Home Contact Phone
background
  • Ünvan: Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivi 
  • Faks: (012) 341-40-01
  • E-mail: mail@zengilan-ih.gov.az

Xəbərlər

  • Vətən müharibəsi şəhidi Hüseynov İmaməli ...

    Vətən müharibəsi şəhidi Hüseynov İmaməli Cəlil oğlunun il mərasimi keçirilib.

    2021-10-22

    Vətən müharibəsində qəhrəmancasına şəhid olan kiçik gizir Hüseynov İmaməli Cəlil oğlunun il mərasimi keçirilib. Mərasimdə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı, başçının müavini, YAP Zəngilan rayon təşkilatının sədri, Zəngilan RİH başçısı aparatının əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

  • Prezident İlham Əliyev və birinci xanım Mehrib...

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

    2021-10-20

    Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar. Dövlətimizin başçısı və birinci xanım rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar, “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

  • Vətən müharibəsi şəhidi Məmmədov Xəqani F...

    Vətən müharibəsi şəhidi Məmmədov Xəqani Füzuli oğlunun il mərasimi keçirilib.

    2021-10-11

    Xidməti borcunu ləyaqətlə yerinə yetirən zaman torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib, qəhrəmancasına şəhid olan əsgər Məmmədov Xəqani Füzuli oğlunun il mərasimi keçirilib. Mərasimdə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı, başçının müavini, YAP Zəngilan rayon təşkilatının sədri, Zəngilan RİH başçısı aparatının əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk öncə şəhidin Şirvan şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət edilərək, ailə üzvlərinə başsağlığı verildi.

  • Vətən müharibəsi şəhidi Məhərrəmov  Fəri...

    Vətən müharibəsi şəhidi Məhərrəmov Fərid Asif oğlunun il mərasimi keçirilib.

    2021-10-07

    Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgər Məhərrəmov Fərid Asif oğlunun il mərasimi keçirilib. Mərasimdə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı, başçının müavini, Zəngilan rayon Prokuroru, DTX -nin Zəngilan rayon bölməsinin rəisi, Azərbaycan Respublikası SHXÇ üzrə Dövlət Xidmətinin Zəngilan rayon şöbəsinin rəisi, Rayonun idarə və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs edilib, şəhidin ruhuna dualar oxunub.

  • Payız-qış mövsümündə yanğın təhlükəsiz...

    Payız-qış mövsümündə yanğın təhlükəsizliyi qaydalarına diqqət artırılmalıdır

    2021-10-01

    Payız-qış mövsümünün başlanması ilə əlaqədar hər il Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları mənzillərdə baş verən yanğınların və insan tələfatının qarşısını almaq məqsədilə ərazi və regionlarda yanğın təhlükəsizliyinin artırılması ilə bağlı təbliğat xarakterli tədbirlər həyata keçirirlər.

  • Vətən müharibəsi şəhidlərinin xatirəsi bir...

    Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

    2021-09-27

    Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib

  • Vətən müharibəsi şəhidlərinin xatirəsinə ...

    Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.

    2021-09-27

    Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.

  • 27 sentyabr anım günü ərəfəsində Vətən m...

    27 sentyabr anım günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olundu

    2021-09-27

    Vətən müharibəsində şəhid olmuş qəhrəman Vətən oğullarımızın məzarları ziyarət edilərək ailə üzvlərinə başsağlığı verilmişdir.

  • Zəngilan rayon İcra hakimiyyətinin  başçısı...

    Zəngilan rayon İcra hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirmişdir

    2021-09-27

    Sentyabrın 27-də Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirmişdir.

  • Şəhid ailələrinin ziyarəti davam edir

    Şəhid ailələrinin ziyarəti davam edir

    2021-09-25

    Zəngilan rayon İcra hakimiyyətinin məsul işçiləri Vətən müharibəsi qəhrəmanı, Kapitan Noçuyev Surxay Əbdül oğlunun ailəsində olmuş və anım günü münasibətilə onlara baş sağlığı vermişlər.

  • Şəhid ailələrinin ziyarəti davam edir

    Şəhid ailələrinin ziyarəti davam edir

    2021-09-21

    Bu gün Zəngilan rayon İcra hakimiyyətinin məsul işçiləri Vətən müharibəsi şəhidi, “Qarabağ” ordeni ilə təltif olunmuş Baş Leytenant Rzazadə Həsən Vüqar oğlunun ailəsində olmuş və anım günü münasibətilə onlara baş sağlığı vermişlər.

  • Zəngilan rayon İcra hakimiyyətinin  məsul iş...

    Zəngilan rayon İcra hakimiyyətinin məsul işçiləri Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət etdi

    2021-09-20

    Bu gün Zəngilan rayon İcra hakimiyyətinin məsul işçiləri Vətən müharibəsi şəhidləri Məhərrəmov Fərid Asif oğlu və Mehdiyev İsmayıl David oğlunun ailəsində olmuş və anım günü münasibətilə onlara baş sağlığı vermişlər.

  • Şəhid ailələrinin ziyarəti davam edir.

    Şəhid ailələrinin ziyarəti davam edir.

    2021-09-18

    18 sentyabr 2021-ci il tarixdə Zəngilan rayon İcra hakimiyyətinin məsul işçiləri Vətən müharibəsi şəhidləri Səfərov Fariz Şəmil oğlu və Məmmədov Xəqani Füzuli oğlunun ailəsində olmuş və anım günü münasibətilə onlara baş sağlığı vermişlər.

  • Şəhid ailələri anım günü münasibətilə zi...

    Şəhid ailələri anım günü münasibətilə ziyarət edildi

    2021-09-17

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 27 sentyabr ölkədə anım günü kimi qeyd edilir. Bu münasibətlə Prezident Administrasiyasının yerlərə göndərdiyi tədbirlər planına əsasən Rayon İcra Hakimiyyətinin başçısı və Aparatın əməkdaşları Vətən müharibəsi şəhidlərinin ailələrinə baş çəkmiş və onlara ərzaq bağlaması vermişdir.

  • Şəhid ailələrinin  ziyarəti davam edir

    Şəhid ailələrinin ziyarəti davam edir

    2021-09-16

    Vətən müharibəsi şəhidləri Hüseynov İmamalı Cəlil oğlu və Orucov Müşviq Arif oğlunun ailələri anım günü münasibətilə ziyarət olunmuşdur

  • Yüksək bal toplamış məzunlarla görüş keçi...

    Yüksək bal toplamış məzunlarla görüş keçirildi

    2021-09-16

    Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov rayonun ümumtəhsil məktəblərini bitirib, 600-dən yuxarı bal toplayaraq ali məktəbə qəbul olunan məzunlarla görüş keçirdi.

  • Vətən Müharibəsi şəhidlərinin ailələri zi...

    Vətən Müharibəsi şəhidlərinin ailələri ziyarət olunur

    2021-09-15

    Vətən müharibəsi şəhidi Abdüləzimli Emil Rasif oğlu və Baxşəliyev Rəşid Əliağa oğlunun ailələri anım günü münasibətilə ziyarət olunmuşdur

  • Abşeron rayonu, Masazır qəsəbəsində məcburi...

    Abşeron rayonu, Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış massivində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə profilaktik tədbirlər görülür

    2021-08-13

    Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər üçün salınmış şəhərciyin ərazisində yerləşən Rayon İcra Hakimiyyətinin inzibati binasında, uşaq bağçasında, yaşayış binasının dəhlizində, şəhərciyin küçəsində, səkilərində dezinfeksiya işləri aparıldı

  • 26 iyun Silahlı Qüvvələr günüdür

    26 iyun Silahlı Qüvvələr günüdür

    2021-06-26

    26 iyun tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələr günü ilə əlaqədar Zəngilan rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinin birgə təşkilatçılığı ilə tədbir keçirildi.

  • 23 İyun – Dövlət Qulluqçularının Peşə Ba...

    23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə tədbir keçirildi

    2021-06-23

    İyun ayının 23-də Zəngilan Rayon İcra Hakimiyyətinin akt zalında Dövlət Qulluqçularının Peşə bayramı münasibətlə tədbir keçirildi. Zəngilan RİH-nin başçısı Ramiz Həsənov çıxış edərək əlamətdar gün münasibətilə dövlət qulluqçularını təbrik etdi. Regionda söz sahibi olan Azərbaycan Respublikasının iqtisadi, siyasi, hərbi və digər sahələrdə sürətli inkişafından bəhs etdi. Daha sonra ölkə başçısı cənab İlham Əliyevin dövlət qulluqçularına xüsusi diqqətini vurğulayan rayon rəhbəri qeyd etdi ki, hər bir dövlət qulluqçusunun qarşısında qoyulan ən əsas vəzifə tutduqları vəzifələrin məsuliyyət və şərəfini dərindən dərk edərək, xalqa və dövlətçiliyə sədaqətlə, vicdanla xidmət etməkdir.

  • 15 İyun Azərbaycan xalqının Milli Qurtuluş g...

    15 İyun Azərbaycan xalqının Milli Qurtuluş günüdür

    2021-06-15

    Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Ümummili Liderin büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edildi.

  • “Son zəng” tədbiri keçirildi

    “Son zəng” tədbiri keçirildi

    2021-06-14

    14 iyun 2021- ci il tarixdə Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi Zəngilan rayon 33 saylı orta məktəbdə də son zəng tədbiri keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, RİH başçısının müavini Nizami Mönsümov iştirak etdi. Rayonun Təhsil şöbəsinin məsul işçilərinin, çoxsaylı şagird və müəlliml kollektivinin, valideynlərin toplaşdığı tədbir dövlət himninin sədaları ilə açıq elan edildi.

  • Ümummilli lider Heydər Əliyevin anadan olmasın...

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib

    2021-05-10

    2021-ci il mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Zəngilan Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Yeni Azərbaycan Partiyasının Zəngilan rayon təşkilatının fəallarının və rayon təhsil şöbəsinin tabeliyində olan bütün ümumtəhsil müəssisələrinin kollektivlərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilmişdir.

  • Azərbaycan Respublikasının Prezidenti cənab İ...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəngilan rayonunda olub

    2021-04-26

    Azad olunmuş torpaqlarımızda abadlıq-quruculuq işləri geniş vüsət alıb, yeni layihələr həyata keçirilir. Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar. Prezident İlham Əliyev Zəngilanda Beynəlxalq Hava Limanının da təməlini qoydu.

  • Xocalı faciəsi qurbanlarının xatirəsinə həs...

    Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.

    2021-02-26

    26 fevral 2021-ci il tarixdə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi. Aksiya zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən məcburi köçkünlər şəhərciyindəki “Şəfəq” uşaq bağçası-körpələr evinin və rayonun 33 nömrəli məktəbinin həyətində ümumilikdə 613 ədəd həmişəyaşıl ağaclar əkilib. Əkilən ağaclar suvarılmış və ağaclara aqrotexniki qulluq göstərilmişdir.