Şriftin ölçüsü :

Saytın rəngi :

“Biz Zəngilana qayıdacağıq” mövzusunda esse müsabiqəsi keçirildi

23 oktyabr 2019 | 16:00

23 oktyabr 2019-cu il tarixdə Zəngilan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Zəngilan rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar rayonun ümumtəhsil məktəbləri arasında “Biz Zəngilana qayıdacağıq” mövzusunda esse müsabiqəsi keçirildi.
Müsabiqənin keçirilməsində məqsəd yeniyetmə və gənclərə vətənpərvərlik hissinin aşılanması və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında, eləcə də məktəblilərdə sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq, ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirmək və Azərbaycan dilinin, tarixinin təbliği işini daha da gücləndirmək idi.
Müsabiqəyə rayonun 22 ümumtəhsil məktəbindən 27 şagird öz esselərini təqdim etdi.
Tədbirdə qonaq qismində Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Şənlik Əliyev, Rayon Mədəniyyət şöbəsinin müdiri Mehman Nəsirov, Rayon Təhsil şöbəsinin məsul əməkdaşı Hətəm Zeynalov və Azərbaycan Yazıçılar Birliyinin Zəngilan rayon şöbəsinin rəhbəri Mahir Cavadlı iştirak etdi. Çıxış edən natiqlər bugünki yeniyetmələrə Zəngilan rayonu ilə bağlı xatirələrini, eləcə də orada baş vermiş döyüşlərdə qəhrəmanlıq göstərən, öz canı-qanı ilə tarixə adlarını həkk etmiş igidlərimizin keçdiyi şərəfli döyüş yollarından məlumat verərək, bu kimi tədbirlərin keçirilməsinin müsbət hal olduğunu, yeniyetmələrdə vətənə məhəbbət hisslərinin aşılandığını diqqətə çatdırdılar.
Sonra rayonla bağlı hazırlanmış video çarx nümayiş etdirildi və sonda qalib yeniyetmələr Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldı.
I yer - Quliyeva Nəzrin Yaşar qızı, (29 №-li tam orta məktəb, VIII sinif şagirdi)
II yer – Həsənova Zeynəb Namiq qızı, (3 №-li ümumi orta məktəb, VIII sinif şagirdi)
III yer – Abbaszadə Nəzrin Ramil qızı, (13 №-li ümumi orta məktəb, VI sinif şagirdi)

Keçidlər