Şriftin ölçüsü :

Saytın rəngi :

Mobil qrup üzvləri növbəti dəfə əhali arasında xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət işləri apardı

04 avqust 2020 | 16:00

Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, Zəngilan rayonunda fəaliyyət göstərən operativ qərargah tərəfindən yaradılan mobil qruplar öz işlərini davam etdirir. Onlar əhalinin sıx olduğu məkanlarda oldu, xüsusi karantin rejimi ilə bağlı müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrəndi, maarifləndirmə apardi, reydlər zamanı tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyini bir daha vətəndaşların diqqətinə çatdırdı.

Keçidlər