Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının əhali ilə səyyar görüşləri davam edir

05 mart 2019 | 16:00

Səyyar görüşlər əhalinin üzləşdiyi problemləri tam öyrənmək və həlli istiqamətində operativ qərarlar qəbul etmək, icrası vaxt tələb edən məsələləri onlara düzgün izah etmək baxımından səmərəli vasitədir.
Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu Sumqayıt şəhəri, 76- cı məhəllə 3 nömrəli peşə liseyində keçirildi. Qəbulda RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri də iştirak etdilər.
Qəbul zamanı RİH-nin başçısı Ramiz Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə əldə edilmiş nəaliyyətlərdən, uğurlu iqtisadi islahatlardan danışdı, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və gələcəkdə həlli nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat  verdi. Ölkə başçısının müvafiq tövsiyə və tapşırıqlarını rəhbər tutan Zəngilan Rayon İcra Hakimiyyəti də sakinləri qayğılandıran bütün məsələləri xüsusi diqqət mərkəzində saxlamağa, imkan daxilində onların operativ həllinə çalışır.
Daha sonra rayon rəhbəri sakinlərin problemlərinin yerində öyrənilməsi və  həll edilməsi məqsədilə müraciətləri dinlədi.
Sakinləri diqqətlə dinləyən Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə ayrı-ayrı sahələrə dair müraciət  və şikayətlərin bir çoxu yerindəcə həll edildi, bəzilərinin həlli nəzarətə götürüldü və müsbət həll üçün mümkün tədbirlərin görüləcəyi bildirildi.
Sonda vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər