Şriftin ölçüsü :

Saytın rəngi :

Idman

İdman tarixi

Rayonun idman tarixi haqqında rəsmi sənədlər əldə etmək çətin olsa da Akif Kərimlinin yazdığı “Zəngilanın idman həyatı” adlı kitabında bu istiqamətdə mövcud olan bəzi məlumatları nəzərinizə çatdırmaq istəyirik. Müəllifin verdiyi məlumata görə rayonda ilk rəsmi idman tədbiri rayon Komsomol Gənclər Təşkilatı tərəfindən 1941-ci ildə idmanın ƏMH gimnastikası növü üzrə üzrə keçirilmişdir. İdman yarışında Məmmədbəyli kəndinin "Bakraboçi” kolxozunun komandası I yerə layiq görülmüşdür. 1951-ci ildə Məhsul Kənd Könüllü Bədən Tərbiyyəsi və İdman Cəmiyyətinin yaradılması respublikada, o cümlədən Zəngilanda idmanın inkişafında yeni mərhələ olmuşdur. Xüsuilə 1960-70-80-cı illərdə rayonda futbolun inkişafı özünün pik nöqtəsinə çatmışdır. Respublika birinciliyinə vəsiqəni qazanmaqın bir addımlıqında olan rayon yığması respublikanın futbol mütəxəssislərinin diqqət mərkəzində olmuşdur. O dövrün məşhur futbolçuları Şahmar Həsənov, Salam Cavadov, Nizami Məhərrəmov, Fazil Təhməzov və adlarını çəkmədiyimiz onlarla idmançımız keçirdikləri görüşlərdə rayonun idman şərəfinin qorunması üçün bütün qüvvələri iləbmeydanda mübarizə aprırdılar.
İşğala qədər rayonda idmanın futbol, voleybol, yüngül atletika, şahmat və yunan-roma güləşi növü geniş yayılmış və inkişaf etmişdir.İdmançılarımız təmsil olunduqları idman yarışlarında daim rayonu şərəflə təmsil etmiş, yüksək bacarıq və əzmkarlıqları ilə seçilmişlər

Zəngilan idmanı-bu gün
İşğaldan sonra rayon əhalisi məcburi olaraq respublikanın 42 rayonuna səpələnmiş və bu hal təbii olaraq bütün sahələrə olduğu kimi, idman sahəsinə ciddi zərbə vurmuşdur. Lakin qısa zaman kəsiyindən sonra yeniyetmə və gənclərimizin idmanla məşğul olması üçün müəyyən işlər görülmüş, bu istiqamətdə ciddi nailiyyətlər əldə olunmuşdur. Bu gün rayonda idmanın futbol, voleybol, yüngül atletika, taekvando, kik-boksinq, şahmat, karate-do, cüdo, yunan-rpma və sərbəst güləş növləri daha geniş yayılmışdır. Hər il adı çəkilən idman növləri üzrə rayon birincilikləri, turnir və açıq rayon birincilikləri təşkil olunur , respublika əhəmiyyətli idman tədbirlərində idmançılarımızim iştirakı təmin olunur. Eyni zamanda rayon Təhsil şöbəsinin nəzdində futbol, voleybol və yüngül atletika idman növlərinin təlimini həyata leçirən Uşaq-Gənclər İdman Məktəbi və Şahmat Uşaq-Gənclər İdman məktəbləri fəaliyyət göstərir.

Fəxri adlar
“Azərbaycanın fəxri bədən tərbiyyəsi və idman işçisi” adına

  • Kərimli Akif Vəli oğlu
  • Kərimov Vidadi Mirzəxan o.

“Beynalxald dərəcəli idman ustası”

  • Bayramov Siyavuş Mehralı o. (Karate)

“İdman ustası”adına

  • Çərkəz Rzayev (güləş)
  • Nurlan Qədimov (kikboksinq)
  • Vidadi Kərimov (güləş)

“İdman ustalığına namizəd” adına

  • Əfrayıl Muradov (klassik güləş)
  • Gülzar Kərimova (şahmat)
  • İlyas İsmayılov (karate)
  • Arzuman Qədimov (kikboksinq)

Dünya və avropa çempionları:

  • Zeynəb Məmmədyarova Şahmat üzrə beynəlxalq dərəcəli qrossmeysterdir, qızlar arasında Dünya birincisi, 20 yaşadək qızlar arasında Avropa birinciliyinin qızıl mükafatçısı, Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı, 20 yaşadək qızlar arasında Dünya birinciliyinin bürünc mükafatçısı
  • Şəhriyar Məmmədyarov Şahmat üzrə beynəlxalq qrossmeysterdir, Yeniyetmələrin Şahmat Olimpiiyadasının qalibi (İspaniya-1999) və gümüş mükafatçısı (Ukrayna-2000). Gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı. (Yunanıstan -2001). 18 yaşadək oğlanlar arasında Dünya birinciliyinin gümüş mükafatçısı (Yunanıstan-2002). 18 və 20 yaşadək oğlanlar arasında Avropa birinciliyinin qızıl (İspaniya-2002) və bürünc mükafatçısı (Bakı-2002). Gənclər (Yunanıstan-2003) və 20 yaşadək oğlanlar arasında Dünya birinciliyinin qalibi (Naxçıvan-2003; Türkiyə-2005).
  • Türkan Məmmədyarova Şahmat üzrə beynəlxalq qrossmeysterdir,
  • Elçin İsmayılov Cido üzrə üç qat avropa çempionu , Olimpiya oyunlarının iştirakçısı
  • Orxan Əhmədov Güləş üzrə Avropa və dünya çempionu
  • Siyavuş Bayramov Karate üzrə bir neçə dəfə avropa və dünya çempionu
  • Qədimov Nurlan Kik-boksinq üzrə avropa və dünya çempionu
  • Bəhruz Rüstəmov Şotakan karate do üzrə avropa ikincisi

Gənclər siyasəti

Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Yeni nəslin inkişafının əsas vasitəsi - gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir.
Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsi bunun üçün əsas cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırılmışdır.

Gənclər siyasətinin əsas istiqamətləri
Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib:

  • Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı;
  • İstedadlı gənclərə dövlət qayğısı;
  • Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı;
  • Gənclərin məşğulluğunun təmin edilməsi;
  • Gənc ailələrə dövlət yadımı;
  • Gənclər təşkilatlarına dövlət yardımı.

Dünən və bu gün
Zəngilan rayonu yarandıqdan sonra gənclərlə siyasətini həyatakeçirən əsas təşkilat Komsomol Gənclər Təşkilatı oldu. Rayonun siyasi elitasının formaılaşmasında bu təşkilat əvəzolunmaz rol oynamışdır. Dövrünün çox nüfuzlu təşkilatlarından olan Komsomol Gənclər Təşkilatı eyni zamanda gənclərin təşəbbüskarlıqının artırılması, yaradıcılıq və idaəetmə bacarıqlarının inkişafı istiqamətində Kominist Partiyasının təklif və göstərişləri əsasında iş aparırdı.

Müstəqillik qazandıqdan sonra Komsomol Gənclər Təşkilatı təbii olaraq fəaliyyətini dayandırdı və bir müddət gənclər siyasəti arxa plana keçdi. Nəhayət 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda dövlət-gənclər siyasətini həyata keçirmək üçün Gənclər və idman Nazirliyi və onun yerli idarələri yaradıldı. Zəngilan rayon Gənclər və İdman idarəsi 1995-ci ildə formalaşdırıldı. Məcburi köçkünlük şəraitində işə başlayan Gənclər və İdman idarəsi hazırda Bakı şəhərində yerləşir. Rayonun işğala məruz qalması səbəbindən İdarə yalnız iki ştat vahidi - Rəis və Baş məsləhətçi ştatları ilə fəaliyyətini həyata keçirir. İdarə il ərzində gənclər sahəsi üzrə müxtəlif təyinatlı 12-dən artıq tədbirin icrasını təmin etməklə gənclərin asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq imkanlarının aşkarlanması və inkiıafı, mənvə- əxlaqi tərbiyyənin düzgün yöndə qurulması, vətənpərvərlik tərbiyyəsi işinin düzgün qurulması məqsədilə “Hünər” vətənpərvər mahnılar müsabiqəsi, “Xəmsə” milli intelektula oyunu, festival yaradıcılıq müsabiqəsi, “Breyn-Rinq” oyunu, “Şahin” və “Cəsurlar” hərbi-idman oyunları, müxtəlif görüşlər və konfranslar təşkil edir.
 

 

Keçidlər