Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənovun əhali ilə səyyar görüşləri davam edir

24 sentyabr 2019 | 16:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə rayon İcra hakimiyyətinin növbəti səyyar görüşü Bakı şəhəri Binəqədi rayonunda  məskunlaşan məcburi köçkünlərlə keçirildi. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Ağa-Əli Əhmədov, RİH başçısı Ramiz Həsənov, aparatının məsul işçiləri, rayon idarə və müəssisə rəhbərləri iştirak etdilər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Ağa-Əli Əhmədov və rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş, Respublikamızda qazanılan uğurlardan,  əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır. Daha sonra sakinlərin problemlərinin yerində öyrənilməsi və  həll edilməsi məqsədilə müraciətlər dinlənildi, qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verilərək müsbət həll üçün mümkün tədbirlərin görüləcəyi bildirildi.

Keçidlər