Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə növbəti videokonfrans keçirdi

02 iyul 2020 | 16:00

Rayon rəhbəri ilk öncə bildirdi ki, Prezident İlham Əliyev təşəbbüs göstərərək Qoşulmama Hərəkatının sədri kimi 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşünü təşkil etdi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru və digər beynəlxalq təşkilatların nümayəndələri də iştirak etdilər. Prezident İlham Əliyev onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Təklif Nyu-Yorkda həmin hərəkata üzv olan  120 ölkə arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv olan ölkələr adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır.  Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. BMT-yə üzv olan 130-a qədər dövlət tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisi oldu. Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir. COVİD-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirəsalınmadan bir araya gəlmək, dünyanı bürüyən COVİD-19 bəlasından çıxış yollarını tapmağa müzakirə etmək və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat vardır.

Videokonfransda Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov dünyada sürətlə yayılan koronavirus pandemiyasından ölkə əhalisinin qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən təxirəsalınmaz tədbirlərdən də danışdı. Prezidentin tapşırığına əsasən, Nazirlar Kabinetinin yaratdığı Operativ Qərargahının son günlər keçirdiyi brifinqlərdə xəstəliyin yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə, karantin rejiminin yenidən sərtləşməsinə baxmayaraq, insanların biganəliyi və laqeyidliyi  hələ də əhali arasında görünməkdədir. İcra başçısı nümayəndələrə xüsusi karantin rejiminin tələblərinin daim diqqətdə saxlanılması, rayon sakinlərinin rejimin tələblərinə riayət etməsi, xüsusi qayğıya ehtiyac olan vətəndaşların daim diqqətdə saxlanılması ilə bağlı ciddi göstərişlər verdi.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, Ölkə rəhbəri cənab İlham Əliyev dəfələrlə dövlət qulluqçularına xalqa ləyaqətlə xidmət etmək, sahibkarlara dəstək olmaq, rüşvətxorluq və korrupsiya yolundan çəkinmək kimi ciddi tapşırıqlar vermişdir. Həmçinin bütün vəzifəli şəxslər üzərlərinə qoyulmuş məsuliyyəti dərk etməli, öz işlərində qanunu və qanunçuluğu əsas tutmalı, mənfi tendensiyalara imkan verməməli, rüşvət və korrupsiyadan uzaq olmalıdır.

Keçidlər