Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon İcra hakimiyyətində könüllülərə sertifikatlar təqdim edildi

06 fevral 2020 | 16:00

Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov rayon İcra hakimiyyətində fəaliyyət göstərən könüllülərlə görüşdü. Görüşdə könüllü gəncləri təbrik edən İcra Hakimiyyətinin başçısı könüllülük hərəkatının əhəmiyyətindən danışdı. Son illərdə cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda könüllülük fəaliyyətinin geniş vüsat aldığını, ölkəmizdə gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini, respublikamızın ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğurlara imza atdıqlarını vurğulayaraq, 2020-ci ilin ölkəmizdə könüllülər ili elan olunmasının bu sahədə daha böyük uğurların əldə olunmasına şərait yaratdığını qeyd etdi, gələcək fəaliyyətlərində könüllülərə uğurlar arzuladı.
Sonda Zəngilan Rayon İcra Hakimiyyətində təcrübə keçmiş könüllü gənclərə sertifikatlar təqdim olundu.
Gənclər öz təəssüratlarını bölüşərək onlara yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirdilər.

Keçidlər