Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Ramiz Həsənov Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalını Əliyev Əmrah Əli oğluna təqdim etdi

26 sentyabr 2018 | 16:00

Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli Sərəncamı ilə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Əmrah Əliyev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olundu. Bu münasibətlə Zəngilan rayon İcra Hakimiyyətinin inzibati binasında tədbir keçirildi.
Ölkə başçısı cənab İlham Əliyevin dövlət qulluqçularına xüsusi diqqətindən bəhs edən rayon rəhbəri Ramiz Həsənov qeyd etdi ki, Azərbaycanda dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümumilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bu gün də dövlət qulluğu sahəsində islahatların aparılması, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının daim diqqətindədir.
RİH başçısı Ramiz Həsənov “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülməsi münasibətilə Əmrah Əliyevi təbrik edərək, yeni nəaliyyətlər arzuladı. Daha sonra medal təqdim edildi.

Keçidlər