Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon məktəblərində Bilik günü qeyd olundu

16 sentyabr 2019 | 16:00

Respublikanın bütün məktəblərində olduğu kimi Zəngilan rayon 28 nömrəli tam orta məktəbdə də 15 sentyabr-Bilik günü qeyd edildi. Məktəbin direktoru iştirakçıları salamlayaraq tədbiri açıq elan etdi.
Tədbirdə çıxış edən Rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov tədbir iştirakçılarını təbrik edərək yeni dərs ilində məktəblilərə uğurlar arzuladı. Rayon rəhbəri bu sahədə əldə olunan uğurlardan danışaraq ötən tədris ilində rayon məktələrini bitirən məzunların böyük əksəriyyətinin ali məktəblərə qəbul olunduqlarını, onlardan 13 nəfərin 600-dən yuxarı bal topladığını qeyd edərək, bütün bu nailiyyətlərin əsasında dövlət qayğısının dayandığını vurğuladı.
Tədbirdən sonra Rayon İcra Hakimiyyətinin başçısı məktəbin sinif otaqlarına baxış keçirdi, məktəbdə yaradılmış şəraitlə tanış oldu.

Keçidlər