Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü keçirildi

10 dekabr 2019 | 16:00

Problemlərin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Rayon İcra hakimiyyətinin növbəti səyyar görüşü dekabr ayının 10-da  Xətai rayonunda yerləşən yataqxanada məskunlaşan məcburi köçkünlərlə keçirildi. Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə əldə edilmiş nailiyyətlərdən, məcburi köçkünləri daha çox narahat edən məsələlərdən və bununla bağlı qəbul olunmuş dövlət proqramlarından danışdı. Sonra sakinlərin problemləri dinlənildi. Qaldırılan məsələlərin bir qismi yerində  həllini tapdı. Digər məsələlərlə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verən rayon rəhbəri tədbirlərin görüləcəyini bildirdi.

Keçidlər