Yoluxma hallarının qarşısının alınması məqsədilə sakinlər arasında mütəmadi olaraq maarifləndirmə işləri aparılır. Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qruplar Zəngilan Rayon Polis İdarəsinin əməkdaşları ilə birlikdə təbliğat tədbirlərini həyata keçirir.