Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirildi

25 fevral 2019 | 16:00

25 fevral 2019-cu il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 nömrəli texniki peşə məktəbinin binasında yerləşən Zəngilan rayon 36 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 27-ci ildönümü  ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı, müavini, aparatın məsul işçiləri, idarə-müəssisə rəhbərləri, ərazi nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları Zəngilan məktəblilərinin bütövlükdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan Xocalı soyqırımında baş vermiş hadisələrin dəhşətli anlarını əks etdirdikləri rəsmlərin sərgisi ilə tanış olduqdan sonra, faciə zamanı qətlə yetirilmiş həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir Zəngilan rayon 36 nömrəli tam orta məktəbin şagirdlərinin  hazırladığı,  erməni terrorçularının insanlığa xas olmayan vəhşiliklə törətdikləri Xocalı soyqırımını əks etdirən kompozisiyanın nümayişi ilə davam etdirildi.

Keçidlər