Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə profilaktik tədbirlər görülür

27 mart 2020 | 16:00

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər üçün salınmış şəhərciyin ərazisində yerləşən RİH-in inzibati binasında, məktəbdə, uşaq bağçasında, yaşayış binasının  dəhlizində, şəhərciyin  küçəsində, səkilərində dezinfeksiya işləri aparıldı.
Yoluxma hallarının qarşısının alınması məqsədilə sakinlər arasında mütəmadi maarifləndirmə işləri həyata keçirilir, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə fəaliyyətlərinə məhdudiyyət müəyyən edilmiş sahibkarlıq subyektlərinin, vətəndaşların tələblərə əməl etməsi vəziyyətini öyrənmək məqsədilə Zəngilan Rayon Polis İdarəsinin əməkdaşları ilə birlikdə Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi müşahidələr aparılır.

Keçidlər