Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilanlıların qələbə sevinci

20 oktyabr 2020 | 16:00

Zəngilanlılar həyatlarının ən unudulmaz və qürurlu günlərini yaşayırlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonun bir neçə kəndinin və Zəngilan şəhərinin düşmən tapdağından azad edildiyini açıqladıqdan sonra öz yurd-yuvalarından didərgin düşmüş zəngilanlılar qələbə sevinci yaşadı. Abşeron rayonu Masazır qəsəbəsi ərazisində salınmış köçkün şəhərciyində dogma torpaqlarımızın işğaldan azad olunması izdihamla qeyd olundu.
20 oktyabr 2020-ci il təqvimi Azərbaycan tarixinə, xüsusilə zəngilanlıların yaddaşına qızıl hərflərlə həkk olundu. Bu gün 27 illik yurd həsrətinə son qoyuldu.  Sevinclərinin həddi-hüdudu olmayan zəngilanlılar Ali Baş Komandan, cənab İlham Əliyevə, rəşadətli Azərbaycan ordusuna dərin minnətdarlıq hisslərini bildirirlər.

Keçidlər