Şriftin ölçüsü :

Saytın rəngi :

Mobil qruplar tərəfindən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər davam etdirilir.

30 iyul 2020 | 16:00

Zəngilan rayonunda fəaliyyət göstərən operativ qərargah tərəfindən yaradılan mobil qruplar ölkədə tətbiq edilən xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq rayon sakinlərinin məskunlaşdığı Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkün şəhərciyində əhalinin sıx toplaşdığı məkanlarda müəyyən edilmiş qaydalara əməl olunması, ictimai maarifləndirmə və profilaktik tədbirlərin görülməsi məqsədilə reydlər həyata keçirir. Reydlərdə əsas məqsəd insan həyatı üçün təhlükəli olan koronavirusla mübarizədə bütün vətəndaşlarımızı həmrəy olmağa, bəşəriyyətin bəlasına çevrilən virusu yaymamaq üçün evdə qalmağa dəvət etməkdir. Vətəndaşlara şəxsi gigiyena qaydalarına əməl etmək, digər şəxslərlə minimum kontaktda olmaq, ünsiyyət zamanı iki metrlik ara məsafəsi saxlamaq və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi şəkildə riayət etmək tövsiyə edildi.

Keçidlər