Şriftin ölçüsü :

Saytın rəngi :

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi

05 oktyabr 2018 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, başçının müavini Nizami Mönsümov, rayon təhsil müəssisələrində çalışan müəllimlərin bir qrupu iştirak etdi. Rayon rəhbəri və Təhsil Şöbəsinin müdiri çıxış edərək  müəllimləri təbrik etdi. Təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərmanlar, hədiyyələr təqdim edildi. Tədbirin sonunda müəllimlər çay-şirniyyat süfrəsinə dəvət olundular.

Keçidlər