Şriftin ölçüsü :

Saytın rəngi :

Yüksək bal toplamış məzunlarla görüş keçirildi

16 sentyabr 2021 | 16:00

Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov rayonun  ümumtəhsil məktəblərini bitirib, 600-dən yuxarı bal toplayaraq ali məktəbə qəbul olunan məzunlarla görüş keçirdi. Görüşdə icra hakimiyyətinin əməkdaşları, YAP Zəngilan rayon təşkilatının sədri,  Rayon Gənclər və idman idarəsinin rəisi, Rayon təhsil şöbəsinin müdiri, məktəb direktorları, yüksək bal toplamış məzunların valideynləri iştirak etdilər.
Görüş zamanı rayon rəhbəri məzunları təbrik edərək onlara uğurlar arzuladı, onların naliyyətlərinin bütün rayon ictimaiyyətini sevindirdiyini bildirdi. Ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə edilən uğurlardan, keçirilən islahatlardan danışdı.
Çıxış edənlər yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə öz təşəkkürlərini bildirdilər.

Keçidlər