Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.

26 fevral 2021 | 16:00

26 fevral 2021-ci il tarixdə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.
Aksiya zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən məcburi köçkünlər şəhərciyindəki “Şəfəq” uşaq bağçası-körpələr evinin və rayonun 33 nömrəli məktəbinin həyətində ümumilikdə 613 ədəd həmişəyaşıl ağaclar əkilib. Əkilən ağaclar suvarılmış və ağaclara aqrotexniki qulluq göstərilmişdir.

 

Keçidlər