Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirusla mübarizə tədbirləri davam etdirilir

11 sentyabr 2020 | 16:00

Mobil qruplar tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə məskunlaşan əhali arasında (COVID-19)  infeksiyasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunan xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət və fərdi izahetmə işləri aparıldı. Qəsəbədə  fəaliyyət göstərən marketdə,  eləcə də məhəllədaxili ərazilərdə reydlər keçirildi, tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırıldı, insanlarla maarifləndirmə işləri həyata keçirildi.

Keçidlər