Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan ümumtəhsil məktəblərini bitirən məzunlarla görüş keçirildi.

28 avqust 2019 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı rayonun  ümumtəhsil məktəblərini bitirib, ali məktəbələrə qəbul olunan məzunlarla  görüş keçirdi.Görüşdə RİH başçısı Ramiz Həsənov ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə edilən uğurlardan danışdı, tələbə adını qazanan məzunları təbrik edərək, onlara uğurlar arzuladı.Daha sonra Zəngilan rayon Təhsil şöbəsinin müdiri Nəsib Miriyev rayon üzrə ali məktəbə qəbulun vəziyyəti, təhsilin inkişafı barədə məlumat verdi. Tədbirdə çıxış edən valideynlər,  məzunlar görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.Sonda ali məktəbələrə qəbul olunan məzunlara pul mükafatı və qiymətli hədiyyələr təqdim olundu

Keçidlər