Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi, "Qarabağ" ordenli Rzazadə Həsən Vüqar oğlunun il mərasimi keçirildi

01 noyabr 2021 | 16:00

31 oktyabr 2021-ci il tarixdə Vətən müharibəsi şəhidi, "Qarabağ" ordenli Rzazadə Həsən Vüqar oğlunun il mərasimi və onun şərəfinə Xətai rayon ərazisində şəhidimizin ailəsinin yaşadığı binanın həyətində qoyulmuş xatirə lövhəsinin açılış mərasimi keçirildi.
İlk öncə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatının sədri, Xətai Rayon İcra Hakimiyətinin başçısı və hər iki rayon ictimaiyyətinin nümayəndələri İkinci Fəxri xiyabanda Laçın dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Vətən müharibəsi şəhidi, baş leytenant Həsən Vüqar oğlu Rzazadənin məzarını ziyarət etdilər.
Mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Müdafiə Nazirliyinin Hərbi Orkestrnın ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Mərasimdə, həmçinin məktəblilər Vətənə həsr olunan şeirlər səsləndirdilər.
Sonda Vətən müharibəsi şəhidinin ruhuna dualar oxundu, abidə kompleksinin qarşısına əklil, tər gül-çiçək dəstələri düzüldü.

 

 

 

 

Keçidlər