992-ci ildə ermənilərin Zəngilan rayonuna hücumu zamanı qətlə yetirilib.

Məmmədov Pənah Məmməd oğlu

1965-1992

Məmmədov Pənah Məmməd oğlu 1965-ci ildə Qafan şəhərində anadan olub.Orta təhsilini 4 nömrəli  Qafan şəhər orta məktəbində alıb. 1980-ci ildə səkkizillik məktəbi bitirib.Müstəqil həyata qədəm qoyduğu 1982-ci ildə Zəngilan şəhərinə gələrək 65 nömrəli səyyar mexanikləşdirilmiş dəstədə (tikinti idarəsində) fəhlə işləyib. Sonra hərbi xidmətə çağırılıb.İkillik əsgəri qulluğunu Rusiya Federasiyasının Saratov şəhərində yerinə yetirib.Pənah yenidən 65 nömrəli tikinti idarəsində işə girib.1992-ci il dekabr ayının 10-da ermənilərin «Dardanyuxarı» elinə hücumundan xəbər tutarkən yaxın qohumu Sabir Cəfərovla birlikdə silahlanaraq döyüşçülərimizə köməyə tələsib. Düşmənlə qarşıdurmada hər ikisi şəhid olub. Zəngilan şəhər qəbristanlığında torpağa tapşırılıb.

Məmmədov Ramazan Cəbrayıl oğlu

1967-1993

 Məmmədov Ramazan Cəbrayıl oğlu 1967-ci ildə Zəngilan şəhərində anadan olub. 1974-84-cü illərdə 1 saylı şəhər orta məktəbini, 1985-ci ildə Sumqayıtda 85 saylı Texniki Peşə  Məktəbini bitirib.Sonra sovet ordusunda əsgəri xidmətdə olub. Rayona qayıdaraq tədakür kontorunda satıcı işləyib.1992-ci ilin aprelindən yenidən  əsgər həyatı yaşamağa başlayıb. Milli Ordumuzun tərkibində Bartaz kəndinin, Şükrətaz yüksəkliyinin qorunmasında iştirak edib.1993-cü ilin oktyabr ayının 25-dən Cəbrayıl rayonu istiqamətindən  hücum edən düşmən qüvvələrini qarşılayan tağımın tərkibində vuruşub. Son döyüşündə mühasirəyə düşməmək üçün mövqeyini dəyişərkən ağır güllə yarası alaraq oktyabr ayının 27-də şəhid olub. Zəngilanda Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

 

Məmmədov Ramiz Telman oğlu

1973-1992

Məmmədov Ramiz Telman oğlu 21 may 1973-cü ildə Zəngilan rayonunun Ağbənd kəndində anadan olub.1990-cı  ildə kənd orta məktəbini bitirib
Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.1991-ci ildə kəndi qoruyan könüllülərdən ibarət özünümüdafiə dəstəsinin sırasına keçib.İki ilə yaxın bir dövrdə Vətənin, doğma el-obasının dayağına çevrilən igid eloğlumuz 1992-ci il dekabrın 30-da sərhəddə döyüş tapşırığını yerinə yetirərkən şəhidolub. Ağbənd qəbristanlığına dəfn edilib.

Məmmədov Səhyəddin Vaqif oğlu

1975-1994

 Məmmədov Səhiyəddin Vaqif oğlu 1975-ci ildə Rəbənd kəndində anadan olub. Doğulduğu kənddə səkkizillik təhsil aldıqdan sonra 1992-ci ildə Yenikənd kənd orta məktəbini bitirib.Sıravi kolxozçu kimi əmək fəaliyyətinə başladığı ilk aylarda Zəngilan Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınaraq Milli Orduda xidmətə göndərilib. Rayonumuzun əksər sərhədboyu ərazilərində erməni quldur dəstələrinin hücumlarının qarşısının alınmasında fəal iştirak edib. 1994-cü il yanvarın 7-də Füzuli rayonunun Şükürbəyli kəndi uğrunda döyüşdə başından yaralanaraq şəhid olub. Silahdaşlarının verdiyi məlumata görə, Beyləqan rayonunun «Peyğəmbər» adlanan qəbristanlığında dəfn edilib. Lakin sonralar məzarının yerini dəqiqləşdirmək mümkün olmadığından itkin hesab olunub.1995-ci ildən şəhidlik statusuna malikdir.

 

Məmmədov Səməd Rəhim oğlu

1963-1994

Məmmədov Səməd Rəhim oğlu 1963-cü ildə Zəngilan şəhərində anadan olub. 1970-80-cı illərdə 1 saylı şəhər məktəbində orta təhsil alıb. Hərbi qulluğunu Qazaxıstan Respublikasında keçirib.1983-cü ildə Vətənə qayıdıb, rayondakı konserv zavodunda çilingər işləyib.1992-ci ildə Bakı şəhərinə gələrək bir ilə yaxın müddətdə 48 nömrəli mənzil-istismar sahəsində çalışıb. 1993-cü ilin okytabrında Milli Orduda xidmətə göndərilib.Murovdağ yüksəkliklərində 1994-cü il yanvar ayının 26-da şəhid olub.Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

Məmmədov Səyavuş Əli oğlu 

1972  - . . .  

Məmmədov Siyavuş Əli oğlu 1972-ci ildə Zəngilan rayonunun Havalı kəndində anadan olub. 1989-cu ildə Havalı kənd orta məktəbini bitirib.Bakıdakı 14 nömrəli texniki peşə məktəbində qaynaqçı ixtisasına yiyələnib.
Sovet ordusunda hərbi xidmət keçib. 1994-cü ilin 8 fevralında Milli Ordunun əsgəri kimi Murova göndərilib. Mart ayının 7-də itkin düşdüyü barədə məlumat verilir.Sovet ordusundan qayıtdıqdan sonra miilli orduda xidmətə başlayıb.1994-cü ilin 17 iyununda Müdafiə Nazirliyinin arxivindən onun itkin düşməsi haqqında arayış verilib.2002-ci il dekabrında Məmmədov Səyavuş Əli oğluna şəhidlik statusu verilib.

Məmmədov Teymur Məmməd oğlu

1974- . . .

 Məmmədov Teymur Məmməd oğlu 1974-cü ildə Seyidlər kəndində anadan olub. 1989-cu ildə kənddə natamam orta məktəbi bitirib. 1989-1992-ci illərdə 144 nömrəli Zəngilan Rayon Peşə Məktəbində ixtisas qazanıb.Bir ay keçməmiş ordu sıralarına çağırılıb. Əvvəlcə rayonumuzda, sonra isə Qubadlı, Cəbrayıl və Füzulidə torpaqlarımızın müdafiəsinə qalxan mərd oğullarla çiyin-çiyinə erməni işğalçılarına qarşı döyüşüb.1994-cü ilin yanvar ayının 10-da Füzuli rayonunun Qorqan kəndi uğrunda gedən döyüşdə itgin düşüb. Həmin ildən şəhidlik statusuna malikdir.

 

 

Məmmədov Vahid Hilal oğlu

1970-1993

Məmmədov Vahid Hilal oğlu 1970-ci ildə Tatar kəndində anadan olub. Cahangirbəyli kənd orta məktəbini bitirdikdən sonar Naxçıvanda sürücülük kursunda oxuyub. Orta təhsilini başa vuraraq sovet ordusu sıralarına hərbi xidmətə gedib. Əsgəri qulluğunu Rusiya Federasiyasının Udmurtiya Muxtar Respublikası ərazisində yerinə yetirib. Əsgəri qulluqdan qayıdan kimi “Kommuna ” kolxozunda işə götürüblər. 1992-ci ilin mart ayında Milli Orduda xidmətə çağırılıb. Artilleriya diviziyasında silahdaşları ilə birlikdə düşmənin onlarla atəş nöqtəsinin məhv edilməsinə nail olub.1993-cü ilin oktyabrında Cahangirbəyli kəndi yaxınlığında aldığı güllə yaralarından şəhid olub. Bakıda, I Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

 

Məmmədov Zülfüqar Fazil oğlu

1932-1992

Məmmədov Zülfüqar Fazil oğlu 1932-ci ildə Qafan rayonunun Yuxarı Gödəkli kəndində anadan olub.. Siznək kənd orta məktəbini bitirib.
Doğmaları ilə rayonumuzun Bürünlü kəndində məskunlaşıb. Onlara qucaq açan elin təəssübkeş üzvünə çevrilib, sərhədboyu  kəndlərin qorunmasında fəallığı ilə  seçilib. 1992-ci ildə ermənilər Şərikana basqın edərkən düşməni geri oturdanlardan biri olub.
1992-ci il dekabr ayının10-da erməni silahlıları qəfil hücumla Bürünlü kəndinə girərkən Zülfüqar özünə sadiq qalaraq  onlara silahlı müqavimət göstərib və bir erməni döyüşçüsünü məhv edib.Ermənilər bunun əvəzini onun əllərini bağlayıb öz topladığı  ot tayasının üzərinə qoyub diri-diri yandırmaqla çıxıblar.Mazarı Abşeron rayonunun Mehdiabad kənd qəbristanlığındadır.

 

Məmmədova Teyfə Canməmməd qızı

1940-1992

Məmmədova Teyfə Caməmməd qızı 1940-cı ildə Zəngilan rayonunun Şərikan kəndində anadan olub. 1956-cı ildə Mincivan qəsəbə 36 saylı dəmiryol orta məktəbinin səkkizinci sinfini bitirib.Dərzi peşəsinə yiyələnib.1992-ci ilədək Mincivan-Qafan dəmir yolunda dağ uçqunlarına gözətçi vəzifəsində çalışıb.
10 dekabr 1992-ci ildə ermənilərin Şərikan kəndinə hücumu zamanı şəhid olub.
Mincivan qəsəbəsində torpağa tapşırılıb.

Mikayılov Sabir Əhməd oğlu

1968-1994

 Mikayılov Sabir Əhməd oğlu 1968-ci ildə Dərə Gilətağ kəndində anadan olub.. Orta məktəbin 8-ci sinfini bitirərək Naxçıvanda sürücülük kursunda təhsil alıb.1986-cı ildə sovet ordusunda xidmətə çağırılıb. Qulluğunun əvvəlini Ukraynada, avamını isə Çita şəhərində keçirib.Qayıdaraq Bakı Gəmi Təmiri Zavodunda işə düzəlib.1991-ci ilin mart ayında Səbail rayon hərbi kommissarlığına gedərək Milli Orduda xidmət etmək arzusunda olduğunu bildirib. Müraciətini nəzərə alıb xüsusi təyinatlı hərbi hissəyə göndəriblər. Son dərəcə cəsarətli və yurdsevər olan Sabirin cəbhə həyatı Şuşa və Laçının müdafiəsindən başlanıb. Tankla çevik manevrlər etməsi, hədəfləri dəqiq vurması ilə düşmənin qəniminə çevrilib. Sonra Zəngilanın, Qubadlının, Cəbrayılın müdafiəsində hünərini göstərib. Rəsmi sənədlərdə qeyd olunub ki,o, tankı ilə Cəbrayıl rayonunun Minbaşlı kəndində düşmənin iki ədəd T-72 tankını, 8 əsgərini, Qubadlının Ulaşlı kəndində bir ədəd zirehli döyüş maşınını, Çərəli və Ballıqaya kəndlərində isə soyğunçuluğa gələn ermənilərlə birlikdə 3 yük maşınını məhv edib.Zəngilanın süqutundan sonra qardaşı Novruzla çiyin-çiyinə Kəlbəcərdə döyüşüb.1994-cü il martın 8-də Murovdağda qəlpə yarasından şəhid olub. Sumqayıtda, Şəhidlər Xiyabanında dəfn edilib.

 

Möhsümov Qasım İsa oğlu

1969-1993

 Möhsümov Qasım İsa oğlu 1969-cu ildə Zəngilan şəhərindəanadan olub., orta təhsilini də burada alıb. Rusiya Federasiyasının Yakutiya vilayətində hərbi qulluqda olub. Qayıdaraq rayon istehlak cəmiyyətinin qarajında çilingər işləyib. Ermənilərin basqınları 1992-ci ilin 8 dekabrında yenidən onu əsgər şineli geyməyə məcbur edib. Kolluqışlaq kəndində, igid komandir Baloğlan Süleymanovun tağımında, sonra isə Qubadlı rayonunun Mahruzlu, Həmzəli, Zilanlı, Cəbrayılın Çərəkən, Ağdamın Şelli, Füzulinin Civarlı kəndlərində döyüşlərin iştirakçısı olub. Civarlıda düşmən mərmisindən yanan evdə 2 körpəni xilas edərkən ağır yaralanaraq 20 gün müalicə alıb.1993-cü ilin 25 oktyabrında müşahidə məntqəsindən izlədiyi Cəbrayıl rayonu istiqamətində döyüşdə bir düşmən tankını məhv edib və bu zaman şəhid olub.

 

Muradov Cümşüd Valeh oğlu

1970-1994

  Muradov Cümşüd Valeh oğlu 1970-ci ildə Məmmədbəyli kəndində anadan olub. 1987-ci ildə kənd orta məktəbini bitirdikdən sonra Naxçıvan şəhərində avtomobil məktəbində sürücülük sənətinə yiyələnib.1989-91-ci illərdə hərbi xidmətini Çexoslovakiyada keçirib.1992-ci ilin aprel ayında könüllü olaraq Milli Orduya yazılaraq torpaqlarımızın erməni quldur dəstələrindən qorunması uğrunda döyüşlərdə iştirak edib.Rayonumuzun Kolluqışlaq, Rəzdərə, Quyudərə Xəştab, Yeməzli və s. sərhəd kəndlərinin hərbi postlarında keşikdə dayanıb.1994-cü ilin fevralın 1-də Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda döyüşdə şəhid olub. Bakının Maştağa qəsəbəsində dəfn olunub.

 

 

Mustafayev Xaliq Seyidəli oğlu

1965-1994

Mustafayev Xaliq Seyidəli oğlu 1965-ci ildəYuxarı Yeməzli kəndində anadan olub. 1973-81-ci illərdə kənd məktəbində səkkizinci sinfi, 1983-cü ildə isə Sarallı Xəştab orta məktəbini bitirib.Naxçıvanda sürücülük kursunda təhsil alıb.Əsgəri qulluğunu Kamçatka vilayətində sovet ordusu sıralarında yerinə yetirib.Vətənə qayıdaraq H.Aslanov adına sovxozda beş il sürücü işləyib. Sonra iş yerini dəyişərək mərkəzi rayon xəstəxanasının tibbi yardım maşınını idarə edib.Erməni təcavüzü güclənərkən «UAZ» markalı avtomobili ilə Milli Ordunun sərəncamında olub. Cəsarəti ilə seçilən Xaliq Zəngilanda, Qubadlıda, Cəbrayılda, Ağdamda ən çətin hərbi tapşırıqları yerinə yetirərək ön mövqelərə silah, sursat aparıb, yaralıları təhlükəli zonalardan çıxararaq xəstəxanalara çatdırıb.1994-cü il fevralın 2-də Füzuli bölgəsində döyüş zamanı yaralıları xilas edərkən avtomobilinin minaya düşməsi nəticəsində ağır yaralanaraq şəhid olub.Bakıda II Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

 

Nağıyev Balaca Sabir oğlu

1966-1993

 Nağıyev Balağa Sabir oğlu 1966-cı ildə Bartaz kəndində anadan olub. 1983-cü ildə doğma kənd orta məktəbini bitirdikdən sonra Zəngilan şəhərindəki 144 nömrəli texniki peşə məktəbinə daxil olaraq qaynaqçı peşəsinə yiyələnib. Orada təhsilini başa vuran kimi hərbi xidmətə gedib. SSRİ silahlı qüvvələrində hərbi qulluqdan sonra rayona qayıdıb. 836 nömrəli Yol-Tikinti İdarəsində, ardınca Bartaz Çınqıl Zavodunda elektrik qaynaqçısı işləyib. 1992-ci il mart ayından erməni quldur dəstələrinin hücumlarına qarşı rayonda yaradılmış özünümüdafiə batalyonunun tərkibində vuruşub. Onun döyüş yolu rayonun Qazançı, Seyidlər, Ağkənd və Dərəli kəndlərindən keçib. Son döyüşü dünyaya göz açdığı Bartaz kəndinin ərazisində-Şükrətaz yüksəkliyi uğrunda olub.1993-cü il iyulun 15-də düşmən həmlələrinin qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.Məzarı Zəngilan şəhərində, Şəhidlər Xiyabanındadır.

 

Nağıyev Əsgər Vəli oğlu

1969-1993

Nağıyev Əsgər Vəli oğlu 1969-cu ildə Bartaz kəndində doğulub. 1984-cü ildə İ.Sayılov adına kənd orta məktəbinin səkkizinci sinfini fərqlənmə ilə bitirərək Naxçıvan şəhərindəki politexnik texnikumuna imtahansız qəbul edilib.1988-ci ildə SSRİ silahlı qüvvələrində hərbi xidmətə çağırılıb. Tərxis olunaraq doğma kəndinə qayıdıb. Rayonda və digər bölgələrdəki qanlı döyüşlərdə mərdliklə vuruşub.1993-cü il avqust ayının 25-də Cəbrayıl rayonunun Minbaşı kəndi ətrafında qanlı döyüşlərdə şəhid olub.Zəngilan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Namazov Məhyəddin Şükür oğlu

1974-1994

Namazov Məhiyəddin Şükür oğlu 1974-cü ildə Dərə Gilətağ kəndində anadan olub. 1992-ci ildə Vənətli kənd orta məktəbini bitirib.Sənədlərini Bakı Ali Hərbi məktəbinə verib. İmtahanlardan uğurla keçib və tələbə adını qazanıb.İkinci kursun başlanğıcında səfərbərliyə alınaraq Füzuli bölgəsinə döyüşlərə göndərilib. Düşmən hücumlarının qarşısını almaq üçün bir neçə qarşıdurmada iştirak edən Məhiyəddin 1994-cü il may ayının ilk günlərində ağır yaralanıb.Təcili olaraq Bakıya hərbi hospitala çatdırılıb. Onun xilası üçün həkimlər bir aya yaxın müddətdə operativ müalicə və cərrahi müdaxilələr ediblər.  1994-cü il may ayının 27-si şəhid olub.Sumqayıtda Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

 

Nəcəfov Pərviz Qabil oğlu

1979-1992

Nəcəfov Pərviz Qabil oğlu 1979-cu ildə Zəngilan rayonunun Qaragöl kəndində anadan olub. 1985-ci ildə birinci sinfə daxil olub. 1992-93-cü dərs ilində Qaragöl kənd orta məktəbinin səkkizinci sinfində oxuyub. 5 noyabr 1992-ci ildə erməni təcavüzkarlarının atdığı top mərmisi onların evinə düşüb və şəhid olub Məzarı Qaragöz kənd qəbristanlığındadır.

Nəcəfov Qabil Abbas oğlu

1939-1992

  

Nəcəfov Qabil Abas oğlu 1939-cu ildə Zəngilan rayonunun Nəcəflər kəndində anadan olub. 1968-ci ildə Naxçıvan Pedoqoji Texnikumunu bitirib. Həmin ildən Zəngilan rayonunun Gəyəli, Şayıflı və Qaragöl kənd məktəblərində müəllim işləyib.. Ərazinin təhsil işçiləri arasında ictimai fəallığı ilə seçilirdi.5 noyabr 1992-ci ildə şəhid olub.Qarağöl kənd qəbristanlığında torpağa tapşırılıb.

Nərimanov Elşad Əvəz oğlu

1967-1993

Nərimanov Elşad Əvəz oğlu 1967 –ci ildə Zəngilan şəhərində anadan olub. 1974-1984-cü illərdə 1 nömrəli şəhər orta məktəbini bitirib. SSR-nin şimalında Arxangelsk vilayətində qərarlaşan hərbi dəniz donanamasında  qulluq edib. Aylarla sualtı qayıqlarda səfərlərə çıxan Elşad həmin dövrdə idmanın karate növünü mənimsəyib.1987-ci ildə ordudan tərxis olunaraq Bakı Dəmiryol  Nəqliyyatı Texnikumunda  təhsil alıb. Rayona gələrək Mincivan dəmiryol distansiyasında çalışıb.1993-cü ilin iyununda Zəngilan Rayon Polis şöbəsində post patrul xidməti rotasının bölmə komandiri kimi xidmətə başlayıb. 1993-cü il oktyabr  ayının 25-də  Cəbrayıl rayonunun  Dərzili kəndi yaxınlığında döyüşdə naməlum şəraitdə  itkin düşüb.1997-ci ildə ona şəhidlik verilib.

 

Nəsibov Emin Famil oğlu

1971-1993

 Nəsibov  Emin Famil oğlu 1971-ci ildə anadan olub. Zəngilanı xəyanətkar erməni quldur dəstələrinin hücumlarından qoruyan Milli Ordumuzun döyüşçüləri və rayon polis şöbəsinin əməkdaşları 1993-cü ilin aprel ayında uğurlu hərbi əməliyyat apararaq rayonun ərazisini daim atəş altında saxlayan ermənilərin bir neçə strateji əhəmiyyətli məntəqəsini, eləcə də oradakı silah-sursatını və hərbi texnikasını qənimət olaraq ələ keçirərkən düşmənin «T-72» tankını Zəngilan şəhərinin mərkəzinə gətirən tağım komandiri Emin Nəsibov əsl qəhrəman kimi qarşılanıb. Həmin il oktyabr ayının 25-də Cəbrayıl rayonu istiqamətində döyüşçülərimiz tərəfindən vurulmuş, ermənilərin içərisindən çıxıb qaçdıqları növbəti tankı gətirmək üçün yenidən qorxmazlığını göstərərək, döyüş mövqeyinə girən Emin bu dəfə düşmən gülləsinə tuş gəlib. Yalnız bir gün sonra onun meyitini oradan götürmək mümkün olub. Zəngilan şəhərində, Şəhidlər Xiyabanında dəfn edilib.

 

Nəsirova Nabat Balakişi qızı

1932-1992

Nəsirova Nabat Balakişi qızı 1932-ci ildə Zəngilan rayonunun Yuxarı Giyəli kəndində anadan olub. 1943-1982-ci illərdə Şayıflı kolxozunda işləyib. 1982-ci ildən pensiyaçı olub.
1992-ci il 10 dekabrda ermənilərin Zəngilana hücumu zamanı həyat yoldaşı və oğlu ilə birlikdə qətlə yetirilib.

Niftəliyev Əli Rəhman oğlu

1973-1993

 

Niftəliyev Əli Rəhman oğlu 1973- cü ildə Mincivan qəsəbəsində anadan olub. 1979-87-ci illərdə qəsəbədəki 36 nömrəli məktəbin 8-ci sinfini bitirib və həmin il Bakı Dəmiryol Nəqliyyatı Texnikumuna daxil olub. Texnikumu bitirdikdən sonra təyinatla Mincivan Vaqon Müayinə Məntəqəsinə işə göndərilib. 1992-ci ilin yayınadək burada çalışıb. Milli Orduya yazılıb.23 avqust 1993-cü il tarixdə Cəbrayıl rayonunun  müdafiəsi zamanı yaralanaraq itkin düşüb.

 

 

Novruzov Eynur Çapay oğlu

1970-1993

 Novruzov Eynur Çapay oğlu 1970-ci ildə Zəngilan şəhərində anadan olub. 1985-ci ildə şəhər orta məktəbinin 8-ci sinfini bitirərək sənədlərini rayondakı 144 nömrəli peşə məktəbinə verib. 1988-ci ildə orada təhsilini başa vuraraq, traktorçu mexanizator ixtisası qazanıb.Həmin ilin sonlarında sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb. 1990-cı ildə Macarıstanda əsgəri qulluqdan Vətənə dönərək Bakı Gəmiçilik İdarəsində işləyib.Milli Orduya yazılaraq torpaqlarımızın müdafiəsində dayanıb. Döyüş yolu Dərəlidən, Qazançıdan, Rəzdərədən, Yeməzlidən, başqa sərhədboyu kəndlərimizdən keçib.Minaatanlar batareyasının tərkibində Ağdam, Füzuli rayonlarında düşmənə qarşı vuruşub.1993-cü il oktyabr ayının 24-də Cəbrayıl şəhərinin müdafiəsi uğrunda gedən döyüşdə itkin düşüb.Zəngilan Rayon Məhkəməsinin 28 yanvar 2003-cü il tarixli qətnaməsi ilə ona şəhidlik statusu verilib.

 

Novruzov Sahib İsrafil oğlu

1964-1992

 

Novruzov Sahib İsrafil oğlu 1964-cü ildə Şayıflı kəndində anadan olub. 1981-ci ildə kənd orta məktəbini bitirib, sənədlərini Azərbaycan Neft - Kimya İnstitutuna verib və tələbə olub. 1986-cı ildə ali təhsilini tamamlayan kimi təyinatla Özbəkistanın Cizak şəhərinə gedərək mühəndis - texnoloq işləyib. Orada ordu sıralarına çağırılıb.  Hərbi xidmətdən sonra Şayıflıya qayıdıb və sovxozda mühəndis işləyib. Yaranmış vəziyyətlə əlaqədar Milli Orduda əvvəlcə tağım komandiri, sonra isə rota komandiri olub.10 dekabr 1992-ci ildə  şəhid olub.Bakıda I Şəhidlər Xiyabanında dəfn edilib.

 

Nuriyev Elnur Eyvaz oğlu

Azərbaycanın Milli Qəhrəmanı
1975-1994

Nuriyev Elnur Eyvaz oğlu 1975-ci ildə Cahangirbəyli kəndində anadan olub. Kənd orta məktəbini bitirib. Rayona qayıdıb və Milli Ordu sıralarında erməni quldur dəstələrinin təcavüzünə qarşı mövqe döyüşlərində iştirak edib.Zəngilanın işğalından sonra minomyotçular batareyasının tərkibində Füzuli rayonunun müdafiəçiləri cərgəsində yer alıb. Eləcə də Ağdamın işğal edilməmiş kəndlərinin qorunmasına cəlb olunub..Hakimiyyət davasına qalxan daxili qüvvələrin Gəncədə gərginlik yaratdığı 1994-cü ilin sentyabrında sabitliyi bərpa etməli olan qoşun birləşmələrinin tərkibində “Üçtəpə” deyilən ərazidə atışmada sinəsindən ağır yaralanıb.1994-cü il sentyabrın 5-də şəhidlik zirvəsinə ucalan Elnur Eyvaz oğlu Nuriyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.Kürdəmir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

 

Nuriyev Nurəddin Azad oğlu

1973-1994

 Nuriyev Nurəddin Azad oğlu 1973-cü ildə Babaylı kəndində anadan olub. Nurəddin 1990-cı ildə orta təhsilini tamamlayaraq Bakıdakı 14 nömrəli texniki peşə məktəbində çilingərlik üzrə kurs keçdi. Silaha sarılıb Zəngilanı müdafiə edən alayın sıralarında yer alıb və sərhəd kəndlərimizin müdafiəsində bir-birindən ağır sınaqlardan keçdi.Füzuli bölgəsinin yadellilərdən qorunmasında iştirak edib.1994-cü il yanvar ayının 19-u Füzuli rayonunun Qorqan kəndinin müdafiəsi döyüşlərində  sol baldırını dərib keçən güllə yarasından şəhid olub.Bakıda II Şəhidlər Xiyabanınında dəfn edilib.

 

 

 

Ömərov Fazil Nəriman oğlu

1973-1993

 

Ömərov Fazil Nərimanoğlu 1973 –cü ildə Quba rayonu Cimi kəndində anadan olub. 1993-cü il 23 martda  Zəngilan rayonunun müdafiəsi uğrunda şəhid olub.

 

 

 

 

 

Orucov Elşən Zülfüqar oğlu

1974-1993

Orucov Elşən Zülfüqar oğlu 1974-cü ildə Aladin kəndində anadan olub. Qonşu Vənətli kənd məktəbində orta təhsilini müvəffəq qiymətlərlə başa vurub.1992-ci ilin payızında Milli Orduya xidmətə çağırılıb. Əsgəri qulluğunun ilk dövrünü Ağdərərayonunda keçirib. Mehmanə, Çıldıran kəndlərini müdafiə edən hərbi birləşmələrimizin tərkibində vuruşub.Sonra Zəngilan cəbhəsinə göndərilib. Mühüm strateji əhəmiyyətli məntəqə olan «Ayı daşı» yüksəkliyinin və Şərikan kəndinin qorunmasında iştirak edib. Kəşfiyyat bölüyünün döyüşçüsü kimi düşmən ərazisinə keçərək mühüm əhəmiyyətli məlumatlar gətirib.1993-cü il aprel ayının 11-də döyüş zamanı aldığı ölümcül qəlpə yarasından şəhid olub.Zəngilan şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 may tarixli Sərəncamı ilə ölümündən sonra «Hərbi xidmətlər görə» medalı ilə təltif edilib.
 

Paşayev Sabir Əziz oğlu

1969- . . .

 Paşayev Sabir Əziz oğlu 1969- cu ildə Zəngilan şəhərində anadan ollub.. 1976-86-cı illərdə 1 nömrəli şəhər məktəbində orta təhsil alıb.1987-ci ildə imtahanlar səddini müvəffəqiyyətlə keçərək İnşaat Mühəndisləri İnstitutunun qiyabi şöbəsinə qəbul olunub.Elə həmin il orduya xidmətə çağırılıb. Əsgəri borcunu respublikamızda yerinə yetirərək Zəngilana serjant rütbəsində qayıdıb. 1990-cı ilin avqust ayında Zəngilan Rayon Milis Şöbəsinə xidmətə qəbul edilib. Nümunəvi qulluğu, bacarığı ilə seçilən Sabir həmin ilin sonunda milis leytenantı rütbəsi verilməklə Məmmədbəyli kəndini və Həkəri stansiyasını əhatə edən mürəkkəb əraziyə sahə müvəkkili təyin edilib.Gənc sahə müvəkkili nəinki nəzarətindəki ərazidə asayişin təmin edilməsinə nail olub, eləcə də ermənilərə qarşı döyüşlərdə həmişə aparıcı mövqedə dayanıb.1993-cü il oktyabr ayının 25-də Cəbrayıl rayonu istiqamətindən hücum edən düşmənə qarşı ağır müdafiə döyüşü aparılarkən itgin düşüb.1995-ci ilin martında şəhidlik statusu verilib.

 

Qasımov Faiq Məmmədyar oğlu

1971-1993

 Qasımov Faiq Məmmədyar oğlu 22 mart 1971-ci ildə Zəngilan rayonunun Havalı kəndində anadan olub. Havalı kənd orta məktəbini bitirib. Sovet ordusunda qulluq edib. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.

8 yanvar 1993-cü ildə Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Qafarov Səyyaf Ətabba oğlu

1970-1993

Qafarov Səyyaf Ətabba oğlu 1970-ci ildə Mincivan qəsəbəsində anadan olub. 1987- ci ildə 2 saylı qəsəbə orta məktəbini bitirib. Rayondakı 144 saylı texniki peşə məktəbində traktorçu-maşinist ixtisası qazanıb.

1988-1990-cı illərdə Primorsk vilayətində hərbi xidmətini başa vuraraq rayona qayıdıb və Mincivan qəsəbəsindəki beton zavodunda fəhlə işləyib.

1992-ci il mayın 11-də özünümüdafiə batalyonuna yazılıb. Rayonun Ermənistanla həmsərhəd Sobu, Qazançı, Nəcəflər kəndlərində və Şükrətaz yüksəkliyindəki postlarda xidmət edib.1993-cü il iyunun 28- də şəhid olub. Mincivan qəsəbəsində dəfn edilib.

 

Qafarov Xanlar İsbət oğlu

1973-1993

   Qafarov Xanlar İsbət oğlu 1973-cü ildə Biləsuvar rayonu, İsmətli kəndində anadan olub. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.

10 aprel 1993-cü ildə şəhid olub.

 

 

 

Qaraşov Hüseyn Bəylər oğlu

1953-1993

Qaraşov Hüseyn Bəylər oğlu1953-cü ildə Fərəcbəyli kəndində anadan olub.1970- ci ildə Şayıflı kənd orta məktəbində təhsilini başa vurduqdan sonra hərbi xidmətini Rusiyanın ucqar Xabarovsk şəhərində yerinə yetirib. Qayıdaraq Ermənistanın Qafan rayonunda avtomobil sürücüləri kursunu bitirib.1987-ci ilə qədər Qafan rayonunda işləyib.

Qarabağ münaqişəsinin başlandığı ilk aylarda onu işdən azad ediblər. Qaçqın kimi Zəngilan rayonuna gəlib və sürücü işləyib. 30-cu kilometrdə təşkil olunan özünümüdafiə batalyonuna üzv yazılıb.Burada bir neçə ay qulluq etdikdən sonra sürücü kimi onu Şükrətaz postuna, daha sonralar isə Sobu kəndindəki posta dəyişiblər. Çətin dağ yolları ilə daim hərbi və digər təyinatlı yüklər daşıyaraq döyüşçülərin ehtiyaclarını ödəyən Hüseyn Qaraşovun avtomobili 1993-cü il iyun ayının 28-də Sobu məntəqəsindəki postdan qayıdarkən qəzaya  uğrayıb və aldığı ağır xəsarətdən şəhid oub. Zəngilan şəhər Şəhidlər Xiyabanında dəfn edilib

 

Qarayev Vüqar Kamal oğlu

1973-1993

   Qarayev Vüqar Kamal oğlu1973-cü ildə Kolluqışlaq kəndində anadan olub. Kolluqışlaq kəndində ibtidai məktəbi bitirdikdən sonra,1989-cu ildə Rəzdərə kənd məktəbində orta təhsilini başa vurub.1990-cı ildə Bakı şəhərinin Binə qəsəbəsindəki 10 nömrəli peşə məktəbinə qəbul olub və bu təhsil müəssisəsini “qaynaq işlərinin texnologiyası və “C” kateqoriyalı sürücü” ixtisaslarına yiyələnməklə bitirib. Sonra səfərbərliyə alınaraq Türkmənistan Respublikasına, sovet ordusu sıralarına xidmətə göndərilib. Sovetlər Ittifaqının dağılması səbəbindən əsgəri qulluğunun  bir ili tamam olarkən Azərbaycana qayıdıb. Xidmətini doğma kəndində Milli Ordu sıralarında davam etdirib.

1992-ci ilin iyun ayında sağ çiynindən yaralanıb və hospitalda müalicə olunaraq yenidən Kolluqışlağı qoruyan oğulların sırasında yer alıb. Bir il müddətində çoxsaylı döyüşlərdə iştirak edib.1993-cü il may ayının 17- də aldığı güllə yarasından şəhid olub. Məzarı Zəngilan şəhərinin Şəhidlər Xiyabanındadır.

 

Qasımov Azər Vaqif oğlu

1975-1994

 

 

 

 

 

 

 

Qasımov Etibar Əsgər oğlu

1969-1993

  Qasımov Etibar Əsgər oğlu1969-cu ildə Ördəkli kəndində anadan olub.1983-cü ildə Şəfibəyli kənd orta məktəbinin səkkizinci sinfini bitirərək sənədlərini Bakıda M.Ə. SAbir adına Pedoqoji Texnimuma verib.Texnikumu qurtardıqdan sonra təyinatla rayonun Dəlləkli kəndində müəllim işləyib.1989-cu ildə sovet ordusuna hərbi xidmətə çağırılıb.1991-ci ildə xidmətini başa vuraraq Vətəninə dönüb və Qaragöz kənd orta məktəbinə hərbi müəllim təyin olunub.

Sonra Respublika Prezidentinin Fərmanı ilə yenidən hərbi xidmətə çağırılıb. 27 avqust 1992-ci ildən sərhəd kəndlərimizdə hərbi qulluğunu yerinə yetirib. Rəzdərə, Kolluqışlaq, Şatarız kəndlərində döyüşüb. Xidmətinin son aylarını ermənilərin daim atəş altında saxladığı Kolluqışlaq kəndində keçirib. Silahdaşları ilə birgə daim düşmən həmlələrinə sarsıdıcı əks-zərbələrlə cavab verib.
17 may 1993-cü ildə posta gedərkən düşmənin atdığı tank mərmisindən şəhid olub. Məzarı Zəngilan şəhərinin Şəhidlər Xiyabanındadır.

 

Qasımov Baloğlan Məhəmməd oğlu

1958-1992

Qasımov Baloğlan Məhəmməd oğlu1958-ci ildə Zəngilan rayonunun Şayıflı kəndində anadan olub.Volqaqrad Ali Müstəntiqlik məktəbinin məzunudur.1982-ci ildən Bakıda milis şöbəsində işləyirdi.

1992-ci ilin avqustunda-yeni dərs ilinin başlanması ərəfəsində məzuniyyətini götürüb ata yurduna-Şayıflı kəndinə gedib. 22 avqust 1992-ci ildə düşmənin atdığı top mərmisi evlərinə düşmüş, ata və oğul  şəhid olublar. Şayıflı kənd qəbiristanlığında dəfn olunub.

Qasımov Məhəmməd İsa oğlu

1936-1992

 Qasımov Məhəmməd İsa oğlu 1936-cı ildə Şayıflı kəndində anadan olub. Rostov Dəmiryol İnstitunu bitirib.1957-ci ildə Şayıflı kənd Dəmiryol distansiyasında rəis işləyib,1990-cı ildən kənd sovetinin sədri vəzifəsində,1992-ci ildə Şayıflı kəndində icra hakimiyyıtinin nümayəndəsi işləyib.
22 avqust 1992-ci ildə düşmənin atdığı top mərmisi evlərinə düşmüş,ata və oğul şəhid  olubar. Şayıflı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qədimquliyeva Səkinə Malikəjdər qızı

1906-0992

Qədimquliyeva Səkinə Malikəjdər qızı 1906-cı ildə Yuxarı Genlik kəndində anadan olub.
13-14 yaşlarından anası ilə doğma kəndlərindən uzaqda yerləşən indiki  rayon mərkəzi və Zəngilan kəndi ərazisində pambıqçılıq  təsərrüfatında çalışıb. Məhsul yığımında qazandığı yüksək nəticələrə görə “staxanovçu” olub.

1941-1945-ci illər müharibəsi dövründə övladlarının qayğısını təkbaşına çəkib. Həyat yoldaşı Əli müharıbədən ağır yara alaraq geri dönüb və bir neçə ildən sonra dünyasını dəyişib.
10 dekabr 1992-ci ildə ermənilərin Zəngilan rayonuna hücumu zamanı 86 yaşında qətlə yetirilib.Məzarı Zəngilan şəhərindəki Şəhidlər Xiyabanındadır. 1994-cü ildə  şəhidlik statusu verilib.

 

Qəhrəmanov Hikmət Qürbət oğlu

1975-1994

Qəhrəmanov Hikmət Qürbət oğlu 1975-ci il iyulun 21-də Mincivan rayonunda anadan olub. Mincivan qəsəbəsində,  M.Əsədov adına məktəbdə orta təhsil alıb. 1992-ci ildə orta məktəbi bitirdikdən sonra Mincivan rayon dəmiryol tikintisi sahəsində işləmişdir.

1992-ci ildə Milli Ordu sıralarına hərbi xidmətə çağırılıb .Əsgəri borcunun ilk aylarını Bakı şəhərində yerləşən hərbi hissədə keçirib, sonra Füzuli rayonunun döyüş bölgələrinə ezam olunub. Bu rayonun Kürdmahmudlu, Alıxanlı, Əhmədbəyli və Qaraxanbəyli kəndlərində döyüşlərdə  iştirak edib. Daim çiynində gəzdirdiyi minaatanı ilə düşmən tanklarını məhv edib.

1994-cü il mayın 11-də Tərtər rayonunun Qapanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Bakıda "Şəhidlər xiyabanı"nda dəfn edilmişdir. 

Qəhrəmanov Samiq Məhəmməd oğlu 

1971-1992

Qəhrəmanov Samiq Məhəmməd oğlu 31 avqust 1971-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhər 7 saylı orta məktəbi bitirib. Məktəbi bitirdikdən sonra Gəncə Maşınqayırma texnikumuna daxil oub.
1991-ci ildə Milli orduda xidmətə başlayıb. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
21 avqust 1992-ci ildə Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

 

Quliyev Aqil Mehralı oğlu

1969- . . .

Quliyev Aqil Mehralı oğlu 1969-cu ildə Ağkənddə anadan olub və orta təhsilini də  burada alıb.Zəngilan Rayon Polis şöbəsində sıravi polis kimi xidmətə başlayıb.

Onu rayonun sərhəd kəndlərinin müdafiəsinə göndəriblər. Ağkənd, Gəyəli, Şərikan, sonra Kolluqışlaq, Rəzdərə kəndlərini qoruyan polis əməkdaşlarının sıralarında yer alıb.1993-cü ilin payızında Cəbrvayıl rayonu istiqamətində silahdaşları ilə birlikdə döyüşə girən Aqil Quliyev itkin düşüb. 2007-ci ildə şəhidlik statusu verilib.

 

 

Quliyev Aqil İsmayıl oğlu

1971-1995

Quliyev Aqil İsmayıl oğlu 1971-ci ildə Zəngilan rayonunun Vənətli kəndində anadan olub.1988-ci ildə Vənətli kənd orta məktəbini bitirib.1988-ci ilin oktyabr ayında keçmiş Sovet Ordusu sıralarına çagırılıb.Hərbi xidməti başa vurduqdan sonra rayona qayıdıb.Bir il sonra ermənilərin Azərbaycana elan olunmamış müharibəsi ilə əlaqədar yaradılmış milli orduya çağırılır.

O,rayonun Sobu kəndində, Süsən meşəsində, Qubadlının Bəşarat kəndində gedən döyüşlərdə iştirak edib.1993-cü ildə onu Bakı şəhərindəki hərbi məktəbə göndərillər.Hərbi məktəbi başa vurduqdan sonra “N” hərbi hissədə bir zabit kimi qulluq edib. 1994-cü ildə ermənilər Tərtər rayonuna basqın edərkən həmin bölgəyə göndərilib.
25 sentyabr 1995-ci ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə şəhid olub. Sumqayıtda Şəhidlər Xiyabanında dəfn olunub.

Quliyev Elçin Cümşüd oğlu

1975-1994

     Quliyev Elçin Cümşüd oğlu 1975-ci il sentyabrın 2-də Zəngilan rayonunun Vənətli kəndində anadan olub.1992-ci ildə kənd orta məktəbini bitirib, sənədlərini Qubadlı rayonundakı sürücülük kursuna verib. Həmin kursu başa vurduqdan sonra 1993- cü il oktyabrın 18-də Zəngilan rayon hərbi komissarlıq tərəfindən Vətənin müdafiəsinə çağırılıb. Hərbi xidmətinə Bakıdakı N saylı hərbi hissəsində başlayıb. Üç ay təlim məşqdən sonra Ağdam rayonunun Güllücə kəndi istiqamətindəki bölgəsinə göndərilib. 

    Güllücə kəndi istiqamətində gedən döyüşlərdə əsgər yoldaşları ilə birlikdə bir düşmən postunu ələ keçiriblər. Növbəti postu ələ keçirmək üçün əlavə silah sursatı gətirmək lazım idi. Alınmış postdan geri qayıtmaq çox təhlükəli idi, çünki geri qayıdanda yolu düşmən yüksəklikdən asanlıqla görür, atəşə tuturdu.

     Elçin Quliyev  4 nəfər silahdaşları ilə birlikdə cəsarətlə silah gətirmək üçün geri qayıdıb. Sursatı maşına yığıb qayıdan zaman namərd düşmən tankı atəş açdıqda qəlpələrdən biri Elçin Quliyevin başından dəyib. 1994-cü il yanvarın 12-də Güllücə kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına Şəhid olub. Sumqayıtda Şəhidlər Xiyabanında dəfn edilib.Subay idi.

 

Quliyev Elman İsa oğlu

1956-1993

  Quliyev Elman İsa oğlu 1956-cı ildə Zəngilan şəhərində anadan olub.1963-1973-cü illərdə Sumqayıtda orta təhsil alıb. 1974-cü ildə hərbi qulluğa gedib. Qayıtdıqdan sonra yenidən Zəngilana dönərək Rayon elektrik şəbəkəsində işə düzəlib.

Erməni təcavüzü başlayarkən işləri çox təhlükəli məcraya düşüb. Vaxtaşırı işıq dirəklərini, naqilləri sıradan çıxararaq rayonu qaranlığa qərq edib vahimə yaratmağa çalışan ermənilərin aşırıb-qırdıqlarını bərpa edərkən dəfələrlə mərmi, güllə «yağışına» tutulub. 1993-cü ildəErmənilərin şəhərin mərkəzinə atdıqları mərmidən ağır yara alaraq  şəhid olub. Zəngilan şəhər qəbiristanlığında dəfn olunub.

 

Quliyev Elşad Kamil oğlu

1969-1992

Quliyev Elşad Kamil oğlu 1969-cu ildə Zəgilan rayonunun Kolluqışlaq kəndində anadan olub.1980-ci ildə Kolluqışlaqda ibtidai, 1985-ci ildə Rəzdərə kəndində orta məktəbi bitirib. 1988-1990-cı illərdə sovet ordusunda qulluq edib.Təcavüzkar ermənilərin torpaqlarımıza basqınlarının güclənməsi ilə əlaqədar 1992-ci ildə Milli Orduda xidmətə başlayıb.
30 sentyabr 1992-ci ildə Zəgilan rayonunun Kolluqışlaq kəndinə ermənilərin hücumu zamanı boğazını yarıb keçən güllə yarası aaraq şəhid olub.Kolluqışlaq kənd qəbiristanlığnda dəfn edilib.

Quliyev Aydın Məmməd oğlu

1965-1993

  Quliyev Aydın Məmməd oğlu 1965-ci ildə Şərikan kəndində anadan olub.Şayıflı kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarına gedib.Qayıdaraq Bakı energetika texnikumunda təhsil alıb.Məktəbi bitirərkən  təyinatı Qazaxstanın Cambul  vilayətinə verilib. 2 illik təyinat müddətini başa vuraraq Vətənə dönüb və Xəzər gəmiçiliyində elektrik peşəsi üzrə işə düzəlib.
Şərikana gedərək özünümüdafiə batalyonuna yazılıb və qardaşı Fəxrəddinlə birlikdə Şərikan, Seyidlər, Bürünlü kəndlərinin müdafiəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. 1992-ci ilin avqustunda ordudan buraxılıb. Qardaşı Fəxrəddinlə Biləcəri  qəsəbəsində 4 saylı evtikmə kombinatında işə qəbul edilib.
Yenidən qardaşı ilə birlikdə döyüşə cəbhəyə gedib. 1993-cü ildə Beyləqan bölgəsində ağır döyüşdə həlak olub. Bakıda I Şəhidlər Xiyabanında dəfn edilib. 

Quliyev Fəxrəddin Məmməd oğlu

1961-1993

   Quliyev Fəxrəddin Məmməd oğlu 1961-ci ildə Şərikan kəndində anadan olub.Bürünlü kənd yeddiillik məktəbində təhsilini tamamladıqdan sonra Bakı şəhərində kondisioner zavodu nəzdində orta məktəbi və texniki peşə məktəbini bitirib. Elə həmin il ordu sıralarına gedib.Qayıdaraq teplovoz maşinistləri hazırlayan məktəbə qəbul olunub. Məktəbi uğurla başa vuraraq Mincivan dəmiryol deposunda teplovoz maşinistinin köməkçisi işləyib.Qardaşı Aydınla birlikdə 1991-1992-ci illərdə Şərikan, Seyidlər, Bürünlü kəndlərinin müdafiəsinə qalxıb.Döyüşlərdə göstərdiyi fədakarlığa görə  hərbi hissənin 2-ci bölüm komandirinin təşəkkürünü alıb.1992-ci ilin avqust ayında ordu sıralarından buraxılıb. O, Biləcəri qəsəbəsinə gəlib və 4 saylı evtikmə kombinatında işə qəbul olunub.

1993-cü ilin noyabr ayının əvvəlində səfərbərliyə alınaraq cəbhəyə göndərilib. Beyləqan bölgəsində ağır döyüşlərin birində, 1993-cü ilin dekabr ayında şəhid olub. Bakıda I Şəhidlər Xiyabanında dəfn edilib.

Quliyev İlham İmanqulu oğlu

1970- . . .

  Quliyev İlham İmanqulu oğlu 1970-ci ildə Orta yeməzli kəndində anadan olub. Orada ibtidai təhsil alıb.1981-88-ci illərdə Sarallı Xəştab orta məktəbini bitirib. Özbəkistan Respublikasında sovet ordusu sıralarında hərbi xidmətdə olub.

Zəngilan Rayon Milis Şöbəsinə işə qəbul edilib. Rayonda asayişin qorunmasında, düşmən basqınlarının qarşısının alınmasında iştirak edib.1993-cü il oktyabrın 25-də Cəbrayıl rayonu istiqamətindən hücum edən erməni işğalçıları ilə döyüşdə 6 silahdaşı ilə birgə itkin düşüb.

2000-ci ilin sentyabr ayında Zəngilan Rayon Məhkəməsinin qətnaməsi ilə şəhidlik statusu rəsmiləşdirilib.

Quliyev İlham Cahangir oğlu

1963-1994

  Quliyev İlham Cahangir oğlu 1963-cü ildə Məlikli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi qulluğunu Rusiya Federasiyasının Arxangelsk şəhərində keçirib. Ordudan qayıdaraq 1978-1981-ci illərdə Bakıda 2 saylı texniki peşə məktəbində teplovoz maşinisti ixtisası qazanıb.Culfa Lokomativ Deposunda işə düzəlib.

Vətən keşikçiləri sırasında yer alıb, sərhəd ərazilərimizin qorunmasında iştirak edib.1994-cü il may ayının 9-da Ağdamın Qarvənd kəndi ətrafında döyüşdə şəhid olub. Bakı şəhəri II Şəhidlər Xiyabanında dəfn olunub.

 

 

Quliyev Oruc Abbasqulu oğlu

1971-1993

  Quliyev Oruc Abasqulu oğlu 1971-ci ildə Məmmədbəyli kəndində anadan olub.1988-ci ildə burada orta təhsilini alıb və sənədlərini Rusiyanın Saratov Ali Hərbi Zenit Raket Qoşunları məktəbinə verib.İmtahanlardan keçərək seçdiyi hərbi peşənin sirrlərini öyrənməyə başlayıb.Təhsilini 4-cü kursda dayandıraraq, Zəngilana qaydıb və əsgər mundiri geyinərək Vətənin keşikçiləri sırasında döyüşlərə atılıb. Ali hərbi məktəbdə aldığı bilikləri dəyərləndirərək onu zenit-raket taborunda əvvəlcə bölmə, sonra isə tağım komandiri təyin ediblər.

993-cü il dekabrin 28-də Ağdamın Salahlı kəndi uğrunda döyüşdə şəhid olub. Bakıda, I Şəhidlər Xiyabanında dəfn olunub.

 

Quliyev Ramazan Dünyamalı oğlu

Quliyev Ramazan Dünyamalı oğlu 1961-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 1967-ci ildə Məmmədbəyli kənd orta məktəbinin birinci sinfinə gedib, 1978-ci ildə həmin məktəbin onuncu sinfini başa vurub, həqiqi hərbi xidmətə yola düşüb. Hərbi xidməti başa vurduqdan sonra Rusiyanın şəhərlərindən birində işə girib. 1992-ci ildə könüllü olaraq rayona gəlib və milli orduya üzv yazılıb. Dekabr ayından kəşfiyyat qrupunun komandiri təyin olunub. Onun döyüş yolları rayonun Şayıflı və Nəcəflər kəndləri istiqamətindən keçib.
1993-cü il avqustun 25-də Cəbrayıl rayonu ərazisində gedən qanlı döyüşdə qəhrəmancasına şəhid olub.
“Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Quliyev Rüstəm Qulu oğlu

1970-1993

  Quliyev Rüstəm Qulu oğlu 1970- ci ildə Çöpədərə kəndində anadan olub. Bakı avtomobil hissələri zavodunda işləyib. Ancaq 1993-cü ilin ilk aylarında işğalçı erməni qoşunlarının hücumları güclənəndə döyüşən oğullarımızın sırasına keçib.

Füzuli bölgəsində ağır müdafiə döyüşlərində iştirak edib.1993-cü il avqustun 23-ü  Füzuli rayonunun Kürdmahmudlu kəndində  düşmən tankı ilə üz-üzə gəlib, şəhid olub. Bakıda, II Şəhidlər Xiyabanında dəfn olunub.

 

 

 

Quliyev Yasif Alıqulu oğlu

1969-1994

  Quliyev Yasif Alıqulu oğlu 1969-cu ildə Şayıflı kəndində anadan olub. 1986-cı ildə orta məktəbi bitirdikdən sonra hərbi qulluqda olub. Sonra dəmiryolçu peşəsinə yiyələnib. Bir müddət tikinti idarəsində işləyib.1990-cı ildən sərhədboyu ərazilərin müdafiəçiləri sırasında yer alıb.

Beyləqan istiqamətindən başlayan hücum zamanı Horadiz qəsəbəsinin, Arayatlı, Şükürbəyli, Kərimbəyli və Aşağı Seyidəhmədli kəndlərinin alınmasında fərqlənib.1994-cü il yanvar ayının 19-u Seyidəhmədli kəndi uğrundakı döyüşlərdə qumbaraatan götürərək daha da irəli gedib şəhid olub. Bakıda, II Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

Quliyev Yusif Fərman oğlu

1961-1995

  Quliyev Yusif Fərman oğlu 1961-ci ildə Məşədiismayıllı kəndində anadan olub. 1968-ci ildə həmin kənddə ibtidai sinfində, 1971-1976-cı illərdə Rəzdərə kənd səkkizillik məktəbində, 1976-1978-ci illərdə Şəfibəyli kənd orta məktəbində təhsil alıb. 1978-ci ildə Naxçıvan şəhərində sürücülük məktəbini bitirib. Bir il sonra hərbi xidmətə çağırılıb.Həştərxan vilayətində SSRİ silahlı qüvvələrində ikillik əsgəri qulluqda olub.1993-cü ildə Milli Orduya xidmətə çağırılıb.

Məcburi köçkün düşdükdən sonra Füzuli rayonunun Horadiz qəsəbəsinin alınmasında iştirak edib. 1995-ci il yanvarın 26-da həmin qəsəbədə minaya düşərək şəhid olub. Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.

 

Quliyev Zakir İsmayıl oğlu

1968-1994

 Quliyev Zakir İsmayıl oğlu  1968-ci ildə Aşağı Yeməzli kəndində anadan olub.Qonşu Sarallı Xəştab kənd orta məktəbini bitirdikdən sonra Rusiya Federasiyasınını Orenburq şəhərində sovet ordusu sıralarında hərbi xidmətdə olub.1992-ci ilin aprelində Zəngilan Rayon Milis şöbəsinə  işə qəbul edilib.

Erməni quldur dəstələri tərəfindən Zəngilana silahlı basqınlar zamanı düşmən hücumlarının dəf edilməsinə, əhalinin təhlükəsizliyinin qorunmasına köməyini əsirgəməyib. Zəngilan rayonu düşmən əlinə keçdikdən sonra Füzuli rayonunun kəndlərinin yadellilərdən təmizlənməsində iştirak edib.

1994-cü il aprelin 4-də döyüş əməliyyatı zamanı şəhid olub. Sumqayıtda, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

 

Quliyeva Anuş Mikayıl qızı

1935-0992

Quliyeva Anış Mikayıl qızı 1935-ci ildə Zəgilan rayonunun Kolluqışlaq kəndində anadan olub. 15-16 yaşlarında əmək fəaliyyətinə başlayıb.
30 sentyabr 1992-ci ildə ermənilərin kəndə hücumu zamanı şəhid olub. Məzarı Kolluqışlaq kənd qəbiristanlığındadır.

Qurbanov Ağamir Nəsir oğlu

1961-1993

  Qurbanov Ağamir Nəsir oğlu 1961-ci il dekabr ayının 9-da Fərəcbəyli kəndində anadan olub.1978-ci ildə  2 saylı Zəngilan Şəhər Orta Məktəbi bitirib.1993-cü ildə şəhid olub.Bakıda, I Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

 

 

 

 

Qurbanov Aleksandr Kamran oğlu

1972-1994

 

Qurbanov Aleksandr Kamran oğlu 1972- ci il Mincivan qəsəbəsində  anadan olub.1979-1989-cu illərdə burada orta təhsilini başa vurduqdan sonra sovet ordusu sıralarında əsgəri qulluqda olub.

1994-cü il fevral ayının 2-də Seyidəhmədli kəndində aparılan əməliyyatda şəhid olub. Məzarı Şirvan şəhərinin Şəhidlər Xiyabanındadır.

 

 

Qurbanov Elman Nüşrəvan oğlu

1969-1992

Qurbanov Elman Nüşrəvan oğlu1969-cu ildə Genlik kəndində anadan olub. Malatkeşin kənd məktəbində orta təhsil alıb.Əsgəri borcunu yerinə yetirdikdən sonra144 saylı Zəngilan Rayon Texniki Peşə Məktəbində peşəyə yiyələnib. Bir müddət fəhlə işləyib.

Bir neçə ay sonra döyüş postlarında, səngərdə olub. Şayıflı, Şərikan, Seyidlər kəndlərinin keşiyində dayanıb.

Zəngilan rayon rəhbərliyi ilə atəşkəs barədə razılığa gələn xain qonşuların 1992-ci ilin 10 dekabrında sübh qaranlığında gözlənilməz hücumu zamanı şəhid olub. Genlik kənd qəbiristanlığında dəfn olunub.

 

Qurbanov Elxan Ağamalı oğlu

1963-1990

Qurbanov Elxan Ağamalı oğlu 1963-cü ildə Zəngilan rayonunun Baharlı kəndində anadan olub. Mincivan qəsəbəsində orta məktəbini və daha sonra Bakı dəmiryol texnikumunun yol istismarı fakültəsini müvəffəqiyyətlə bitirib. Mincivan qəsəbəsində  dəmiryol lokomotiv dəstəsinə maşinist köməkçisi işləyib.
Qarabağ münaqişəsi başlandıqdan sonra erməni millətçiləri Mincivan-Naxcıvan dəmiryol nəqliyyatını dayandırmaq məqsədi ilə dəfələrlə azərbaycanlı maşinistlərin idarə etdiyi qatarlara hücum edib.  Qatarlara ermənilərin  hücumlarının birində - 1990-ci ilin mart ayının 18-də  şəhid olub. Mincivan qəsəbəsində dəfn olunub.

Qurbanov İlyas Məmmədqulu oğlu

1971-1992

Qurbanov İlyas Məmmədqulu oğlu 1971-ci ildə Zəngilan rayonunun Yuxarı Yeməzli kəndində anadan olub. 1985-ci ildə Yuxarı Yeməzli kənd səkkizillik məktəbini bitirib. 1986-88-ci illərdə Zəngilan rayon 144 saylı peşə məktəbində təhsil alıb. 1989-91-ci illərdə Sovet ordusunda qulluq edib. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
10 dekabr 1992-ci ildə ermənilərin Zəngilan rayonuna hücumu zamanı qəhrəmancasına şəhid olub.
 

Qurbanov Təbiət Aydın oğlu

1960-1992

Qurbanov Təbiət Aydın oğlu 1960-cı ildə Ağstafa rayonunda anadan olub. Azərbaycan İnşaat Universitetini bitirib. Zəngilan rayonunun Şayıfı kəndində baş sahə müvəkkili işləyib.

Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 11 dekabr 1992-ci ildə şəhid olub.

Rəsulov Dadaş Əmirxan oğlu 

1971-1992

Rəsulov Dadaş Əmirxan oğlu 1971-ci ildə Zəngilan rayonunun Malatkeşin kəndində anadan olub. 1978-ci ildə Malatkeşin kənd orta məktəbini qurtarıb. Həmin ildən rayon yol istismar idarəsində fəhlə işləyib. 1989-91-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən gələn gündən Zəngilan rayon özünümüdafiə batalyonuna yazılıb.
1992-ci il dekabrın 10-da erməni quldurlarının güclü hücumunun qarşısını alarkən rayonun Seyidlər kəndində qəhrəmancasına şəhid olub.
“Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
 

Rüstəmov Adil Əmrah oğlu

1963-1992

Rüstəmov Adil Əmrah oğlu 23 dekabr 1963-cü ildə Zəngilan rayonunda anadan olub. 1978-ci ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində səkkizinci sinfi bitirib. 1983-cü uldə Bakı Politexnik texnikomunu bitirib.
Qazağıstan respublikasında hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra Qazağıstanda milis serjantı işləyib.
1992-ci ilin oktyabr ayından milli orduda xidmətə başlayıb.Kəşfiyyat bölüyünün komandiri işləyib.Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
10 dekabr 1992-ci ildə qəhrəmancasına şəhid olub.
Zəngilan rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.

Rüstəmov Bəhram Əhməd oğlu

1962-1994

Rüstəmov Bəhram Əhməd oğlu 1962-ci il oktyabr ayının 27-də Malatkeşin kəndində anadan olmuşdur. 1980-cı ildə kənd orta məktəbini bitirib və həmin il Dnepropetrovsk Metallurgiya İnstitutunun mexanika fakultəsinə qəbul edilmiş, 1985-ci ildə həmin institutu bitirmişdir.
1985-ci ildən 1992-ci ilədək Sumqayıt boru prokatı zavodunda mühəndis-mexanik işləmişdir. 1992-ci ilin sentyabr ayından könüllü olaraq Füzuli rayonundakı bölgələrə getmiş, baş leytenant rütbəsində taqım komandiri kimi fəaliyyət göstərmişdir.
1994-cü il martın 3-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində gedən döyüşlərdə qəlpə yarası aldıqdan sonra, xəstəxanada dünyasını dəyişmişdir.
"Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Sumqayıtda Şəhidlər xiyabanında dəfn edilib.
 

Rüstəmov Emin Qəzənfər oğlu

1974-1994

Rüstəmov Emin Qəzənfər oğlu 19 may 1974-cü ildə Zəngilan rayonunda anadan olub. 1981-1991-ci illərdə Zəngilan rayon 1 saylı orta  məktəbdə  orta təhsil alıb.

1992 –ci ildə hərbi xidmətə çağrılıb. O, Zəngilan rayonunun Seyidlər, Qazançı, Ağkənd, Yuxarı Gəyəli kəndlərinin, sonra qonşu Qubadlı rayonunun Başarat, Xanlıq, Cəbrayıl rayonunun Əfəndilər, Sərkən kəndlərinin erməni hücumlarından müdafiə edilməsində dəyanətini göstərib.Zəngilan düşmənlər tərəfindən işğala məruz qaldıqdan sonra Goranboy rayonu ətrafında erməni silahlı birləşmələrinin hücumlarını dəf edən hərbi hissələrimizin tərkibində vuruşub. Cəbrayıl, Füzuli rayonlarında döyüşlərdə iştirak edib.  1994-cü il yanvarın 6-da Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə mərmi yarası alaraq qəhrəmancasına şəhid olub. Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.

 

Rüstəmov Muxtar Bəhmən oğlu

1974-1993

 Rüstəmov Muxtar Bəhmən oğlu 1974-cü ildə Muğanlı kəndində anadan olub.  1982-1992-ci illərdə Ağalı kənd orta məktəbini bitirib.

1993-cü ilin yanvarında ordu sıralarına xidmətə çağırılıb. Bir neçə ay Bakıda daxili qoşunlara aid hərbi hissədə qulluq edib.
Həmin il mart ayının əvvəlində daxili qoşunların rayonumuzda qərarlaşan hərbi hissəsinə xidmətə göndərilib. Qazançı və Seyidlər kəndlərində erməni quldur dəstələrinin basqınlarının qarşısının alınmasında iştirak edib.
1993-cü il aprelin 13-də Qaragöl kənd yaxınlığında strateji yüksəklikdən düşmən snayperinin açdığı atəşdən ağır yaralanıb, şəhid olub.
Zəngilan şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

 

Rzayev Veyis Yusif oğlu

1970-1992

Rzayev Veyis Yusif oğlu 27 yanvar 1970-ci ildə Zəngilan rayonunun Orta Yeməzli kəndində anadan olub. 1987-ci ildə orta məktəbi bitirib. 1988-90-cı illərdə Sovet ordusunda qulluq edib. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
10 dekabr 1992-ci ildə Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
 

 

 

 

Rzayev Vüqar Oqtay oğlu

1974-1994

Rzayev Vüqar Oqtay oğlu 15 may 1974-cü ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub.1980-ci ildə N.Nərimanov adına orta məktəbin 1-ci sinfinə gedib.Məktəbi bitirdikdən sonra 1990-cı ildə İnşaat Texnikomuna daxil olub.II kursda oxuyarkən hərbi xidmətə çağırılıb.
Zəngilan və Füzuli rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. 14 yanvar 1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
2-ci Şəhidlər Xiyabaninda dəfn olunub.
 

 

 

Rzayev Faiq Əvəz oğlu

1961-1993

Rzayev Faiq Əvəz oğlu 17 noyabr 1961-ci ildə Zəngilan Rayonunda anadan olub. Zəngilan şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra Dnenpopetrovck  vilayətində  əsgəri qulluqda olub.Vətənə dönərək rayonun “Kommuna” kolxozunda əmək fəaliyyətinə başlayıb.

BDU-nun Tarix fakültəsini müvəffəqiyyətlə bitirib. Zəngilan rayon komsomol komitəsində şöbə müdiri işləyib. Zəngilan rayonu DİŞ-də işə keçmişdi. Baş Leytenant rütbəsinə yüksəlmişdi. Az müddət ərzində sahə müvəkkili, sonra Zəngilan Rayonu Din-də Kadrlar şöbəsinin rəisi vəzifəsinə keçirilmişdi. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü il avqust ayının 24-də Zəngilan Rayonu qorunması uğrunda gedən döyüşlər zamanı şəhid olub. Zəngilan şəhər qəbristanlığında dəfn edilib.
 

Şabanov Şaban Cabbar oğlu

1974-1993

 

 Şabanov Şaban Cabbar oğlu 1974-cü ildə Zaqatala rayonu, Aşağı Tala kəndində anadan olub.

Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 1993-cü  ilin  mart ayının  23-də şəhid olub.

 

 

 

Şahbazov Natiq İbrahim oğlu

-1993

 

 Şahbazov Natiq İbrahim oğlu Saatlı rayonunda anadan olub.

Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 1993-cü ilin may ayının 15-də  şəhid olub.

 

 

 

 

Şahməmmədov Abbas Lətif oğlu

1949-

 

 

 

 

 

 

 

Şahməmmədov Yanvar Famil oğlu

1965-1992

Şahməmmədov Yanvar Famil oğlu 15 yanvar 1965-cı ildə Zəngilan rayonunun Nüvədi kəndində anadan olub. 1982-ci ildə Zəngilan rayon Bartaz kənd orta məktəbini bitirib.1983-1985-ci illərdə hərbi xidmətdə olub.
1992-ci ilin mart ayında torpaqların müdafiəsi üçün milli orduda xidmətə başlayıb.
Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
16 sentyabr 1992-ci ildə qəhrəmancasına şəhid olub. Bartaz kənd qəbiristanlığında dəfn edilib.


 

 

Şərifov Səxavət Əsəd oğlu

1965-1994

  Şərifov Səxavət Əsəd oğlu Seyidlər kəndində anadan olub. Kənddə səkkizillik təhsil alaraq 1981-ci ildə Bakı şəhərində texniki peşə məktəbinə daxil olub və oranı qaynaqçı ixtisasına yiyələnməklə bitirib.

1983-1985-ci illərdə Rusiya Federasiyasının Saratov şəhərində hərbi xidmət keçib.
Tərxis olunarkən Sumqayıt şəhərindəki 1 nömrəli təmir tikinti trestində ixtisasi üzrə əmək fəaliyyətinə başlayıb.
1992-ci ilin əvvəllərində Seyidlərə gələrək özünümüdafiə batalyonunun tərkibində ərazinin qorunmasında iştirak edib.
1994-cü il yanvarın 9-da Füzuli rayonunun Seyidəhmədli kəndində döyüş zamanı sağ böyründən aldığı güllə yarasından şəhidlik zirvəsinə ucalıb. Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

 

Şirəliyev Mehman Qaçay oğlu

1971-1992

  Şirəliyev Mehman Qaçay oğlu 1971-ci ildə Göyçay rayonunun Bığır kəndində anadan olub.

Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 1992-ci ildə noyabr ayının 20-də  şəhid olub.

 

 

 

 

Şirinov Ağamirzə Əliraza oğlu

1962-1992

Şirinov Ağamirzə Əliraza oğlu 13 mart 1962-ci ildə Zəngilan rayonunun Keçikli kəndində anadan olub. 1979-cu ildə Şəfibəyli kənd orta məktəbini bitirib. Orta məktəbi bitirdikdən sonra Bakı şəhər 2 saylı texniki peşə məktəbində təhsilini davam etdirib.
Sovet ordusunda hərbi xidmət keçib.
1990-cı ildə Zəngilan şəhər daxili işlər idarəsində polis baş serjantı kimi işə başlayıb.
Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. 30 avqust 1992-cildə qəhrəmancasına şəhid olub.
 

Şirinov Nüsrət Eyvaz oğlu

1934-1992

Şirinov Nüsrət Eyvaz oğlu 1934-cü ildə Zəngilan rayonunun Aşağı Giyəli kəndində anadan olub. 1952-54-cü illərdə Sovet ordusunda qulluq edib.
10 dekabr 1992-ci ildə ermənilərin Giyəli kəndinə hücumu zamanı qətlə yetirilibş
 

Sadıqov Əfrayıl Siracəddin oğlu

1966-1992

   Sadıqov Əfrayıl Siracəddin oğlu 1966-ci ildə Zərdab rayonu Əlibəyli kəndində anadan olub.

Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 1992-ci ilin dekabrında  şəhid olub.

 

 

 

 

Sadıqov Qorxmaz İsmayıl oğlu

1970-1992

Sadıqov Qorxmaz İsmayıl oğlu 1970-ci ildə Zəngilan rayonunun Malatkeşin kəndində anadan olub. 1986-cı ildə Malatkeşin kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra sənədlərini rayondakı 144 saylı texniki peşə məktəbinə verib. 1989-cu ildə qaynqçı ixtisasını almaqla həmin məktəbi qurtarıb. 1989-cu ilin may ayından 1991-ci ilin may ayına kimi Rostov vilayətinin Taqanroq şəhərində aviasiya hissəsində xidmətdə olub. Hərbi xidmətdən baş serjant rütbəsi ilə qayıtmışdır.
1991-ci ilin iyul ayından 1992-ci ilin yanvarına kimi suvarma birliyində işləyib. 1992-ci ilin iyulunda Qubadlı rayonunda avtomobil sürücülüyü kursunu bitirib. İyul ayının 13-dən rayonun Seyidlər kəndində xidmətdə olub.
10 dekabr 1992-ci ildə döyüşdə qəhrəmancasına şəhid olub.
“Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
 

Səfiyarov Ağa Allahyar oğlu

1932-1992

Səfiyarov Ağa Allahyar oğlu 1932-ci ildə Zəngilan rayonunun Xırdaqışlaq kəndində anadan olub. 1948-ci ildə Canbar kənd məktəbində natamam orta təhsil alıb. 1955-1957-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olub. Əsgəri qulluqdan sonra Kaçaran mis-molibden kombinatında elektrik montyoru işləyib.

12 dekabr 1992-ci ildə ermənilərin “Qrad” qurğusundan atdığı mərminin qəlpəsindən şəhid olub. Zəngilan şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

Səfərov Cümşüd Səfər oğlu

1968-1993

Səfərov Cümşüd Səfər oğlu 7 dekabr 1968-ci ildə Zəngilan rayonunun Bartaz kəndində anadan olub. 1986-cı ildə Bartaz kənd orta məktəbini bitirib.
1986-1988- ci illərdə Sovet ordusunda qulluq edib. Hərbi xidmətini başa vurduqan sonra 836 nömrəli Yol-Tikinti idarəsində fəhlə kimi əmək fəaliyyətinə başlayıb.
1992-ci ilin mart ayında könüllü olaraq rayonun özünümüdafiə taboruna daxil olub. 1993-cü il iyunun 15-də  Şükrətaz yüksəkliyi uğrundakı döyüşdə şəhid olub. Zəngilan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.


 

Səfərov Oqtay Əli oğlu

1961-1993

 Səfərov Oqtay Əli oğlu Yüsiflər kəndində anadan olub, 1978-ci ildə Şayıflı orta məktəbini bitirib.

Rusiyanın İrkutsk şəhərində ikillik hərbi xidmətini 1981-ci ildə başa vuraraq, bir müddət Zəngilanda, sonra Bakı şəhərində Binəqədi rayon Neft-Qazçıxarma İdarəsində işləyib.
1993-cü ilin payızında Füzuli rayonu istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.  
1993-cü il dekabr ayının 10-da ağır yara alaraq şəhid olub. Bakı şəhərində I Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

 

Səfərquliyev Xəlil Cavanşir oğlu

1973-1993

 

Səfquliyev Xəlil Cavanşir oğlu 1973-cü ildə Cahangirbəyli kəndində anadan olub. 1993-cü ildə kənd məktəbində orta təhsilini başa vuraraq sənədlərini rayonumuzdakı 144 saylı peşə məktəbinə verib. Orada traktorçu-maşinist ixtisası üzrə tam kurs keçib.Daha sonra Moskva vilayətində əsgəri qulluqda olub.

1992-ci ilin mayından  Milli Ordunun əsgərləri sırasında Zəngilan rayonunun Kolluqışlaq kəndinin müdafiəsində dayanıb. 1993-cü il mart ayının 8-də şəhid olub. Cahangirbəyli kənd qəbiristanlığında dəfn olunub.

 

 

Sərxanov Nizami İsrafil oğlu

1968-1993

Sərxanov Nizami İsrafil oğlu 1968-ci ildə Neftçala rayonunda anadan olub. 

Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 1993-cü ildə aprel ayının 10-da  şəhid olub.

 

 

 

 

Süleymanov Sadiq Baloğlan oğlu

1982-1992

1982-ci ildə Zəngilan rayonunun Rəzdərə kəndində anadan olub. 1992-ci ilin avqust ayınadək Rəzdərə kənd orta məktəbində üçüncü sinfi bitirərək yay tətilinə çıxmışdı. Ermənilər “Qızlar ağacı”deyilən yüksəklikdən gecə-gündüz bilmədən kəndi top, qrad atəşinə tuturdular. Avqust ayının 22-də günortadan sonra atılan belə düşmən mərmilərindən biri balaca Sadiqin bədən üzvlərini dağıdaraq tanınmaz görkəmə salıb həlak olmuşdur.

Sadiq Rəzdərə kənd qəbristanlığında dəfn edilib.
 

Süleymanov Baloğlan Süleyman oğlu

1960-1993

Süleymanov Baloğlan Süleyman oğlu 1960-cı ildə Keçikli kəndində anadan olub. 1975-ci ildə səkkizillik məktəbi bitirib, sənədlərini rayondakı 144 nömrəli texniki peşə məktəbinə verib. Traktorçu-maşinist diplomunu aldıqdan sonra “1 May” kolxozunda traktorçu-mühəndis, rayon rabitə qovşağında mexanik işləmişdir.
1992-ci ilin yanvar ayından könüllü olaraq milli orduya yazılır. Əvvəlcə tank komandiri, sonra isə kəşfiyyat qrupunun bölük komandiri vəzifəsini icra edib.
25 oktyabr 1993-cü ildə Cəbrayıl rayonunun Dərzili kəndində şəhid olub.
"Azərbaycan bayrağı" ordeni ilə təltif edilib. Tərtər rayonunun Köçərli kəndində dəfn olunub.
 

 

Süleymanov Hikmət İbiş oğlu

1972-1994

 Süleyman Hikmət İbiş oğlu Qıraq Müşlan kəndində anadan olub. 1989-cu ildə orta məktəbi bitirdikdən sonra SSRİ məkanında-Jitomir və Lvov şəhərində hərbi xidmətdə olub.  Hərbi qulluqdan geri dönən kimi, erməni təcavüzü səbəbindən yenidən hərbi xidmətə çağırılıb. Bu dəfə Milli Orduda əsgər mundiri geyinərək doğma torpaqların müdafiəsinə qalxıb. Rayonumuzun sərhədyanı kəndləri Qazançı, Şayıflı və Kolluqışlaq, eləcə də Cəbrayıl, Füzuli, Ağdam uğrunda döyüşlərdə iştirak edib.

Zəngilan işğal olunduqdan sonra Füzuli rayonunu qoruyan hərbi hissələrin tərkibində vuruşub.1994-cü ilin aprel ayında ağır qəlpə yarası alıb. Uzun müddət müalicə olunsa da, yaranın fəsadlarını aradan qaldırmaq mümkün olmayıb. 1994-cü ilin 16 dekabrında vəfat edib.
Bakı şəhərinin Binə qəsəbəsi qəbristanlığında dəfn olunub.

 

Süleymanov Məhərrəm Həsən oğlu

1963-1993

   Süleymanov Məhərrəm Həsən oğlu 1963-cü ildə Qafan şəhərində anadan olub.
1979-cu ildə Mincivan qəsəbə 36 saylı dəmiryol orta məktəbinin onuncu sinifini bitirib. Sonra sənədlərini Bakı Dəmiryol Texnikumuna verib.
Məktəbi qurtardiqdan sonra 1982-ci ildə ordu sıralarına gedib. Hərbi xidməti başa vurduqdan sonra Mincivan qəsəbəsindəki dəmiryol deposunda teplavoz maşinistinin köməkçisi vəzifəsində işləyib.
1992-ci ilin dekabırında isə könüllü olaraq milli orduda xidmətə başlayıb.Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. 11 aprel 1993-cü ildə Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Tağıyev Qiyas Veysəl oğlu

1973-1992

  Tağıyev Qiyas Veysəl oğlu 1973-cü ildə  Zəngilan şəhərinin “Köhnə Pirçivan” adlanan qədim hissəsində anadan olub.Həmin ərazidəki 2 nömrəli natamam orta məktəbdə təhsil alıb. İkiillik əsgəri qulluğunu 1990-1992-ci illərdə  RSFSR-in Tula şəhərində keçirib. 1992-ci il  oktyabr ayının ilk günlərində Seyidlər kəndində “Lokatr” adlandırılan ermənilərin mühüm mühafizə sahəsi yaxınlığındakı postda keşik çəkib.

1992-ci il dekabr ayının 10-da erməni silahlı dəstələri sübh qaranlığında posta qəfil hücum ediblər. Əsgərlərimizin müqavimətini qırıb 5 nəfəri qətlə yetiriblər. Bu faciədən bir neçə gün sonra danışıqlar aparıb, əsgərlərimizin bir neçəsinin meydini geri almaq mümkün olsa da, Qiyas Tağıyev onların aralarında aşkarlanmayıb.
Zəngilan Rayon Məhkəməsinin qətnaməsi  ilə ona şəhidlik statusu verilib.

Teymurov Cəmşid Qəhrəman oğlu

1970-1994

Teymurov Cəmşid Qəhrəman oğlu 16 fevral 1970-ci ildə Zəngilan rayonunun Bartaz kəndində anadan olub. Bartaz kənd səkkizillik məktəbini və Zəngilan şəhər 144 saylı texniki peşə məktəbini bitirib.
1988-1990-cı illərdə sovet ordusunda qulluq edib.
1992-ci ildən milli ordu sıralarına qatılır. Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.
8 yanvar 1994-cü ildə Füzuli rayonunun Seyidəhmədli kəndində döyüşdə yaralanıb, 13 yanvar 1994-cü ildə hərbi hospitalda dünyasını dəyişib.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.

Vəliyev Elbrus Şamxal oğlu

1974-1993

Vəliyev Elbrus Şamxal oğlu Ağalı kəndində anadan olub. 1991-ci ildə kənddə orta məktəbi bitirdikdən sonra 144 nömrəli Zəngilan Rayon Texniki Peşə məktəbində təhsil alıb. Çağırış yaşı çatdıqda səfərbərliyə alınaraq Milli Orduda xidmətə göndərilib. Sarallı-Xəştab, Ağbis, Ağakişilər kəndlərinləki postlarda keşikdə dayanan Elbrus silahdaşları ilə birlikdə dəfələrlə ermənilərin törətdikləri fitnə-fəsadların, silahlı basqınların qarşısını alıb.

1993-cü il avqust ayının 6-da Ağakişilər kəndindəki postda ikən düşmən snayperinin gülləsindən ağır yaralanıb. Onun xilası üçün həkimlərin göstərdiyi səylər nəticəsiz qalıb və şəhid olub. Ağalı kənd qəbristanlığında dəfn olunub.

 

Vəliyev Filman Kamran oğlu

1970-1993

 

Vəliyev Filman Kamran oğlu 1970-ci ildə Zəngilan rayonunun Qaradərə kəndində anadan olub. 1987-ci ildə Qaradərə kənd orta məktəbini bitirib. Kənddə orta təhsilini başa vurduqdan sonra 1989-1991-ci illərdə Ukraynanın Lvov şəhərində sovet ordusu sıralarında hərbi xidmətdə olub.
Hərbi xidmətdən geri dönərkən Milli Ordu sıralarına yazılıb, Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. Seyidlər kəndindən başlayan döyüş yolu Qazançıdan, Kolludan, Bartazdan, Vejnəlidən keçib. Ağbənddə tamamlanıb.
Oktyabrın 27-də Ermənilərin Vejnəli-Ağbənd istiqamətində qəfil hücumu zamanı  döyüşdə şəhid olub. Məzarı  Qaradərə kəndindədir.

 

Vəliyev Heydər Babaş oğlu

1961-1994

Vəliyev Heydər Babaş oğlu 1961-ci ildə Genlik kəndində anadan olub. Kənddə orta məktəbi bitirib rayondakı 144 saylı texniki peşə məktəbinə daxil olub, sürücü ixtisasına yiyələnib.Hərbi qulluğunu yerinə yetirdiyi RSFSR-in Xarkov şəhərində tərxis zamanı ona traktor zavodunda iş təklif edilib. 1986-cı ildə Vətənə dönərək ailə həyatı qurub, yenidən Xarkova qayıdıb, övlad sahibi olub.

Erməni təcavüzünün gücləndiyi 1992-ci ilin fevralında geri dönərək mart ayında Milli Orduda xidmətə başlayıb. Təhlükəsiz traktordan hər dəqiqə yağı hədəfinə çevrilə bilən tankın  sükanı arxasına keçib. Vejnəli, Kolluqışlaq, Şayıflı, Seyidlər və bir çox başqa sərhəd bölgələrində çevik manevrləri, dəqiq atəşləri ilə hədəfləri susdurub. Zəngilan rayonunun işğalından sonra Füzuli bölgəsində döyüşlərə girib. 1994-cü ilin 28 yanvarı qəhrəmancasına şəhid olub.

 

Vəliyev Müşviq Ağa oğlu

1971-1992

 

   Vəliyev Müşviq Ağa oğlu 1971-ci ildə anadan olub. Zəngilan rayonunun erməni quldurlarından müdafiə olunmasında iştirak edib. 1992-ci ildə şəhid olub.

 

 

 

Vəliyev Qəzənfər Həmid oğlu

1968-1994

  Vəliyev Qəzənfər Həmid oğu Qıraq  Müşlan kəndində anadan olub. 1985-ci ildə kənd məktəbində orta təhsilini tamamlayaraq sənədlərini Bakıdakı mühasibat kursuna verib. Oranı bitirdikdən sonra Zəngilandakı suvarma sistemləri idarəsində  iqtisadçı vəzifəsinə göndərilib.

1986-1988-ci illərdə Ukraynada əsgəri borcunu yerinə yetirib. Hərbi qulluğu başa vurduqdan sonra əvvəlki iş yerinə qayıdıb.

Rayonumuzun işğalınadək Milli Ordunun mərd əsgərləri sırasında müdafıə döyüşlərinin iştirakçısı olub.1994-cü il fevralın 1-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Bakı şəhərində Fəxri Xiyabanda dəfn edilib.

 

Xudiyev Əkrəm Məhiyəddin oğlu

1965-1993

 Xudiyev Əkrəm Məhiyəddin oğlu Üdgün kəndində anadan olub. 1983-cü ildə Zəngilan kənd məktəbində orta təhsil alaraq Azərbaycan Mühəndislər İnstitutuna daxil olub.1984-1986-cı illərdə sovet ordusunda hərbi xidmət keçib. 1990-cı ildə Azərbaycan Mühəndislər İnstitutunun «Avtomobil yollarının istismarı» fakültəsini bitirib. Zəngilan Rayon Yol İdarəsində mühəndis vəzifəsində işləyib.1991-ci ildə Milli Ordu sıralarına çağırılıb, Zəngilan, Qubadlı, Füzuli rayonlarında müdafiə savaşlarında iştirak edib.

Rayonun işğalından sonra Goran stansiyasında qərarlaşan bölməyə qoşulub.  Ağdam istiqamətində gedən döyüşdə Güllücə kəndində Narlıq adlanan ərazidə 1993-cü ilin yanvar ayının 31-də şəhid olub. Bakı şəhəri I Şəhidlər Xiyabanında dəfn edilib.

 

Yaqubov Rəhim Teymur oğlu

1971- . . .

Yaqubov Rəhim Teymur oğlu Zəngilan rayonunun Qaragöl kəndində anadan olub. Şayıflı kənd orta məktəbini bitirib. Hərbi xidmətini sovet ordusunda başa vurub. Kəndlərinə qayıdarkən artıq ermənilərlə müharibə getdiyinin şahidi olub. Doğma torpaqların taleyi Rəhimi də narahat edib və o, könüllü olaraq torpaqlarımızın müdafiəsinə qalxıb. 10 dekabr 1992-ci ildə sübh tezdən torpaqlarımıza basqın edən erməni quldur dəstələri həmin postda olan əsgərlərimizi qəfil yaxalayaraq, ciddi müqavimət göstərmələrinə, can qurtarmalarına aman verməyiblər. Rəhim də digər əgərlərimiz kimi, sinəsini Vətənə sipər edərkən itgin düşüb.

Onun axtarışı ilə əlaqədar erməni tərəfinə  və beynəlxalq təşkilatlara edilən sorğular nəticə verməyib. 1994-cü ilin may ayından şəhidlik statusu alıb.

Zeynalov Anar Niyaz oğlu

1972-1992

Zeynalov Anar Niyaz oğlu 17 may 1972-ci ildə Göyçay rayonunda anadan olub. 1986-cı ildə Göyçay şəhər 3 saylı orta məktəbini bitirib.
1991-ci ildə hərbi xidmətə çağırılıb.Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
24 avqust 1992-ci il Zəngilan rayonu Qazançı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
 

Zeynalov Cəmil Sərdar oğlu

1971-1992

Zeynalov Cəmil Sərdar oğlu 24 oktyabr 1971-ci ildə Zəngilan rayonunun Ağalı kəndində anadan olub. 1979-cu ildə Ağalı kənd orta məktəbində təhsil almağa başlayıb. 1989-cu idə təhsilini tamamlayb, sovet ordusu sıralarına çağırılıb.Moskva  vilayətində əsgəri borcunu yerinə yetirərək yenidən ata-baba yurduna qayıdıb. Silaha sarılaraq Şayıflı, Qazanlı, Seyidlər,Ağkənd ətrafında torpaqlarımızın müdafiəsində dayanıb. Düşmən qonşu Qubadlı rayonuna hücum edərkən orada gedən döyüşlərdə iştirak edib.
1992-ci il dekabr ayının 10-da Zəngilan rayonunun Şayıflı kəndi uğrunda gedən döyüşlər zamanı arteriya damarını dəlib keçən güllə yarasından şəhid olub.
 

Zeynalov Dadaş Muxtar oğlu

1949-1993

 Zeynalov Dadaş Muxtar oğlu 1949-cu il Zəngilan şəhərində anadan olub. 1967-ci ildə şəhər orta məktəbində təhsilini başa vurub və Bakı Energetika Texnikumuna daxil olub.İxtisas qazandıqdan sonra Sumqayıt şəhər kimya kombinatına təyinat alıb. Burada işləməklə yanaşı, Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində təhsilini davam etdirərək 1979-cu ildə institutu bitirib.

Doğma Zəngilana qayıdaraq elektrik şəbəkəsində əvvəlcə mühəndis, sonra rəis müavini və rəis işləyib. Başçılıq etdiyi şəbəkənin kollektivi ermənilərin təcavüzü nəticəsində sıradan çıxmış elektrik xətlərinin və sistemlərinin bərpası üçün daim gərgin işləyib.1993-cü il mart ayının 23-də Zəngilan şəhərinin mərkəzi küçəsinə düşən düşmən mərmisi onun həyatına son qoyub. Məzarı Zəngilan şəhər Şəhidlər Xiyabanındadır.

 

Keçidlər