Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi

19 oktyabr 2018 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə başçısının nitqində qarşıya qoyulmuş vəzifələr baxımından öz işini təhlil etdi. İclasda RİH başçısının müavinləri, aparatın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov 9 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin  cari ilin doqquz ayının  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclası barədə məlumat verdi.
Rayon rəhbəri çıxışında bu ilin ölkəmiz üçün uğurlu il olduğunu, ilin əvvəlindən qarşıya qoyulmuş bütün vəzifələrin uğurla və vaxtında icra edildiyini, ölkəmizin 2018-ci ildə də öz dinamik inkişafını təmin etdiyini, əmin-amanlıq, sabitlik və təhlükəsiz şəraitdə yaşadığını bildirdi. Ölkəmizin iştirakı ilə bir neçə önəmli beynəlxalq hadisənin baş verdiyini, bunlardan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsininin tarixi sənəd olduğunu və bu sənəddə ölkəmizin milli maraqlarının tam şəkildə öz əksini tapdığını diqqətə çatdırdı. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində mövqeyimizin dəyişməz qaldığını, ərazi bütövlüyümüzün danışıqlar predmeti olmadığını, bu münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapacağını bildirdi.Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yüzlərlə mənzil və maşının verilməsi üçün Prezidentin ehtiyat fondundan 20 milyon manat vəsaitin ayrıldığını, bu işlərin dahada sürətlə gedəcəyini, məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində olduğunu bildirərək, 100-dən artıq şəhərciyin salındığını,  doqquz ay ərzində 2900 məcburi köçkün ailəsinin evlərlə, mənzillərlə təmin edildiyini, ilin sonuna qədər 2800 məcburi köçkün ailəsinin yeni mənzillərlə təmin olunacağını və bu il görülmüş işlərin nəticəsində 5700 ailə-25 min insanın mənzillərlə təmin olunacağını qeyd etdi.
Rayon rəhbəri 2018-ci ilin doqquz ayı ərzində rayonun sosial-iqtisadi inkişafı ilə bağlı müəyyən işlər görüldüyünü və bir sıra tədbirlər həyata keçirildiyini də diqqətə çatdırdı.
Yığıncaq RİH başçısının müavini Nizami Mönsümovun görülən işlər barədə çıxışı ilə davam etdirildi. N.Mönsümov bildirdi ki, fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələb və göstərişləri əsasında quran Zəngilan Rayon İcra Hakimiyyəti ilin 9 ayı ərzində rayonun sosial-iqtisadi inkişafı ilə bağlı bəzi işlər görmüş və bir sıra tədbirlər həyata keçirmişdir. Sabirabad rayonu Rüstəmli kəndi ərazisində məskunlaşmış əhalimizə   verilmiş pay torpaqlarında 44,73 hektar sahədə taxıl əkilmişdir ki, bununda 24,55 hektarını buğda, 20,18 hektarını arpa təşkil etmişdir. 56,09 hektarda yonca, 13,49 hektar sahədə isə digər kənd təsərrüfatı məhsullarının əkini aparılmışdır. Normalara uyğun aparılmış taxıl biçini zamanı hər hektardan 24 sentner olmaqla 58,9 ton buğda, hər hektardan 27 sentner olmaqla 54,5 ton arpa məhsulu əldə edilmişdir. Cari ilin doqquz ayı ərzindətaxıl istehsalının cəmi 113,4 ton olmuşdur. Hazırda pay torpaqlarda payız əkinlərinə hazırlıq işləri aparılır ki, onun da 4,26 hektarında arpa səpini, 3 hektarında isə yonca əkini həyata keçirilmişdir. Cari ilin doqquz ayı ərzində ipəkçiliyin intensiv inkişafı ilə əlaqədar olaraq 6 hektar sahədə əkilmiş tut tinglərinin dibləri bellənərək suvarma işləri aparılmış, zəif inkişaf etmiş tut tingləri yenisi ilə əvəz edilmişdir. Barama qurdlarının becərilməsi və saxlanılması üçün lazımi münbit şərait yaradılmışdır. Bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 247 qram yəni 13 qutu ipək qurdu becərilməsi üçün müqavilə ilə zəhmətkeş əhalimizə verilmiş və nəticədə əldə edilmiş 500 kq yaş barama iyun ayında “Şəki ipək” ASC-ə təhvil verilmişdir.
Pambıq əkinləri üçün 30 hektar sahədə əkin aparılmış, aqrotexniki qaydalara uyğun olaraq becərilmişdir. Yığıma 24 sentyabr 2018-ci il tarixdən başlanılmış və bu günə kimi 12 ton xam pambıq toplanıb tədarük məntəqələrinə təhvil verilmişdir. Hal-hazırda pambıq yığımı  davam edir.
Heyvandarlıq sahəsində də bir sıra işlər görülmüş, iri və xırdabuynuzlu mal-qara arasında (brüslyoz, dabağ, qarayara, quş qripinə qarşı) profilaktik tədbirlər vaxtlı-vaxtında aparılmışdır. Epizootiya əlehinə mübarizə ilə bağlı iri buynuzlu mal-qara 1515 başda, xırda buynuzlu 6577 başda, ev quşları 7095 başda müalicəvi proflaktik tədbirlər görülmüşdür.
Rayon Suvarma Sistemləri İdarəsicari ilin doqquz ayıərzində də Suvarma Sistemləri idarəsinin qismən fəaliyyətdə olan işçilərinin köməkliyi ilə Sabirabad rayonunun Rüstəmli kəndi ərazisində idarənin balansında olan nasos stansiya və suvarma şəbəkəsi vasitəsi ilə Zəngilanlı məcburi köçkünlərin yaşadıqları 161 ailəlik yaşayış qəsəbəsinə aid əkin və həyatyanı sahələrində müxtəlif kənd təsərrüfatı bitkilərinin suvarılmasına, qəsəbəyə içməli və məişət-kommunal sularının verilməsinə xidmət göstərmişdir. Doqquz ay ərzində Suvarma Sistemləri İdarəsində layihə üzrə 156 hektar və əlavə olaraq nasos stansiyanın ərazisindən kənarda yeni əkilmiş 20 hektar pambıq sahəsi, ümumilikdə 176 hektar əkin və həyatyanı sahələrində suvarma işlərinin aparılması nəzərdə tutulmuşdur.
Suvarma işlərinin vegitasiya müddətində yerinə yetirilməsi üçün 2018-ci ilin doqquz ayı ərzində Zəngilan Suvarma Sistemləri İdarəsinə məxsus “Zəngilan-1” nasos stansiyada, 6860 metr uzunluğunda təzyiqli boru kəmərində, hidrotexniki qurğularda cari təmir işləri və 4300 metr beton suvarma kanallarında əl ilə lildən təmizləmə işləri aparmışdır.
Rayon Maliyyə şöbəsi dövlət büdcəsinin təyinatı üzrə xərclənməsində idarə-müəssisə və təşkilatlarda çalışan işçilərin əmək haqqı, pensiya və müavinətlərinin, habelə digər ödənişlərin vaxtlı-vaxtında köçürülməsini təmin etmişdir.
Rayon Vergilər şöbəsində 2235 nəfər vergi ödəyicisi uçota alınmışdır ki, bunlardan 80 nəfəri hüquqi şəxslər, 2155 nəfəri isə fiziki şəxslərdir. O cümlədən, müvafiq olaraq hüquqi şəxslərdən 53-ü dövlət mülkiyyəti, 5-i ictimai birlik, 22-i isə xüsusi mülkiyyətdir. Faktiki fəaliyyət göstərən 616 vergi ödəyicisinin 60-ı hüquqi şəxs, 556-ı isə fiziki şəxslərdir.
Rayonun Ekologiya və Təbbi Sərvətlər İdarəsi tərəfindən “Zəngilanın təbiəti dünən və bu gün” mövzusunda rayonun ümumitəhsil məktəblərində ekoloji maarifləndirmə yönümlü geniş tədbirlər, 22 monitorinq, 28 maarifləndirmə işi, 14 obyekdəekoloji tədbirlər, 12 ekoloji araşdırma aparılmış, 360-dan çox KİV məlumatları toplanmış, 450-dək keçmişi və bu günü əks etdirən foto və videolar əldə edilərək “Operativ Mərkəz”ə təqdim edilmişdir.
Rayon Məşğulluq Mərkəzinə III rüb ərzində müraciət edən 224 nəfər işaxtaran vətəndaşdan 16 nəfəri müxtəlif peşələrdə münasib işlə təmin olunmuşdur. Mərkəzdə qeydiyyata alınmış 24 nəfər işaxtaranlarla qarşılıqlı məsləhətləşmə əsasında onları yeni peşə öyrənmək üçün kompüter mühasibatlığı peşəsinə cəlb olunmuşdur.
Hazırda Mərkəzdə işaxtaranların ümumi sayı 592 nəfərdir. Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlərin təmin olunması məqsədilə Mərkəzdə işaxtaran və işsiz vətəndaşların özünəməşğulluğunun təşkili üçün 70 nəfər işaxtaranla məsləhətləşmə aparılmış, onlardan təlimləri başa çatdırılmış 44 nəfərə özünüməşğulluq proqramı əsasında müxtəlif (yəni kənd təsərrüfatı, xidmət istehsal sahələri üzrə) istiqamətlərdə xidmət sahələri üzrə aktivlərlə təmin olunması üçün sifarişlər verilmiş və yaxın vaxtlarda özünüməşğulluq iştirakçıları həmin aktivlərlə təmin olunacaqdır.
Rayon Təhsil şöbəsi 2018-ci ilin doqquz ayı ərzində rayonun ümumtəhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən işlər görmüşdür. Tədris ilinin əvvəlindən fəaliyyət göstərən məktəblərə 5167 şagird cəlb edilmişdir ki, onların təlim-tərbiyəsi ilə 876 pedaqoji işçi məşğul olur. Cari ilin iyun ayında respublikada keçirilmiş buraxılış imtahanlarında 412 nəfər IX sinif, 454 nəfər isə XI sinif şagirdləri iştirak edərək ümumi orta və tam orta təhsil haqqında attestat almışlar. IX siniflər üzrə 67%, XI sinif üzrə isə 52% keyfiyyət əldə edilmişdir. Buraxılış imtahanlarında IX sinif üzrə 21,30 və 31 nömrəli, XI sinif üzrə isə 1,3,13,21,24 və 37 nömrəlitam orta məktəblər zəif nəticə göstərmişlər.
Həmçinin cari ilindoqquz ayı ərzində rayonun ümumtəhsil məktəblərindən 121 nəfər pedaqoji heyət müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etmişdir.Qəbul imtahanlarında iştirak edən 368 nəfər məzundan 284 nəfəri keçid balını toplamışdır ki, onlardan da 23 nəfəri 600-dən yuxarı bal toplamışlar. Təhsil Nazirliyinin statistik məlumatlarına görə 2017-2018-ci tədris ilində buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən Zəngilan rayonu ilk onluqda qərarlaşmışdır.
Cari ilin doqquz ayı ərzində Rayon Mərkəzi Xəstəxanası 198 nəfər şəkər xəstəsini qeydiyyata alaraq, mütəmadi şəkərsalıcı dərmanlar, qlyukometr aparatı və digər tibbi preparatlarla təmin etmişlər. Əhalinin tibbi müayinəsi zamanı 36968 nəfər ambulator qəbula cəlb edilmişdir ki, onlardan da 34 nəfəri müxtəlif tibb müəssisələrinə müalicəyə göndərilmişdir.
Sumqayıt Regional Mədəniyyət və Turizm  İdarəsinin Zəngilan rayon üzrə nümayəndəliyi cari ilin doqquz ayı ərzində tabeliyində olan müəssisələrin fəaliyyətinə nəzarət etməklə əhaliyə göstərilən mədəni-kütləvi xidmətin səviyyəsinin artırılması istiqamətində tarixi və əlamətdar günlərlə bağlı bir sıra (20 Yanvar şəhidlər günü, 26 fevral Xocalı faciəsi, 8 Mart Beynəlxalq Qadınlar günü, Novruz bayramı, 31 Mart soyqrımı, 1941-45 ci illər müharibəsində qələbənin 73-cü ildönümü, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, 28 may Respublika günü, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü, 26 iyun BMT-nin Narkotiklərlə mübarizə günü, 26 iyun Silahlı Qüvvələr günü, Ramazan bayramı, 15 sentyabr Bilik günü, 18 sentyabr Milli Musiqi günü  münasibətilə)tədbirlər həyata keçirmişdir.
Tarix Diyarşünaslıq Muzeyinə əhalinin marağını cəlb etmək, insanları məlumatlandırmaq üçün cari ilin doqquz ayı ərzində 11 ekskursiya,  12 sərgi təşkil edilmiş, ümumilikdə 175 nəfər tamaşaçı qəbul olunmuşdur.
Rayon Mərkəzi Kitabxana Sistemi də cari ilin doqquz ayında 6 şöbənin fəaliyyəti ilə oxuculara xidmət göstərmişdir. Kitabxananın kitab fondu 12118 nüsxə olmuşdur ki, bunun da 11571 nüsxəsi azərbaycan ədəbiyyatıdır. Cari ilin doqquz ayı ərzində kitabxananın fonduna 835 nüsxə yeni kitab daxil olmuşdur.
Rayonun musiqi məktəblərində ümumilikdə 105 müəllim 429 şagirdə musiqinin sirlərini öyrətməyə çalışmışdır.
Rayon Gənclər və İdman idarəsi ilin doqquz ayı ərzində bir sıra tədbirlər, yeniyetmə və gənclərin iştirakı ilə “Şəhidlər unudulmur” başlıqlı rəsm müsabiqəsi, “02 Fevral-Gənclər günü”, “Novruz adət-ənənələri” mövzusunda Yaradıcılıq müsabiqəsi, “Şahin” hərbi idman oyunu üzrə rayon birinciliyi, 28 №-li tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” adlı dəyirmi masa keçirmişdir. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Fərid” şadlıq sarayında keçirilən Novruz şənliyində 30 nəfər yeniyetmə və gəncin iştirakı, Cəfər Cabbarlı adına kinostudiyada “Mən Azərbaycanlıyam – milli bilik yarışması”nda rayon gənclərindən ibarət komandanın iştirakı təmin etmişdir. Gənclərin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü il dönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Rayonun 23 və 33 nömrəli tam orta məktəblərində “Cəmiyyət və dini radikalizm” mövzusunda tədbir keçirilmişdir.
İdman sahəsi üzrə yeniyetmələr arasında Şahmat, 64 xanalı dama, Yunan-Roma güləşi, Karate üzrə rayon birinciliyikeçirilmiş, yarışlarda yer tutan idmançılar rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuşlar.Həmçinin Uşaq Gənclər İdman Şahmat Məktəbinin idman zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Şahmat,“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş Yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilmişdir. Əl Oyunları idman sarayında keçirilən “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş Karate üzrə beynəlxalq turnirdə 4 qızıl, 1 gümüş, 3 bürünc medal, Bakı şəhərində keçirilən Güləş üzrə yeniyetmələr və gənclər arasında Azərbaycan çempionatında 2 bürünc medal, Karate Federasiyası tərəfindən Əl Oyunları idman sarayında təşkil olunan “31 Mart-Soyqırım” gününə həsr olunan respublika birinciliyində 2 qızıl, 1 gümüş və 1 bürünc medal, Qusar Olimpiya İdman Kompleksində keçirilən sərbəst güləş üzrə respublika birinciliyində 1 bürünc medal, Naxçıvan şəhərində keçirilən karate üzrə “Heydər Əliyev kuboku” üzrə yarışda 4 qızıl, 2 gümüş, 1 bürünc medal, Astarxan şəhərində keçirilən karate üzrə beynəlxalq turnirdə 1 qızıl, 2 gümüş medal, Bakı şəhərində təşkil olunan Çoxmübarizli İdman Döyüş Növləri üzrə “10-cu Açıq Respublika Çempionatı”nda 2 qızıl, 3 gümüş və 1 bürünc medal, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən Qaradəniz və Xəzəryanı ölkələrin idmançıları arasında karate üzrə çempionatdan Araz Zəngilan İdman Klubunun idmançıları 1 qızıl, 2 bürünc medal qazanmışlar. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsi cari ilin doqquz ayı ərzində 5309 nəfərə əmək pensiyası vermiş, pensiyaya çıxmaq üçün ərizə ilə şöbəyə müraciət etmiş 90 nəfərin müraciətlərinə qanunauyğun qaydada baxılaraq pensiya təyin edilmişdir. 676 nəfərə sosial müavinət, 956 nəfərə kommunal,  nəqliyyat və digər xidmətlərə görə müavinət, 330 nəfərə müxtəlif kateqoriyalar üzrə Prezident təqaüdümüavinəti ödənilmişdir. Sosial Məişət Xidməti sektoru üzrə 54 nəfər tənhaya xidmət olunmuşdur.
DSMF-nin Zəngilan rayon şöbəsində 2018-ci ilin doqquz ayı ərzində 25 nəfər fiziki şəxs qeydiyyatdan keçmişdir ki, bununlada şöbə üzrə qeydiyyata alınan fiziki şəxslərin sayı 1870 nəfər olmuşdur. Bunların da işçi sayı 291 nəfər olmaqla 434 nəfəri fəaliyyətdə olan fiziki şəxslərdir.
Rayon Qeydiyyat şöbəsinə cari ilin doqquz ayı ərzində 504 müraciət daxil olmuşdur ki, həmin müraciətlərdən 481-nə (Nigah-62, doğum-52, Atalığın müəyyən olunması-20, Adın soyadın ata adının dəyişdirilməsi-1, Nigahın pozulması-43, ölüm-41, Arayış-82, Təkrar şəhadətnamə-180) müsbət cavab verilmişdir.13 vətəndaşa isə imtina verilərək məhkəməyə müraciət etməsi töfsiyyə olunmuş, qalanlarına isə müvafiq hüquqi yardım göstərilmişdir.
Rayon Kommunal Müəssisələri Kombinatı cari ilin doqquz ayı ərzində də müəyyən işlər görmüşdür. Belə ki, Masazır qəsəbə ərazisindəki şəhərcikdə ağaclara aqrotexniki xidmət edilmiş, yaşıllıq sahələri təmizlənmiş, mütəmadi olaraq küçələrin bardur və zolaqları rənglənmiş, su xətləri yenisi ilə əvəz edilmişdir.
Rayon Dövlət Arxiv İdarəsidə cari ilin doqquz ayı ərzindərayon İcra hakimiyyəti başçısının Zərnəli, Canbar, Zəngilan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, eləcədə Zəngilan rayonu Suvarma Sistemlər idarəsinin 1993-2005-ci ilə dair sənədləri işlənib hazırlanmış,rayon Vergilər şöbəsinə arxiv işi ilə bağlı köməklik göstərilmişdir. Doqquz ay ərzində 41 vətəndaşın müarciətinə yazılı cavab verilmişdir.
Məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması və məşğulluğun artırılması istiqamətində doqquz ay ərzində də bəzi işlər görülmüş, məcburi köçkün ailələrin müraciətləri əsasında üzləşdikləri çoxsaylı problemlərin qaydaya qoyulmasına müvafiq köməklik edilməklə, ağır şəraitdə yaşayan bir neçə köçkün ailəsinin yaşayış şəraitlərinin cari təmir hesabına qismən yaxşılaşdırılması,  həmçinin, evi yanan 3 məcburi köçkün ailəsinin evlərinin təmir edilməsi, 1 ailəyə intensiv yağan yağışlar nəticəsində yaşadığı mənzilinin yararsız vəziyyətə düşməsi və bəzi ev əşyalarının alınması üçün onlara rayon icra hakimiyyətinin daxili imkanları hesabına maddi köməklik edilmişdir.
Rayon İcra Hakimiyyətinə cari ilin doqquz ayı ərzində vətəndaşlardan 177 müraciət daxil olmuşdur ki, bu müraciətlərə həssaslıqla yanaşılmış, əhalini narahat edən problemlərə mövcud imkanlar çərçivəsində baxaraq həll edilmiş, görülmüş tədbirlərin nəticələri ilə bağlı vətəndaşlara yazılı məlumatlar verilmişdir. Doqquz ay ərzində Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmiş vətəndaşların sayı 936 nəfər olmuşdur ki, bunların da 724 nəfəri müxtəlif kütləvi məskunlaşma yerlərində keçirilən 28 səyyar qəbul zamanı, 212 nəfəri isə rayon İcra Hakimiyyəti başçısı aparatında olmuşdur.
Bu ilin doqquz ayı ərzində əhalinin sosial müdafiəsi məsələləri üzrə ümumilikdə 107 məcburi köçkün ailəsinə (15 şəhid ailəsi, 11 Qarabağ əlili və əlil,  71 aztəminatlı, ailə üzvü xəstə olan, tənha və mənzil şəraiti yararsız olan ailələr) yardım edilməklə digər vacib xeyriyyə tədbirlərinin keçirilməsi təmin edilmişdir.
İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə əhalinin məskunlaşması, dislokasiyası, vahid aylıq müavinətlərinin verilməsi, əhalinin hərəkəti və digər məsələlərlə bağlı, həmçinin məcburi köçkün sakinlər tərəfindən əsassız müraciətlərin qismən qarşısının alınması üçün onların maarifləndirilməsi, izahat işinin aparılması və əsaslı müraciətlərinə diqqətin artırılması istiqamətində də lazımi işlər görülmüşdür.
Hüquq-mühafizə orqanları rəhbərlərinin işi təqdirəlayiq olmuş, məcburi köçkün sakinlərlə onların məskunlaşdıqları ərazilərdə görüşlərin keçirilməsi və söhbətlərin aparılması, qaldırılan məsələlərə hüquqi baxımdan izahat verilməsi gündəlik işlərinin tərkib hissəsi olmuşdur.
Məruzə  ətrafında edilən çıxışlarda görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilməklə rayon Təhsil şöbəsinin müdiri Nəsib Miriyevin,  rayon Vergilər şöbəsinin rəisi Çingiz Quliyevin, Zəngilan rayon İcra Hakimiyyəti başçısının Gilətağ кənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zamin Məmmədovun çıxışları dinlənilərək  ayrı-ayrı sahələr üzrə mövcud vəziyyətlə bağlı qarşılıqlı fikir mübadiləsi aparıldı.
İclasın sonunda Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov həlli zəruri olan mühüm məsələləri diqqətə çatdırdı və zəngilanlıların möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəyinə, bütün sahələrdə öz işlərini onun apardığı uğurlu siyasətin tələbinə uyğun quracaqlarına əmin olduğunu bildirdi.

Keçidlər