Şriftin ölçüsü :

Saytın rəngi :

“Son zəng” tədbiri keçirildi

14 iyun 2019 | 16:00

14 iyun 2019- cu il tarixdə  Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi Zəngilan rayon 29 saylı orta məktəbdə də son zəng tədbiri keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov iştirak etdi. Aparatın və təhsil şöbəsinin məsul işçilərinin, çoxsaylı şagird və müəllimlərin, valideynlərin toplaşdığı tədbir dövlət himninin sədaları ilə açıq elan edildi. Məktəbin direktoru Ayna Zeynalova çıxış edərək 11-ci sinfi bitirən məzunlara uğurlar arzuladı.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, xüsusilə məcburi köçkün uşaqlarının təhsil aldığı məktəblərin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər barədə danışdı və  məzunlara müstəqil həyatda atacaqları addımlarda müvəffəqiyyətlər arzuladı.
Tədbir məktəbin 1-ci və məktəb həyatına əlvida deyən 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət musiqili-bədii hissə ilə davam etdi.

Keçidlər