Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Hüseynov İmaməli Cəlil oğlunun il mərasimi keçirilib.

22 oktyabr 2021 | 16:00

Vətən müharibəsində qəhrəmancasına şəhid olan kiçik gizir Hüseynov İmaməli Cəlil oğlunun il mərasimi keçirilib.
Mərasimdə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı, başçının müavini, YAP Zəngilan rayon təşkilatının sədri, Zəngilan RİH başçısı aparatının əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, şəhid İmaməli Hüseynov 27 sentyabr 2020-ci il tarixdən başlamış İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən müharibədə Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. 09 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətindəki döyüşlərdə qəhrəmancasına həlak olaraq Şəhidlik zirvəsinə ucalmışdır.Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İmamalı Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı, "Döyüşdə fərqlənməyə görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

 

Keçidlər